Rəqabət mühitinin qorunması mühüm vəzifədir
15.02.2025 [12:14]
Yeni Dövlət Agentliyi bu sektorda meydana çıxan yeniliklərin çevik və operativ həllinə imkan yaradır
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” müvafiq fərmana əsasən, yeni qurumun Əsasnaməsi təsdiqlənib. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirəcək.
Biznes mühitinin əlverişliliyi üçün...
Ölkəmizdə yeni iqtisadi mühitdə rəqabətə dəstək verilməsi, rəqabət mühitinin qorunması antiinhisar orqanı qarşısında duran mühüm vəzifələrdəndir. Məhz bu baxımdan Agentlik ölkədə həyata keçirilən müasir iqtisadi islahatların və yeni çağırışlar əsasında daha da güclənən biznes-dövlət münasibətlərinin yaxın partnyorluq çərçivəsində inkişafını təmin edəcək.
Eyni zamanda, Agentliyin Əsasnaməsində müəyyən edilmiş prioritetlər biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Antiinhisar fəaliyyətinin təkmilləşdirilməsi, bazar iştirakçılarının hüquq və mənafelərinin daha müasir formatda qorunması, eləcə də rəqabət sektorunda meydana çıxan yeniliklərin çevik və operativ həllinə imkan yaradır.
Ümumilikdə, Xidmətdən Agentliyə çevrilən bu strukturun təsis olunması ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından yeni islahatların ahənginə tam uyğundur. İslahatların tərkib hissəsi kimi 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsindən irəli gələn yeni vəzifələri qeyd etmək mümkündür. Belə ki, məcəllədə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, eləcə də bu sahədə rəqabət orqanının səlahiyyətləri ilə bağlı müddəalar öz əksini tapıb ki, bu da müasir çağırışlara uyğun fəaliyyətin təmin edilməsini nəzərdə tutur.
Yeni meyarlar və çağırışlar isə dövlərin funksiyalarının icrası və tənzimləmə səalahiyyətlərinin daha da işləkliyini, çevikliyini tələb edir. Xüsusilə də ölkəmizdə azad və sağlam rəqabət mühitinin təmin edilməsi və inkişafına şəraitin yaradılması, bazarlarda rəqabətin pozulması hallarının qarşısının alınması, eləcə də bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün daha çevik və funksional dövlət orqanının fəaıliyyəti labüddür. Bu baxımdan Dövlət Agentliyi həmin sahədə idaretmənin və dövlət nəzarətinin təkmilləşdirilməsi, eləcə də optimallaşdırılması baxımından mühüm rol oynayacaq. Agentlik tənzimləyici orqan kimi daha effektiv qərarların qəbul edilməsi, təkmil bazar monitorinqi və araşdırma aparmasını təmin etməklə, ölkədə sağlam rəqabətin və rəqabət mədəniyyətinin təşviqinə xidmət edəcək.
İstehlakçıların hüquqları daha etibarlı qorunacaq
Dövlət Agentliyi, səlahiyyətləri çərçivəsində istehlakçı hüquqlarının müdafiəsi istiqamətində də təsirli addımlar atacaq, istehlakçı müraciətlərini daha təfərrüatlı araşdıraraq zəruri tədbirlər görəcək, o cümlədən istehlakçıların lazımi keyfiyyətli mal, xidmət əldə etmək hüququnu qoruyacaq, qüsurlu və ya saxtalaşdırma halı aşkar edilən malların dəyişdirilməsi, qaytarılması ilə bağlı tələb irəli sürmək imkanlarının müdafiəçisinə çevriləcək. Mülki Məcəllənin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müvafiq maddələrinə, eləcə də “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına uyğun olaraq istehlakçılara dəyən zərərlərin ödənilməsi istiqamətində inzibati tədbirlər görəcək.
Agentlik, həmçinin dövlət satınalmaları sahəsində də çevik və operativ idaretmə sistemini quraraq bu sahədə optimallaşma tədbirlərini həyata keçirəcək, elektron satınalma üzrə şəffaflıq imkanlarını təmin edəcək, eləcə də sahibkarlıq subyektlərinin satınalmalarda iştirakını stimullaşdıracaq.
