Wizz Air 2016-cı ilin martından Bakıya uçuşları bərpa edəcək
29.10.2015 [09:41]
“Wizz Air” aviaşirkəti 2016-cı il martın 27-dən Budapeştdən Bakıya uçuşları bərpa edəcək.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə “Wizz Air” Macarıstan-Polşa büdcə aviaşirkəti arasında razılaşmaya əsasən, oktyabrın 28-də Azərbaycanın “Ground Handling Company” və “Wizz Air” aviaşirkəti arasında Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərinin bərpası barəsində saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, bu reyslərə xidmət haqqında sazişi Azərbaycan tərəfindən “Ground Handling Company” şirkətinin rəhbəri İlqar Ələkbərov, “Wizz Air” aviaşirkət tərəfindən isə onun direktoru Yojef Varadi imzalayıb.
“Wizz Air” şirkətinin baş icraçı direktoru təmsil etdiyi şirkəti qısaca təqdim edərək bildirib ki, şirkət cari ilin əvvəlindən 18,3 milyon sərnişin daşıyıb. Şirkətin mövcud olduğu 11 ildə isə onun xidmətlərindən 100 milyon nəfər istifadə edib. Yojef Varadinin sözlərinə görə, Budapeşt-Bakı-Budapeşt reyslərinə biletlər satışı artıq başlanıb. Bir istiqamətdə biletlərin qiyməti 39,99 avrodan başlayır. Yojef Varadi Budapeşt-Bakı-Budapeşt reysini “Avropaya pəncərə” adlandırıb. Baş icraçı direktor Budapeştdə gələn turistlərin oradan digər Avropa ölkələrinə də gedə biləcəyi haqda məlumat verərək deyib ki, “Wizz Air” Budapeştdən 45 istiqamətdə uçuşlar həyata keçirir.
“Ground Handling Company” şirkətinin rəhbəri İlqar Ələkbərov deyib ki, onun təmsil etdiyi şirkət “Wizz Air” reylərinə xidmət barədə bu gün imzalanmış sazişdə əksini tapmış bütün şərtlərin yerinə yetirilməsinə təminat verir. Saziş 2019-cu il aprelin 1-dək qüvvədədir.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban bu sazişin imzalanması üçün böyük səy göstəriblər. Səfir hər iki dövlətin liderlərinə təşəkkürünü bildirərək vurğulayıb ki, onların siyasi əzmkarlığı olmasa, bu arzunu həyata keçirmək çətin olardı. Səfir çıxışının sonunda deyib: “Bu reys ölkələrimizin vətəndaşları arasında qarşılıqlı münasibətlərin inkişafına kömək edəcək. Ölkələrimiz arasında qarşılıqlı əlaqələrin gələcəyi isə insanlar arasında münasibətlərin inkişafından asılıdır”.
İmzalanmış sazişə əsasən, “Wizz Air” aviaşirkəti 2016-cı il martın 27-dən Budapeştdən Bakıya uçuşları bərpa edəcək. Aviaşirkət ilk vaxtlar olaraq uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay vaxtı isə reyslərin sayını həftədə iki dəfəyə qədər artıracaq. Uçuşlar “Airbus 320” təyyarələri ilə həyata keçiriləcək.
Əldə edilmiş razılaşmaya görə, “Wizz Air” bütün il ərzində Budapeşt-Bakı-Budapeşt müntəzəm reyslərini həyata keçirməyi öhdəsinə götürür.
“Wizz Air” aviaşirkəti bundan əvvəl iki dəfə - 2013-cü və 2014-cü il yay mövsümlərində uçuşlara başlayıb və həyata keçirib.
2013-cü il mayın 18-dən 2014-cü il oktyabrın 25-dək həftədə iki dəfə olmaqla cəmi 143 reys həyata keçirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

