Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub
06.06.2018 [09:25]
İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində dünya çempionatının iştirakçılarını salamlayan Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov Azərbaycanın nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq deyib: “Gündən-günə inkişaf edən qonaqpərvər Azərbaycan artıq dünyanın ən güclü idman ölkələrindən biri kimi tanınmaqdadır. Bunun nəticəsidir ki, beynəlxalq idman qurumları böyük yarışların təşkilatçılıq hüququnu tərəddüd etmədən ölkəmizə etibar edirlər. 2015-ci ildə ilk Avropa Oyunları, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın təşkilatçılıq potensialının kifayət qədər yüksək olduğunu bir daha bütün dünyaya göstərdi. Beynəlxalq Velosipedçilər İttifaqının builki dünya çempionatının Bakıda keçirilməsi barədə qərarını ölkəmizdə idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən yüksək qiymət kimi dəyərləndiririk”.
Müstəqil Azərbaycan Respublikasının qurucusu, Ümummilli lider Heydər Əliyevin idmanı ölkənin suverenliyini nümayiş etdirən rəmzlərdən biri kimi dəyərləndirdiyini vurğulayan Yaqub Eyyubov idmanın Azərbaycan xalqının həyat tərzinin mühüm hissəsi olduğunu bildirib. Baş nazirin birinci müavini deyib ki, ölkəmizdə idmanın bütün növlərinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu yarışın yüksək səviyyədə keçirilməsi üçün lazım olan bütün tədbirləri görüb. Diqqətə çatdırılıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının rəhbərliyi və ekspertləri yarışın keçirilməsi üçün görülmüş bütün təşkilati tədbirlərin və meydançanın müasir tələblərə cavab verdiyini, çempionatın yüksək səviyyədə keçirilməsi üçün tam hazır olduğunu bildiriblər.
“Əminik ki, çempionat uğurla keçəcək və bu möhtəşəm yarışın iştirakçıları, qonaqlar ölkəmizdən xoş təəssüratla ayrılacaq, Bakıda keçirdikləri hər günü yaddaşlarında həyatlarının ən gözəl anları kimi saxlayacaqlar”, - deyən Yaqub Eyyubov yarışı açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimindən sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin və veteranların mübarizəsinə start verilib.
Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq idmançı mübarizəyə qoşulub. Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunur. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

