Bu gün “Tour d’ Azerbaidjan-2015”ə start verilir
06.05.2015 [09:51]
Sahib Ələkbərov: Məqsədimiz Azərbaycanı dünyaya tanıtmaqdır
“Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’ Azerbaidjan-2015” veloturuna hazırlıq işləri tam başa çatıb. Mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət edəcəklər”. Bu sözləri yarışla bağlı təşkil edilmiş mətbuat konfransında veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.
Federasiya rəsmisinin sözlərinə görə, “Tour d’ Azerbaidjan-2015”də 24 ölkədən 25 komanda mübarizə aparacaq. Azərbaycanı nüfuzlu yürüşdə təmsil edəcək “Synergy Baku Cycling Project” kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar Avstraliyanın “Drapac Professional Cycling”, İtaliyanın “Androni Giocattoli”, Rusiyanın “RUSVELO”, ABŞ-ın “Team Novonordisk” (hamısı Pro-Kontinental) və “Airgas Safeway Cycling Team”, Sloveniyanın “Adria-Mobil”, İrlandiyanın “An Post-Chain Reaction”, Lüksemburqun “LEOPARD Development Team”, Çin Xalq Respublikasının “Giant-Champion System”, Rumıniyanın “Tusnad”, Almaniyanın “MLP Team Bergstrasse”, Slovakiyanın “Banska Bystrica”, Türkiyənin “Torku”, Laosun “CCN Cycling Team”, Avstriyanın “Hrinkow Advarics”, Hollandiyanın “Parkhotel Valkenburg”, Çexiyanın “Dukla Praha”, Belarusun “MINSK”, İsrailin “Cycling Academy Team”, Portuqaliyanın “Team Tavira” klubları (hamisi kontinental), həmçinin Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdı.
Sahib Ələkbərov ölkəmizi “Tour d’ Azerbaidjan-2015”də təmsil edəcək “Synergy Baku” komandasının heyətini də açıqlayıb. Onun sözlərinə görə, nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunacaq. Azərbaycan Turu öncəsi Fransada təşkil olunan 7 mərhələli “Le Tour de Bretagne” yarışında velosipedçilərimizin kifayət qədər uğurlu nəticə göstərdiyini deyən vitse-prezident onların yerli publikanı da sevindirmələri üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu söyləyib.
Bildirilib ki, ötən illə müqayisədə bu il 4-cü və 5-ci mərhələrdə dəyişikliklər olacaq. Bu isə iyunun 12-28-də keçiriləcək ilk Avropa Oyunları ilə bağlıdı. Dünya idman ictimaiyyətinin diqqətini Oyunların avarçəkmə üzrə yarışının keçiriləcəyi Mingəçerivə cəlb etmək məqsədilə, 4-cü mərhələnin finişinin Mingəçevirə salınması qərara alınıb. Paytaxt küçələrində təşkil olunacaq 5-ci mərhələnin marşrutu isə Avropa Oyunları ilə eyni olacaq. Sahib Ələkbərov bildirib ki, 4-cü mərhələnin dəyişməsi, həmçinin, Azərbaycanı bütün dünyaya tanıtmağa hesablanıb.
Yarışın direktoru Albrext Röderin sözlərinə görə, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da təşkil olunacaq sonuncu mərhələ (144 km) isə paytaxt küçələrində baş tutacaq.
Almaniyalı mütəxəssis yarışın yeni mövsümünün rekordla əlamətdar olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu dəfə tura 3 yeni ölkə qatılacaq: “Komandalar tərkibi baxımından qarışıqdır. Bu səbəbdən də 25 komandada 36 ölkənin nümayəndəsi yarışacaq. Bu da bizim rekordumuzdu. Ötən illə müqayisədə 3 yeni ölkə əlavə olunub. İndoneziya, Meksika və Laos velosipedçiləri yarışda debüt edəcəklər. Ən çox idmançı ilə Hollandiya təmsil olunacaq. Onlar müxtəlif komandaların heyətində Azərbaycana 9 velosipedçi ilə gəliblər”.
Qeyd edək ki, “Tour d’ Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi planetin nüfuzlu idman kanalı “Eurosport”la canlı yayımlanacaq. İlk 2 mərhələnin yekunu isə kanal vasitəsilə 30 dəqiqəlik icmal şəklində tamaşaçılara təqdim ediləcək. “İdman Azərbaycan” kanalı isə turun bütün mərhələlərini canlı nümayiş etdirəcək.
NADİR
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

