/ / Xəzər rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
Xəzər rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
15.04.2016 [10:02]
Dünən Xəzər rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, rayonun idarə, müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov 9 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında dövlət başçısının proqram xarakterli çıxışında verdiyi tövsiyə və tapşırıqlar haqqında məlumat verib.
Bu ilin birinci rübündə Xəzər rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova məruzə edib.
Sonra Xəzər rayon Su-Kanal Departamentinin rəisi Mübariz Nəsirov, rayon Məşğulluq Mərkəzinin direktoru Gülşən Sadıqova və rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Qair Cərullayev hesabat dövründə görülən işlər barədə məlumat veriblər.
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində cari ilin birinci rübündə yaranan vəziyyətdən danışaraq, ümumi daxili məhsulun aşağı düşməsinə, gəlirlərin və dövlət tərəfindən yatırılan investisiyaların azalmasına baxmayaraq, görüləcək işlər nəticəsində Azərbaycanın iqtisadiyyatının bu il də artacağına ümid etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin və “Ərzaq Məhsullarının tədarükü və təchizatı” ASC-nin əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması üçün əlverişli şərait yaradacağını qeyd edib.
Hesabat iclasının yekununda G.İslamov Xəzər rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində rüb ərzində çox böyük işlərin görüldüyünü deyib və qarşıda nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

