Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İsraillə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib

İsraillə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə edilib

20.02.2025 [23:14]

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan-İsrail Birgə Hökumətlərarası Komissiyasının həmsədri Zeyev Elkin ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. İsraillə həyata keçirilən investisiya layihələrinin hazırkı vəziyyəti, eləcə də müzakirə mərhələsində olan layihələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ticarət, investisiya, innovasiyalar, rəqəmsal inkişaf, ətraf mühit və digər sahələr üzrə tərəfdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi üçün münbit zəmin var.

Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin perspektivləri, həmçinin Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi haqqında müzakirələr aparıblar.

Paylaş:
Baxılıb: 241 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Sosial

Sosial

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Yanvar 08:30  

YAP xəbərləri

Müstəqillik uğrunda

16 Yanvar 21:40

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31