/ / Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclası keçirilib
Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclası keçirilib
17.09.2014 [09:27]
Sentyabrın 16-da Tehranda Azərbaycan Respublikası-İran İslam Respublikası hökumətlərarası müştərək iqtisadi komissiyanın növbəti iclası keçirilib.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin, İran tərəfdən isə rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizinin iştirakı ilə keçirilən iclasında ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
İclasdan sonra komissiyanın həmsədrləri mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıblar.
M.Vaizi bildirib ki, müzakirələr olduqca səmərəli keçib: “İclasda İran ilə Azərbaycanın neft, qaz, enerji, bank, gömrük, kənd təsərrüfatı, nəqliyyat və ticarət sahələrində əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı və əminik ki, bunun müsbət nəticələri olacaq”.
İranlı nazir deyib ki, müxtəlif sahələr üzrə əməkdaşlıq komitələrinin yaradılması məsələsi də nəzərdən keçirilib: “Biz siyasi xarakter daşıyan regional məsələlər haqqında da fikir mübadiləsi apardıq”.
İclasda İran, Azərbaycan və Türkiyənin birgə əməkdaşlıq komissiyasının yaradılması da nəzərdən keçirilib.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iclasın nəticələrini yüksək qiymətləndirərək bildirib ki, nümayəndə heyətlərinin geniş tərkibli olması və müzakirələrin müxtəlif sahələri əhatə etməsi dövlətlərarası münasibətlərin yüksələn xətlə inkişafından xəbər verir.
Nazir deyib ki, Azərbaycan-İran münasibətlərinin yaxınlaşması bəzi qüvvələri narahat edir: “Ona görə də mehriban qonşuluq əlaqələrinə xələl gəlməməsi üçün diqqətli olmalıyıq. Əlaqələrimizin tez bir zamanda yeni inkişaf mərhələsinə qədəm qoyması xalqlarımızın yaxınlığından qaynaqlanır.
Ş.Mustafayev qeyd edib ki, iclas çərçivəsində keçirəcəyimiz görüşlərdə məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apreldə İrana rəsmi səfəri zamanı razılaşdırılmış məsələlərin reallaşdırılması işini sürətləndirməkdən ibarətdir. Azərbaycan nümayəndə heyətinin İrana səfəri davam edir.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

