Ekoloji təmiz dəmir yolu sistemi qurulur
26.10.2024 [11:24]
Qlobal iqlim böhranı və artan ekoloji tələblər kontekstində dayanıqlı nəqliyyat sisteminin yaradılması hazırda dünya ölkələri qarşısında duran vacib çağırışlardan biridir. Hazırda dünya üzrə karbon qazı emissiyasının 24 faizi nəqliyyat sisteminin payına düşür. Ona görə də, nəqliyyatın dekarbonizasiyası COP alyansının da əsas diqqət mərkəzində dayanır. Son illərdə qlobal iqlim ailəsi bərpa edilən enerji mənbələrinə keçid çərçivəsində nəqliyyatın da alternativ yanacaq növlərindən istifadəsini təşviq edən strateji həll planları hazırlayaraq icra etməkdədir.
Ekoloji təmiz nəqliyyat infrastrukturunun yaradılması təşəbbüsləri Azərbaycanın gündəliyində başlıca yer tutur. Ötən dövr ərzində ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması, avtomobil parkının “yaşıllaşdırılması”, elektrik mühərriki ilə işləyən avtomobillərin sayının kəskin artırılması məqsədilə vergi-gömrük tətilləri tətbiq olunub. Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektromobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. Həmçinin dövlət başçısının 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən 5-ci - təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nə keçidin təmin edilməsidir. Milli Prioritetə uyğun olaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər aparılıb və 2022-ci ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub.
Həmçinin gömrük qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu endirilib. 2025-ci il yanvarın 1-dən isə elektrik avtomobilləri üçün enerji doldurucularının idxalı və satışı əlavə dəyər vergisindən azad olunacaq.
Dəmir yolunun “yaşıllaşdırılması”...
Karbon emissiyasının azaldılması tədbirləri çərçivəsində hədəf prioritetlərdən biri də ölkəmizin dəmir yolu nəqliyyatının “yaşıllaşdırılmasıdır”. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində çıxışı zamanı bildirib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması, enerji səmərəliliyidir.
Dəmir yolu nəqliyyatı digər nəqliyyat vasitələri ilə müqayisədə xeyli az karbon emissiya edir və ekoloji təmiz nəqliyyat vasitəsi hesab edilir. Belə ki, sərnişin qatarı hər kilometrə 14 qram karbon buraxdığı halda, digər nəqliyyat növləri bundan 10-20 dəfə çox karbon qazı emissiya edir. Bundan əlavə, dəmir yolu infrastrukturunun inkişafı nəqliyyat sıxlığını azaltmağa kömək edir ki, bu da öz növbəsində karbon qazı tullantılarının azaldılmasına gətirib çıxarır. Ölkəmizdə dəmir yolu nəqliyyatının payı ümumi enerji istehlakının 0,12 faizi və istilik effekti yaradan qazların emissiyasının 0,5 faizdən az hissəsi düşür. Ümumilikdə isə Azərbaycanın dəmir yolu nəqliyyatının qlobal emissiyada payı 0,1 faizdir. Ancaq buna baxmayaraq, qlobal iqlim alyansının fəal üzvü olan Azərbaycan öz nəqliyyat infrastrukturlarını “yaşıllaşdırır” və nəqliyyatın bütün seqmentlərində karbon emissiyalarını minimallaşdırmağa çalışır. Məhz bu strategiyaya əsasən, aşağı karbonlu neytral dəmir yolu nəqliyyat sistemi qurulması hədəflənib.
Rəqəmsal dəmir yoluna transformasiya...
Dəmir yolu nəqliyyatı “yaşıl hədəf”lərə uyğun olaraq infrastrukturların rəqəmsallaşdırılmasını da vacib hesab edir və elektrikləşmənin 100 faizə çatdırmaq hədəfi bu strateji planın tərkib hissəsidir. Hazırda dəmir yolunda bu göstərici 63 faiz təşkil edir. Eyni zamanda, nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması qarşıda duran əsas çağırışlardandır. Rəqəmsallaşma müasir İT imkanlarından istifadə etməklə məlumatların daha dəqiqliyi, müştərilərin vaxtına qənaət edilməsi, ölkələrarası inteqrasiya nəticəsində məlumatların daha sürətli və dəqiq ötürülməsi, qatarların onlayn izlənilməsi və s. kimi funksionallığa şərait yaradır. Həmçinin əməliyyat səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyət kəsb edir. Qabaqcıl rəqəmsal texnologiyalardan istifadə həm də dəmir yolu nəqliyyatında kibertəhlükəsizliyin yüksək səviyyədə təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan dəmir yolunda rəqəmsal transformasiyaya keçid üzrə tədbirlər də icra olunacaq.
Asiya Bankından “yaşıl nəqliyyat” layihələrinə dəstək
Azərbaycanın dəmir yolu sektorunda dekorbanizasiya ilə bağlı təşəbbüslər uzunmüddətli dövrü əhatə edir və bu sahədə ölkəmizin əsas tərəfdaşlarından biri Asiya İnkişaf Bankıdır (AİB). Bank ötən müddətdə dəmir yolu infrastrukturunun müasirləşdirilməsində aparıcı donor olub. AİB Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ölkəmizə 150 milyon dollar kredit ayırıb, layihənin başa çatdırılması üçün əlavə tələb olunan 131,5 milyon dollar məbləğində maliyyələşməni təmin edib. Bununla yanaşı, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.
Oktyabrın 23-də Bakıda keçirilən “Gələcək üçün dayanıqlı nəqliyyat” tədbirində ADY və Asiya Bankı arasında dekarbonizasiya üzrə əməkdaşlığa dair memorandum imzalanıb ki, bu da “yaşıl maliyyə” əməkdaşlığının ilk addımlarından biri hesab edilə bilər. Ümumilikdə, AİB qarşıdakı dövrdə Azərbaycanda daha çox ekoloji tipli layihələrə kredit yönəldəcək ki, onların sırasında nəqliyyat sektoru, o cümlədən dəmir yolu xüsusi yer tutur. 2024-2026-cı illər ərzində AİB-lə Azərbaycan arasında əməkdaşlıq əsasən, bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrinə yeni maliyyə tranşı ayrılacaq ki, “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda infrastrukturların rəqəmsallaşdırılması və “yaşıl nəqliyyat” prinsiplərinə uyğunlaşdırılması həyata keçiriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

