Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

28.09.2026 [23:35]

Yaxın Şərqin aparıcı istehsalçılarının xam neft ixracı sentyabr ayında gündəlik 12,8 milyon barelə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kpler” analitik şirkətinin məlumatında deyilir.

Bildirilir ki, bu, fevral ayında regionda müharibənin başlanğıcından bəri müşahidə olunan ən yüksək göstəricidir. İxracın artması Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) artan daşımalarla əlaqədardır.

Məlumatlara görə, artım Hörmüz boğazından daşımaların bərpasından sonra baş verib. Boğazdan neft axınının bu ay gündəlik təxminən 7,4 milyon barelə çatacağı gözlənilir.

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft boru kəmərinə edilən hücumlar boru kəmərinə zərər verdikdən sonra neft ixracını Qırmızı dənizdəki Yanbu limanından şərqdəki Ras Tanura limanına yönləndirib.

Bundan başqa, enerji bazarında diqqət oktyabrın 4-də keçirilməsi planlaşdırılan OPEC+ (Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman) iclasına yönəlib. Sözügedən ölkələr sentyabrın 6-da keçirilən iclasında oktyabr ayı üçün istehsal hədəflərini sentyabr ayı ilə eyni səviyyədə saxlamaq qərarına gəlmişdilər.

Paylaş:
Baxılıb: 15 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30