Gələn il Bakıda dünya çempionatı keçiriləcək
25.04.2009 [12:04]
2010-cu ildə yeniyetmə və gənc qılıncoynadanlar arasında dünya çempionatı Bakıda təşkil olunacaq. Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi qərar Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) noyabrda Palermo şəhərindəki konqresində çıxarılacaq.
“Bakının dünya çempionatının təşkilatçılıq hüququna yiyələnməsi bu ilin aprelində Belfastda baş tutan FİE-nin konqresində demək olar, tam həllini tapıb. Həmin tədbirdə bizdən başqa, Xarkov və Belqrad şəhərləri də namizədliklərini irəli sürmüşdülər. Ancaq sonda yeganə namizəd Bakı qaldı. Noyabrda bu proses rəsmiləşəcək. Dünya çempionatının ev sahibi ilə əlaqədar yekun qərar verilməsə də, yeganə namizəd olduğumuzdan yarışın paytaxtımızda keçiriləcəyini əminliklə söyləmək mümkündür. Həm də FİE-nin dünya çempionatının ev sahiblərinə təqdim etdiyi keçici bayraq artıq bizə verilib. Ev sahibi qismində 1 il bu bayrağı özümüzdə saxlamalıyıq” - deyə R.Məmmədov vurğulayıb.
çox güman ki, çempionat Bakı İdman-Konsert Kompleksində təşkil ediləcək. Gələn ay isə uzun fasilədən sonra paytaxtımızda ilk beynəlxalq turnir keçiriləcək. “Baku Fencing Open” adlı turnirə 10 ölkədən 100-dən çox idmançının qatılacağı gözlənilir. Mayın 23-də qadınlar sablya növündə yarışacaqlar. FİE-nin təqvim-planına salınmış bu turnirdə 1-ci yerə 5 min, 2-ci yerə 3 min, 3-cü yeri tutacaq hər iki qılıncoynadana isə 2 min manat mükafat ayrılıb. “Baku Fencing Open”in sonuncu günündə, mayın 24-də isə kişilər şpaqa və sablya, eləcə də qadınlar şpaqa növündə qüvvələrini sınayacaqlar. Burada mükafatların məbləği belədir: 1-ci pillə 3 min, 2-ci pillə 2 min, 3-cü pillə min manat.
Federasiya rəsmisi vurğulayıb ki, ölkəmiz 2012-ci ildə böyüklərin Avropa çempionatına da ev sahibliyi edə bilər: “Biz qitə çempionatı üçün namizədliyimizi bu ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində olacaq Avropa Qılıncoynatma Federasiyasının konqresində irəli sürəcəyik. Fikrimcə, Bakı ən layiqli namizədlərdən biri olacaq. Yaxın illərdə Azərbaycanda qılıncoynatma ənənələrini bərpa edəcəyimizə, parlaq qələbələr qazanacağımıza inanıram. Dövlətin bu idman növünə göstərdiyi diqqət və qayğı, həmçinin qılıncoynatmaya olan maraq və inkişaf perspektivləri bunu deməyə əsas verir”.
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16

