Azərbaycanın 6 yunan-Roma güləşçisi finala yüksəlib
22.06.2022 [17:04]
Azərbaycanın 6 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Matteo Pellikone turnirində finala yüksəlib.
"Report" xəbər verir ki, 60 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan idmançılardan Murad Məmmədov ilk turda türkiyəli Ekrem Öztürkə (14:1), Nihat Məmmədli isə ABŞ-dan olan İldar Hafizova qalib gəlib. Azərbaycan təmsilçiləri ikinci turda bir-biri ilə qarşılaşıb. Daha təcrübəli Məmmədov qələbə əldə edib. O, sonuncu turda Hafizovu, Məmmədli isə Öztürkü çətinlik çəkmədən məğlub edərək yarımfinala yüksəlib.
B qrupunda yer alan 60 kq-dakı digər Azərbaycan güləşçisi Eldəniz Əzizli startda rumıniyalı Teodor Horataunu yenib - 8:0. Dünya və Avropa çempionu növbəti görüşdə 2018-ci ildə qitə birinciliyinin finalında mübarizədən kənarlaşdırdığı Helari Maeqisaluya (Estoniya) tam üstünlüklə (10:0) qalib gəlib və adını yarımfinala yazdırıb. O, finala gedən yolda Nihat Məmmədlini, Murad Məmmədov isə Helarini üstələyib.
63 kq-da A qrupunda qərarlaşan Taleh Məmmədov ilk görüşdə moldovalı dünya və Avropa çempionu Viktor Çiobanuyla bacarmayıb. İkinci turda ABŞ təmsilçisi Deyvid Telkeyə tam üstünlüklə qalib gələn Məmmədov yarımfinalda rumıniyalı Razvan Arnauta gücünü göstərib.
67 kq-da çıxış edən Həsrət Cəfərov təsnifat mərhələsində macarıstanlı Erik Torbanı vaxtından əvvəl məğlub edib. O, 1/4 finalda isveçli Niklas Oehlendən, yarımfinalda isə 23 yaşadək güləşçilər arasında dünya ikincisi iranlı Məhəmməd Cavad Rezaidən üstün olub.
87 kq-da İslam Abbasov ilk mərhələdə estoniyalı Ranet Kaljoladan güclü olub - 5:0. O, 1/4 finalda macarıstanlı İştvan Takaçı mübarizədən kənarlaşdırıb. Yarımfinalda dünya ikincisi isveçli Aleks Kessidisə qalib gələrək, finala yüksəlib.
97 kq-da da Azərbaycan dueli baş tutub. Arif Niftullayev 1/8 finalda Murat Lokyayevi cərimə xalları ilə üstələsə də, növbəti raundda macarıstanlə Aleks Şokeyə 1:3 hesabıyla uduzub.
130 kq-da yer alan Sabah Şəriəti ilk görüşdə 23 yaşadək güləşçilər arasında son Avropa çempionu Macarıstan təmsilçisi Dariuş Attila Vitekə heç bir şans verməyib. 1/4 finalda ABŞ-dan olan Kolton Şults üzərində də təmiz qələbə qazanan idmançı yarımfinalda Azərbaycanın digər təmsilçisi Beka Kandelaki ilə üz-üzə gəlib. Şəriəti sonuncu xal prinsipinə əsasən finala vəsiqə qazanıb.
Qeyd edək ki, medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49