Rəqabəti pozanlara qarşı sərt tədbirlər görüləcək
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlak bazarında nəzarət tədbirləri çərçivəsində rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görmək səlahiyyətlərinə də malik olacaq. Təbii inhisar subyekti olan bir sıra müəssisələrin sahibkarlarla münasibətlərinin düzgün qurulması və qanunvericilik səviyyəsində həyata keçirilməsi xüsusi diqqətdə saxlanılacaq, eləcə də qanunvericiliklə uyğunlaşmayan hansısa tələblər qoyulduğu təqdirdə, həmin tələblərin aradan qaldırılması, yaxud daxili normativ sənədlərin mövcud qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması məsələsi qaldırılacaq. Həmçinin, sahibkarlıq subyektləri də öz fəaliyyətlərində qarşılaşdıqları rəqabəti pozan, yaxud rəqabətə uyğun gəlməyən, onların fəaliyyətinə hansısa maneə yaradan hərəkətlərlə rastlaşdıqda, eləcə də təbii inhisarlar tərəfindən fəaliyyətinə hər hansı bir maneçilik yaradıldıqda Dövlət Agentliyi onların mənafeyini qoruyacaq. Həmçinin, rəqabəti pozan hansısa bazar iştirakçısı müəyyən edildikdə də təbii inhisar subyektləri də daxil olmaqla, onlara qarşı müvafiq tədbirlər görüləcək.
Beləliklə, Dövlət Agentliyi müasir fəaliyyət meyarları və prinsiplərinə əsaslanaraq ölkədə azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini təmin edəcək, biznes və rəqabət sektorunda çalışan bazar iştirakçıları üçün məsuliyyətli fəaliyyət mühiti yaradacaq.
E. CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Fevral 23:12
Dünya
11 Fevral 22:49
Siyasət
11 Fevral 22:34
Dünya
11 Fevral 22:28
İdman
11 Fevral 21:50
Sosial
11 Fevral 21:37
Dünya
11 Fevral 21:19
Dünya
11 Fevral 20:43
Müsahibə
11 Fevral 20:25
İqtisadiyyat
11 Fevral 20:10
Dünya
11 Fevral 19:51
Dünya
11 Fevral 19:30
Dünya
11 Fevral 19:17
Dünya
11 Fevral 18:53
Sosial
11 Fevral 18:52
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 17:25
Analitik
11 Fevral 17:25
Gündəm
11 Fevral 17:23
Dünya
11 Fevral 17:12
YAP xəbərləri
11 Fevral 17:05
Siyasət
11 Fevral 16:58
YAP xəbərləri
11 Fevral 16:46
Hadisə
11 Fevral 16:42
Siyasət
11 Fevral 16:39
Dünya
11 Fevral 16:37
Dünya
11 Fevral 15:52
Sosial
11 Fevral 15:23
Siyasət
11 Fevral 15:21
Siyasət
11 Fevral 15:20
Xəbər lenti
11 Fevral 14:35
Hadisə
11 Fevral 14:34
İqtisadiyyat
11 Fevral 14:33
İqtisadiyyat
11 Fevral 14:33
Sosial
11 Fevral 14:32
Siyasət
11 Fevral 14:20
Dünya
11 Fevral 14:18
İqtisadiyyat
11 Fevral 14:09
Xəbər lenti
11 Fevral 13:38
Gündəm
11 Fevral 12:42
Elanlar
11 Fevral 12:21
Siyasət
11 Fevral 11:45
Siyasət
11 Fevral 11:43
Gündəm
11 Fevral 11:34
İqtisadiyyat
11 Fevral 11:32
Sosial
11 Fevral 11:13
Sosial
11 Fevral 10:59
Siyasət
11 Fevral 10:46
Siyasət
11 Fevral 10:42
Siyasət
11 Fevral 10:35
Mədəniyyət
11 Fevral 10:17
Analitik
11 Fevral 09:53
Ədəbiyyat
11 Fevral 09:30
Müsahibə
11 Fevral 09:14
Sosial
11 Fevral 08:51
Sosial
11 Fevral 08:38
Gündəm
10 Fevral 23:33
Dünya
10 Fevral 23:20
Dünya
10 Fevral 22:50
Dünya
10 Fevral 22:17
Gündəm
10 Fevral 22:04
Dünya
10 Fevral 21:46
Dünya
10 Fevral 21:24
Dünya
10 Fevral 21:16
Sosial
10 Fevral 20:52
Siyasət
10 Fevral 20:49
İqtisadiyyat
10 Fevral 20:36
Siyasət
10 Fevral 20:18
Dünya
10 Fevral 20:18

