Çin iqtisadi gücə necə çevrildi?
14.05.2024 [10:20]
Ərazisinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsi, iqtisadiyyatının həcminə görə isə 2-cisi olan Çin Xalq Respublikası növbəti onillikdə qlobal iqtisadiyyatda birinciliyi hədəfləyir. Buna ölkənin resurs imkanları, mövcud iqtisadi potensialı və ümumdünya ticarət sistemində aramsız artan gücü də zəmin yaradır. Çin yeganə ölkədir ki, son 40 ildə iqtisadi artım tempini 5 faizdən aşağı salmadan inkişaf edir. 1978-ci ildə qəbul edilmiş iqtisadi islahatlar proqramlarının icrası nəticəsində Çin iqtisadiyyatı hər il orta hesabla 6 faizlik artımla böyüyərək son 40 ildə 240 faizə yaxın artıb. ÜDM-nin həcminə görə dünyada ikinci, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə ilk yeri tutan bu ölkə həmçinin dünyada ən böyük ixracatçı və idxalçıdır. Bu isə qlobal bazarda müstəqil və müstəsna təsir imkanlarını daha da möhkəmləndirir.
Çinin iqtisadi göstəricilərinin arxasında güclü resurslarla yanaşı, irihəcmli investisiyalar da dayanır. Bank sistemi tərəfindən maliyyələşdirilən investisiyaların axını son onillikdə daha da artıb ki, hazırda investisiyalar ÜDM-in təxminən üçdə birini təşkil edir. İqtisadi meqapolis mərkəzi olan Şanxay artıq dünyanın maliyyə və bank mərkəzinə çevrilməkdədir.
Çin qlobal iqtisadiyyatı idarə edən nəhəng güclərdən biri kimi çoxşəbəkəli nəqliyat-enerji-tranzit qovşaqlarının da sahibidir. Yeni İpək Yolunun müəllifi kimi rəsmi Pekin Avrasiyanın müasir logistika coğrafiyasını cızır. “Belt and Road” (Bir kəmər, Bir Yol) layihəsi ilə dünyanın böyük bir coğrafiyası və 40-dan artıq ölkə üzərində nəhəng infrastruktur və ticarət şəbəkəsini yaradır. Şanxay Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, BRICS və G20 də daxil olmaqla bir çox təşkilatın aparıcı üzvü kimi dünyanın iqtisadi-ticari gündəliyini də müəyyən edir. Çin indiyə qədər əsas etibarilə Asiyanın iqtisadi lokomotivi hesab edilirdisə, hazırda Avrasiya və Amerika qitəsinin güc flaqmanı statusuna malikdir.
Çinin əsas hədəfi 2035-ci ilə qədər qlobal ÜDM-də birinciliyə möhür vurmaqdır. İqtisadiyyatın dayanıqlılığı və texnoloji inkişaflar ölkəni dünya iqtisadiyyatının ən böyük gücünə çevirmək ehtimallarına da əsaslar verir. “Huawei”, “Tencent”, “Alibaba” və digər şirkətləri dünya bazarında İT və elektron ticarətin atributları sayılır.
Ölkənin ən nüfuzlu iqtisadi analitika qrupu hesab edilən Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesablamalarına görə, hazırkı illik 5-6 faiz iqtisadi artım tempinin qorunub saxlanması sayəsində 2035-ci ildə ÜDM-in həcmi orta hesabla 30,5 trilyon dollara çatacaq. Hazırda ölkənin ÜDM-nin həcmi 18 trilyon dollara bərabərdir. Çinin əsas rəqibi ABŞ-ın ÜDM-nin həcmi isə 26 trilyon dollar təşkil edir.
ELBRUS
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

