Bakıda Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı seminar keçirilib
07.05.2019 [09:10]
Mayın 6-da “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Əməliyyat Komitəsi qitə ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərləri üçün seminar təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsi baş katibinin müavini Azər Əliyev, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsinin (AOK) Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və təşkilat komitəsinin üzvləri iştirak ediblər. Seminara Avropanın 40 ölkəsinin Milli Olimpiya komitələrinin 70 təmsilçisi, Avropa Olimpiya Komitəsinin nümayəndələri və AOK-un “Bakı 2019” üçün xüsusi olaraq yaratdığı Əlaqələndirmə Komissiyasının üzvləri də qatılıblar.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Avropa ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərinin əhəmiyyətini vurğulayaraq deyib: “Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı bütün qitəni birləşdirən tarixi idman bayramı olacaq. Avropa Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərini Bakıda görməyimə şadam. Bu gün bu seminarda idman arenalarının yarışlara hazırlığı, Atletlər kəndindəki son durum, təhlükəsizlik, antidopinq və digər mühüm məsələlər müzakirə edilir. Onların hər biri yarışların yüksək səviyyədə keçirilməsində müstəsna rol oynayır. Ötən dövrdə bizim Avropa ölkələrinin Milli Olimpiya komitələri ilə sıx işbirliyimiz olub və onlara hər bir dəstək göstərilib”.
Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki seminarın Festivala hazırlıq prosesində əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini bildirərək deyib: “Biz Avropa Gənclərinin Yay Olimpiya Festivalının ən əhəmiyyətli tərəfdaşları - Avropa Milli Olimpiya komitələrinin nümayəndələri ilə birgə gözəl Bakıya bir daha gəlməyimizdən böyük məmnunluq duyuruq. Avropa Olimpiya Komitəsi bu görüşlərin məhsuldar olacağına inanır”.
Bu tədbir Avropanı ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə texniki planlaşdırma və yarışlardan əvvəl keçirilən əməliyyatların bütün aspektləri ilə tanışlıq fürsəti verməklə yanaşı, onların “Bakı 2019” haqqında ən son məlumatlara sahib olma və komandalara müvafiq təlimlər verə bilmələri üçün təşkil edilib. Nümayəndə heyətləri tədbir çərçivəsində təşkil edilən iclaslarda idmançıların yerləşdirilməsi, akkreditasiya, nəqliyyat və digər mühüm məsələlər barədə müzakirələr aparıblar. Festivalın Əməliyyat Komitəsi seminarda Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin rəhbərlərinə idmançılara təqdim olunacaq medalları da nümayiş etdirib.
Tədbir çərçivəsində Avropa ölkələrinin Milli Olimpiya Komitələrinin nümayəndə heyətlərinin rəhbərləri Avropa Gənclərinin Yay Olimpiya Festivalı zamanı istifadə ediləcək bir sıra müasir idman obyektlərində, eləcə də Atletlər kəndində olacaqlar.
Xatırladaq ki, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

