Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun Azərbaycana dair strategiyası təhlil edilir
24.10.2014 [09:26]
Azərbaycanda kənd təsərrüfatı sahəsinin gələcək inkişafını layihələndirmək məqsədi ilə oktyabrın 23-də Bakıda BMT-nin ixtisaslaşmış agentliyi olan Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (İFAD) strategiyasının təhlilinə həsr edilmiş seminar işə başlayıb.
AzərTAc xəbər verir ki, hökumət qurumlarının nümayəndələrinin, Milli Məclis deputatlarının, beynəlxalq təşkilatların təmsilçilərinin, səfirlərin iştirak etdiyi seminar kənd yerlərinin inkişafı, iş yerlərinin və güclü kənd icmalarının yaradılmasını stimullaşdıran istiqamətlərin və alətlərin müəyyən edilməsi məqsədi ilə təcrübələrin bölüşməsinə imkan yaradır.
Seminarın açılışında çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, ölkəmizdə iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri qeyri-neft sektorunun və xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, təcrübə mübadiləsi, bilik və bacarıqların bölüşdürülməsi xüsusi əhəmiyyət kəsb edir.
İFAD-la əməkdaşlıq əlaqələrindən danışan nazir qeyd edib ki, bu təşkilat Azərbaycanda 17 ildir fəaliyyət göstərir. İFAD-ın dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində, yoxsulluğun azaldılmasında, kənd infrastrukturun yaradılmasında töhfələri əvəzsizdir. Fondun Azərbaycanda gördüyü işlər, həyata keçirdiyi layihələr yüksək qiymətə layiqdir. Dövlət tərəfindən bu sahəyə kifayət qədər yardımlar edilir. Azərbaycanın kənd təsərrüfatı böyük inkişaf yoluna qədəm qoyub. Hazırda aqrar-sənaye kompleksinin yeni strategiyası üzərində iş aparılır. Bu strategiyanın hazırlanıb həyata keçirilməsində İFAD-la prioritetlərimizin uyğunlaşdırılması məsələsi gündəmdədir.
Fondun Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Avropa Bölməsinin direktoru xanım Xalidə Bouzar bildirib ki, İFAD “2014-2020 illərdə Azərbaycan Respublikasında Aqrobiznesin İnkişafı Strategiyası”na uyğun olaraq kənd yerlərini inkişaf etdirmək məqsədi ilə yeni və innovativ yanaşmalara əsasən fəaliyyət göstərəcək. Azərbaycanda İFAD tərəfindən maliyyələşdirilən növbəti proqramlar və layihələr heyvandarlıq sahəsi üzrə dəyər zəncirinin gücləndirilməsinə və bu sektorun inkişafına yönələcək. Bu yeni bazarlara çıxış, keyfiyyət və gigiyena standartlarına diqqət yetirməklə ənənəvi təsərrüfatçılıq təcrübələrinin yaxşılaşdırılması ilə nəticələnəcək. İndiyədək 350 min kənd əhalisi İFAD tərəfindən maliyyələşdirilmiş proqram və layihələrdən faydalanıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov seminarda çıxış edərək İFAD-la əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, ötən illər ərzində bu təşkilatın Azərbaycanda kənd təsərrüfatının ayrı-ayrı istiqamətləri üzrə həyata keçirdiyi dəstək proqramlarında yaxşı nəticələr əldə olunub.
Hazırda kənd təsərrüfatı sahəsində birgə fəaliyyət üçün daha geniş imkanlar var və bu sahədə uğurlu əməkdaşlıq platforması mövcuddur. Bu barədə danışan A.Əmiraslanov vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafını iqtisadiyyatın prioritet istiqaməti kimi müəyyənləşdirib. Son bir ilə yaxın müddətdə dövlət tərəfindən kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi qərarlar qəbul olunub. Aqrar-sənaye kompleksinin iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynadığını diqqətə çatdıran A.Əmiraslanov dövlətin kənd təsərrüfatının inkişafına yönəlmiş qərarları, onların mahiyyəti, irəli sürülən yeni təşəbbüslər, bu sahəyə dövlət dəstəyi barədə ətraflı məlumat verib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek qurumun inkişafa yardım strukturundan və əməkdaşlığın gücləndirilməsindən söz açıb.
Seminarın ilk günü kənd təsərrüfatı sahəsində regional təcrübələr öyrənilib, ətraflı fikir mübadiləsi aparılıb.
Oktyabrın 24-dək davam edəcək tədbirdə Azərbaycanın kənd yerlərinin inkişafı üzrə siyasətinin perspektivləri və strateji baxışları, İFAD-ın ölkə üzrə strategiyası, kənd yerlərində rəqabətə davamlılığın artırılması, ölkəmizdə kənd təsərrüfatı investisiyaları və digər məsələlər müzakirə olunacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

