Beynəlxalq media eksperti azərbaycanlı tələbələr üçün onlayn tədris həyata keçirir
19.03.2020 [14:28]
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramı çərçivəsində dərslər onlayn şəkildə davam etdirilir.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, hazırda bütün dünyada, o cümlədən, ölkəmizdə koronavirusla mübarizə və mühafizə məqsədilə çox ciddi tədbirlər həyata keçirilməkdədir. Bunlardan biri də təlim-tədris müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılmasıdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman jurnalistikası magistr proqramının tələbələri və müəllimləri də tədris sahəsində innovativ imkanlardan faydalanaraq tədris prosesini davam etdirirlər. Magistr proqramının rəhbəri, bir sıra beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik etmiş, tanınmış beynəlxalq ekspert Dan Mason magistrantlarla dərsləri onlayn şəkildə, xüsusi tədris-kommunikasiya platformaları üzərindən həyata keçirir.
Dan Mason bildirib ki, idman jurnalistikası magistr proqramı yarandığı gündən rəqəmsallıq, innovativlik və mobillik onun əsasını təşkil edib. Hazırda koronavirus bütün dünya üçün böyük çətinliklər yaratsa da, onlayn tədris texnologiyalarından istifadə edərək tələbələrimizin öyrənmək istəyini qarşılaya bilirik. Onlayn tədris prosesini, əsasən, “google classroom”, “google drive” və “zoom” platformaları üzərindən reallaşdırırıq. Bu təhlükəsiz və inteqrasiya olunmuş kommunikasiya vasitələrindən, yeni media alətlərindən istifadə edərək, tələbələr kompüter, o cümlədən, mobil tətbiqetmələr vasitəsilə istənilən yerdən tədris prosesinə qoşula bilərlər.
İdman jurnalistikası magistr proqramının meneceri Ellada Mustafayeva isə əlavə edib ki, bu həftə tələbələr internetdən canlı yayımlar həyata keçirib, podkast hazırlamağı, onlayn reportajlar yazmağı öyrəniblər. Biz təsadüfən #mediaandmore həştəqini seçməmişik. Koronavirus bəlası ilə mübarizə dövrü nə qədər çətin olsa da, bu həm də yenilik və yaradıcı həllərin tətbiq olunması üçün bir zamandır.
Qeyd edək ki, İdman Akademiyasında yaradılan, tədrisi ingilis dilində aparılan, modul tipli İdman jurnalistikası magistr proqramı 2017-ci ildən tədris olunmaqdadır. Bu proqram nəinki ölkəmizdə, o cümlədən, Qafqaz regionunda bir ilkdir. Yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində tələbələr PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnir, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanırlar.
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48

