Naftalan şəhərində birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
19.04.2016 [09:48]
Naftalan şəhərində 2016-cı ilin I rübünün sosial-iqtisadi göstəricilərinə həsr olunan hesabat yığıncağı keçirilib. İştirakçılar əvvəlcə aprel ayının ilk günlərində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edərək bildirib ki, ümumi məhsul buraxılışı ötən ilin birinci rübü ilə müqayisədə bu il 16 faiz artaraq, 2 milyon 588 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 302,2 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çox), tikinti sahəsinin payı isə 232,9 min manat (7,1 faiz çox) təşkil edib.
Qeyd olunub ki, 2016-cı ildən Naftalan şəhəri xərclərini öz gəlirləri hesabına təmin edən rayon və şəhərlərin sırasına daxil edilib. Buna isə Naftalan öz turizm potensialı, eləcə də dünyada tanınan kurort, sanatoriya və sağlamlıq mərkəzlərindən daxil olan gəlirlər hesabına nail olub. Birinci rübdə şəhərin gəlirləri 753,7 min manat planlaşdırıldığı halda 763,3 min manat təşkil edib. Cari ilin fevral ayının 1-dən nazirlik və komitələr tərəfindən açılan iş yerlərində 146 nəfər işlə təmin olunub. Şəhərin bir hissəsində yolların asfaltlanması və abadlıq işləri başa çatdırılıb. Digər küçələrdə isə asfaltlama və abadlıq işlərinə başlanılması üçün hazırlıq işləri görülür.
O da vurğulanıb ki, turizm şəhər iqtisadiyyatının əsas və aparıcı sahəsi olduğundan yeni turizm obyektlərinin tikintisi məqsədilə işlər aparılır. Hazırda Naftalanda fəaliyyət göstərən turizm obyektlərində gün ərzində 2000 qonaq qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə şəhərə gələn xarici və yerli turistlərin sayı birinci rübdə 27 faiz artaraq 3090-a çatıb ki, onlardan da 570 nəfəri xarici ölkə vətəndaşı olub.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

