/ / Joan Kusko: Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm
Joan Kusko: Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm
24.06.2015 [09:45]
“Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkürümü bildirirəm. Yarışda Azərbaycan və İsveçrənin güclü komandasını gördükdə çox sevindim. Avropanın tanınmış yığma komandaları Azərbaycanda toplaşıb. Tamaşaçılar maraqlı yarışları izləməkdən zövq alırlar”.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 23-də FİFA-nın İdarə Heyətinin üzvü, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Joan Kusko ötən günün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Biletlərin tam satıldığını bildirən Joan Kusko bu günədək keçirilən çempionatlarda ən yaxşı stadionun məhz Azərbaycanda olduğunu qeyd edib. Yeni azarkeşlər qazanmaqda iddialı olduqlarını söyləyən Joan Kusko yüksək səviyyəli yayım vasitəsilə daha geniş sponsorlar cəlb edəcəklərinə əminliyini vurğulayaraq deyib: “İnsanları bu yarışlar ilə maraqlanmağa çağırıram. Bizim idman növü gəncdir. Lakin Bakıda fenomenal yarış olacaq. “Bakı-2015” birinci Avropa Oyunlarına qatılmaq bizim üçün mötəbər xəbər oldu. Bu Oyunlarda iştirak Olimpiya Oyunlarına yaxınlaşmağımız üçün böyük fürsətdir. Doğurdan da inanılmaz məkanlardır. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi bizim üçün müvafiq meydançanın yaradılmasında əlindən gələni edib. İdmançılar üçün yaradılan infrastruktur möhtəşəmdir. Dünya səviyyəli yarışlar keçiriləcək. Oyunlardan sonra bu idman növünün böyük mirası qalacaq və idmanın təşviqinə xidmət edəcək”.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iyunun 22-də yeddi oyun üzrə yarışların başa çatdığını söyləyib. Atletika, sambo, oxatma və digər yarışlar üzrə tamaşaçı iştirakının 81 faiz olduğunu bildirən Saymon Kleq əlavə 12 min bilet satıldığını diqqətə çatdırıb. Min altı yüz rəsminin artıq Azərbaycanı tərk etdiyini vurğulayan Saymon Kleq deyib: “İyunun 23-də 3 idman növü üzrə finallar keçiriləcək. 3x3 basketbol, qılıncoynatma, voleybol üzrə medal dəstləri oynanılacaq. Tofiq Bəhramov adına Stadion atıcılıqdan sonra ənənəvi görkəminə qayıdacaq.
Bağlanış mərasımi açılışdan fərqli olacaq. 50 ölkənin iştirakı ilə təntənəli bağlanış mərasimi qeyd ediləcək. Karnaval ab-havası müşahidə olunacaq. Dənizkənarı Milli Parkda bağlanış mərasimini izləyən insanlar da böyük zövq alacaq və atəşfəşanlıq onlara xoş təsir bağışlayacaq.
Avropa Oyunlarının gələcəyi yayımdan asılı deyil. Bu, idmançılardan və tamaşaçıların marağından asılıdır. İnanıram ki, ən yaxşı idmançılar 2019-cu ildə də bu Oyunlara qatılacaq. Biz nəticələri təhlil edirik. Avropadakı yayım səviyyəsi çox yaxşıdır. Azərbaycandakı Oyunların dünyada yayımlanması ölkənizin daha geniş və zənginliyinin təqdim edilməsinə şərait yaradacaq”.
BMX velosipedi üzrə ehtiyatları tətbiq etməyə ehtiyac görmədiyini bildirən Saymon Kleq bu günədək bir idmançının dopinq testinə görə Oyunlardan kənarlaşdırıldığını vurğulayıb.
Azərbaycan çimərlik futbolu milli yığma komandasının kapitanı Emin Kürdov hazırlıqların artıq yekunlaşdığını, qələbə üçün yüksək əhval-ruhiyyənin olduğunu qeyd edib. Ölkəmizin kollektiv idman növündə də medallar qazanacağına əminliyini bildirən Emin Kürdov deyib: “Bizim milli yığma komanda çox əzmlə çalışır. İctimaiyyəti bizə dəstək olmağa çağırıram. Bilirik ki, Azərbaycanın adını ucaltmalıyıq. Təbii ki, böyük məsuliyyətdir. Yüksək səviyyəli oyun nümayiş etdirib medal qazanmağa çalışacağıq. Tamaşaçıların ən gözəl idman yarışlarını seyr etmələri üçün əlimizdən gələni əsirgəməyəcəyik. Düşünürəm ki, Azərbaycanda çimərlik futbolunun böyük gələcəyi var”.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53

