Saymon Kleq: Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarının brendini yaratmağa nail olub
09.06.2015 [09:43]
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər bir azərbaycanlıda böyük qürur hissi doğurur. “Bakı-2015”-in rəsmi media tərəfdaşı olan AZƏRTAC üzərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlmək, Oyunları yüksək səviyyədə işıqlandırmaq üçün səylərini əsirgəməyəcək.
Bu fikirlər iyunun 6-da “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) keçirilən görüşdə səsləndirilib.
Görüşdə AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov agentliyin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Bildirib ki, 7 dildə xəbər yayan agentliyin dünyanın müxtəlif ölkələrində 21 müxbir məntəqəsi fəaliyyəti göstərir. AZƏRTAC dünya informasiya siyasətinin müəyyənləşdirilməsində mühüm rol oynayan nüfuzlu alyansların üzvü olmaqla yanaşı, həmin qurumların rəhbər heyətlərində təmsil olunur. 2016-2019-cu illərdə həm Xəbər Agentliklərinin Dünya Konqresinə, həm də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik edəcək.
Birinci Avropa Oyunlarına hazırlıq işlərini AZƏRTAC-ın geniş təbliğ etdiyini, yarışların keçiriləcəyi məkanlar, idmançılar haqqında müntəzəm informasiyalar yaydığını vurğulayan Baş direktor agentliyin “Bakı-2015”-in rəsmi media tərəfdaşı olmasının bu baxımdan geniş imkanlar yaratdığını qeyd edib. Bildirib ki, AZƏRTAC dünyada tərəfdaşlıq əlaqələri qurduğu xəbər agentlikləri, eləcə də üzv olduğu beynəlxalq media qurumları vasitəsilə Oyunların təbliğinə mühüm töhfə verir.
Saymon Kleq birinci Avropa Oyunlarına hazırlıq üçün ayrılan cəmi 30 aylıq müddətdə bu prosesi Azərbaycanın uğurla başa vurduğunu diqqətə çatdıraraq görülən işləri böyük nailiyyət kimi dəyərləndirib. O, birinci Avropa Oyunlarının təbliğində və işıqlandırılmasında medianın iştirakına böyük önəm verdiklərini və bunun üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Saymon Kleq “Bakı-2015”-in 2016-cı ildə “Formula-1” Avropa Qran-prisi, Dünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları kimi mötəbər idman tədbirlərinin təşkilində Azərbaycana mühüm və zəngin təcrübə qazandıracağını vurğulayıb.
Sonra Saymon Kleq AZƏRTAC-ın əməkdaşları ilə görüşüb, onların suallarını cavablandırıb.
Görüşdə AZƏRTAC-ın “Bakı-2015”-in media tərəfdaşı olmasından məmnunluğunu bildirən Saymon Kleq deyib ki, Əməliyyat Komitəsinin əsas məqsədi azərbaycanlıların fəxr edə biləcəyi, eləcə də bütün dünyanın diqqətini çəkəcək möhtəşəm idman bayramı təşkil etməkdir.
Sualları cavablandıran əməliyyatlar üzrə baş direktor qısa müddət ərzində yarışlara hazırlıq prosesinin uğurla başa çatdırılmasının ən böyük sınaq olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan bu sınaqdan zəfərlə çıxıb. Açılış üçün nəzərdə tutulan biletlərin demək olar ki, hamısı satılıb. Yerli idman həvəskarları əsasən boks, güləş, karate və bədii gimnastika yarışlarına daha çox maraq göstərirlər. Əminliklə deyə bilərik ki, Azərbaycan artıq “Bakı-2015” brendini yaratmağa nail olub.
Birinci Avropa Oyunlarının yayımlanmasına dünyada böyük maraq göstərildiyini vurğulayan Saymon Kleq yarışların 800 milyonluq tamaşaçı auditoriyasına təqdim olunacağını söyləyib. Yarışlar təkcə Avropada deyil, habelə ABŞ, Çin, Yaponiya, Hindistan kimi böyük ölkələrdə də yayımlanacaq. Bizim məqsədimiz televiziya yayımlarından da gəlirlərin əldə edilməsinə nail olmaqdır.
Ölkəmizlə bağlı təəssüratlarını bölüşən Saymon Kleq özünün və ailəsinin Azərbaycana heyran olduqlarını bildirərək deyib: “Sizin çox zəngin və qürur duyacağınız tarixiniz var. Azərbaycan Şərqdə ilk dəfə demokratik respublika qurub və mənim yaşadığım ölkədən on il əvvəl qadınlarla kişilərə bərabər seçki hüququ verib. 95 il əvvəl AZƏRTAC kimi nüfuzlu agentliyin yaradılması da bu uğurların sırasına daxildir”.
Xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirən Saymon Kleq deyib ki, mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın daha parlaq gələcəyi var. Onun çox gənc ölkə olduğunu nəzərə alsaq, əldə edilən nailiyyətlər çox yüksəkdir. Qonaq Azərbaycan atletlərinin birinci Avropa Oyunlarında uğurla çıxış edəcəklərinə ümidvar olduğunu söyləyib.
Ətraflı məlumat üçün qonağa minnətdarlığını bildirən AZƏRTAC-ın Baş direktoru bu görüşün təəssüratlarının kollektivin yaddaşında uzun müddət qalacağını vurğulayıb. “AZƏRTAC “Bakı-2015”-in rəsmi media tərəfdaşı olmasından məmnundur və Oyunların nəinki Azərbaycanda, eləcə də bütün dünyada yayımlanması üçün səylərini əsirgəməyəcək. Çalışacağıq ki, bu əfsanəvi Oyunların dünyaya təqdim olunmasında bizə göstərilən etimadı layiqincə doğruldaq”, - deyə Aslan Aslanov qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16

