Alina Maxinya: Bakı, nağıllar aləminə görə çox sağ ol!
10.07.2015 [10:01]
Tarixdə ilk dəfə olaraq Azərbaycanın paytaxtında keçirilmiş birinci Avropa Oyunları artıq arxada qalıb, lakin xoş xatirələr və müsbət emosiyalar bu möhtəşəm hadisədə iştirak etmiş Ukrayna idmançılarının və məşqçilərinin, habelə milyonlarla pərəstişkarımızın yaddaşında hələ uzun müddət qalacaq.
“Bakı-2015” Oyunlarında Ukrayna atletləri 46 medal qazanıblar: 8 qızıl, 14 gümüş və 24 bürünc.
Ukrayna komandasının qızıl medal qazanmış idmançılarının siyahısında Alina Maxinya (sərbəst güləş) birinci yerdədir.
Alina AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə deyib: “Xoşbəxtəm ki, idmançılarımız üçün qızıl medallara yol açdım. Bundan başqa, birinci Avropa Oyunlarında Ukraynanın ilk qadın çempionu olmağım çox xoşdur. İndi Bakı mənə hər cəhətdən yaxın və sevimli bir şəhərdir. Özü də təkcə yüksək mükafat aldığıma görə yox.
Yəqin çoxları mənimlə razılaşar ki, Bakı və Azərbaycan dünyaya, zənnimcə, təşkilat baxımından Olimpiya Oyunlarından qətiyyən geri qalmayan möhtəşəm kompleks yarışlar bəxş etdi. Hiss olunurdu ki, bakılılar, ölkənin rəhbərliyi, onun Prezidenti İlham Əliyev, Oyunların Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva bu böyük işə canlarını qoyublar, vəzifələrini ən yüksək səviyyədə yerinə yetiriblər!
Oyunların arenaları müasir və çox gözəldir. Onlar yığcam şəkildə tikilib. Yarışlar üçün ərazi şəhərin mərkəzində ayrılıb. Hər yer yaxın idi. Məşhur Bakı bulvarı, mavi Xəzər, sehirli nağıllar aləmini xatırladan, dar küçələri, orijinal arxitekturası olan İçərişəhər...
Avropa Oyunlarının açılışı mərasimi məni xüsusilə valeh etdi. Belə bir tədbirdə heç vaxt olmamışdım. Buna görə də gördüklərimi gözəllik, harmoniya və yüksək sənət bayramı kimi xatırlayıram. Yaraşıqlı stadionun ağzınadək tamaşaçı ilə dolu olan tribunaları hələ də gözümün qabağındadır. Hamı dünya səviyyəli möhtəşəm bir şounun şahidi oldu. Təntənəli açılış mərasimi parlaq sürprizlərlə dolu fantastik nağıl idi.
Xəbər lenti
Hamısına baxSiyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53

