“Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi” mövzusunda dəyirmi masa keçirilib
16.11.2024 [22:58]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Sərhəddə Karbon Tənzimlənməsi Mexanizmi” (CBAM) mövzusunda dəyirmi masa keçirilib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, dəyirmi masada beynəlxalq ekspertlər, iqlim maliyyəsi üzrə mütəxəssislər, dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, audit şirkətlərinin əməkdaşları iştirak ediblər.
DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqı tərəfindən təklif edilən və hazırda mərhələli şəkildə tətbiq olunan yeni iqlim siyasəti aləti - CBAM mexanizminin tələblərini daha dərindən öyrənmək, bu sahədə yarana biləcək çətinlikləri müəyyənləşdirmək və səmərəli hazırlığın təmin edilməsi üçün mümkün həlləri nəzərdən keçirməkdən ibarətdir. S.Musayeva müzakirələrin qlobal iqlim dəyişikliyi ilə mübarizə və iqtisadi inkişaf arasındakı balansın tapılması baxımından son dərəcəli əhəmiyyətli olduğunu vurğulayıb.
Harvard Universitetinin mütəxəssisi İlay Sandlerin moderatorluğu ilə keçirilən dəyirmi masada “Ernst & Young” şirkətinin partnyoru Kasia Klaçinska Lyuis, “PwC” şirkətinin partnyoru Nadya Pikard və digər ekspertlərin təqdimatları və çıxışları dinlənilib.
Tədbir iştirakçıları CBAM-ın biznesin fəaliyyətinə qlobal və milli səviyyədə təsirləri, Avropa İttifaqının bu sahədə qanunvericilik tələbləri ilə bağlı mümkün ssenarilərə dair nəzəri və praktiki məlumatları bölüşüb, istehsalçıların və ixracatçıların bu prosesə hazırlığını müzakirə ediblər. Bildirilib ki, bu mexanizm qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində müsbət dəyişikliklərə gətirib çıxara bilər, lakin onun uğurlu tətbiqi qlobal səviyyədə ədalətli yanaşmalardan, davamlı inkişaf və ekoloji ədalətin təmin edilməsindən asılı olacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

