Azərbaycan beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir
15.01.2016 [09:34]
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir
Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri də ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları içərisində ölkənin nəqliyyat təhlükəsizliyinin təmin edilməsi mühüm yer tutur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Bütövlükdə, Azərbaycanın logistika, nəqliyyat mərkəzi kimi rolu və əhəmiyyətini anlamaq üçün ötən ilin tədbirləri fonunda bir sıra məqamlara nəzər yetirmək gərəkdir.
Məlum olduğu kimi, ötən il inşası başlanmış TANAP layihəsi ölkəmiz, region və Avropa üçün strateji əhəmiyyətli layihədir. “Şahdəniz” yatağından təbii qazın Avropa bazarlarına çıxarılmasını təmin edəcək TANAP layihəsi həm Azərbaycanın, həm Türkiyənin, həm də Avropa dövlətlərinin maraqlarına uyğundur. TANAP Avropanın təbii qaz mənbələrinin şaxələndirilməsini nəzərdə tutan “Cənub” qaz dəhlizinin mühüm tərkib hissəsidir. Bütövlükdə, TANAP miqyasına, faydalılıq əmsalına görə böyük iqtisadi, siyasi dividendlər vəd edən strateji layihədir, regional əməkdaşlıq və təhlükəsizliyə xidmət edir.
Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurasının yaradılması müstəsna əhəmiyyət kəsb edir
Bunlarla yanaşı, ötən il Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurasının yaradılması da müstəsna əhəmiyyət kəsb edir. Bu istiqamətdə cari ildə mühüm tədbirlərin görülməsi nəzərdə tutulub. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır: “Keçən ilin sonunda ciddi addımlar atılmışdır. Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılmışdır. Bu, çox ciddi bir addımdır. Koordinasiya Şurasında nəqliyyatla bağlı olan bütün qurumlar birləşir”.
Azərbaycanın mövqeyi vahid tarif siyasətinin aparılmasıdır
Digər tərəfdən, bu kontekstdə Azərbaycanın mövqeyi vahid tarif siyasətinin aparılmasıdır ki, bu da əməkdaşlıq subyektlərinin hər biri üçün faydalı olmaqla ortaq mənfəət prinsipinə əsaslanır. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Vahid tarif siyasəti aparılır və aparılmalıdır. Eyni zamanda, Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edildi. Azərbaycan təklif etdi ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhliz üçün vahid tarif siyasəti aparsınlar. Bütün müvafiq qurumlar bir siyasət aparsınlar ki, bu dəhliz daha da cəlbedici olsun. Çünki əgər biz, sadəcə olaraq, burada tarif siyasətində güzəştlər etsək, qonşu ölkələr etməsə, bunun səmərəsi olmayacaq. Eyni zamanda, potensial yükgöndərənlərlə də çox ciddi danışıqlar aparılmışdır. Mənim keçən ilin sonunda Çinə dövlət səfərim çərçivəsində bu məsələlər geniş şəkildə müzakirə edilmişdir və artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilmişdir. Əminəm ki, biz gələcəkdə bu dəhlizin daha da böyük həcmdə işləməsinə nail olacağıq. Çünki ən qısa yol Azərbaycan ərazisindən keçən yoldur. İnfrastruktur var, bunu biz yaratmışıq. Həm dəmir yolu, həm dəniz nəqliyyatı, yeni ticarət limanı tikilir, onun bir hissəsi artıq istifadəyə verilib”.
Eyni zamanda, nəqliyyat daşımalarının düzgün təşkili, tranzit potensialından səmərəli istifadə olunması gəlirlərin artması və rentabelli sahələrə yönləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Dövlət başçısı bu məsələyə toxunaraq bildirib ki, gəlirlər dövlətə gəlməlidir və biz bu gəlirlər hesabına daha çox investisiya qoyacağıq, daha çox infrastruktur yaradacağıq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

