Ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlayıb
13.05.2016 [09:46]
Hacıqabulda keçirilən müşavirədə Prezident İlham Əliyevin ixrac yönümlü aqrar sahələrin inkişafına dair tapşırıqları ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Mayın 12-də Hacıqabul rayon İcra Hakimiyyətində kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, habelə rayonun rəhbər işçiləri əvvəlcə təsərrüfat sahələrində olub, rayonda yaz tarla işlərinin gedişi ilə maraqlanıblar.
Müşavirədə çıxış edən Azər Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində yeni mərhələnin başlandığını vurğulayan Prezident Administrasiyasının şöbə müdiri dövlətimizin başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb.
Xüsusilə, ixrac yönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində respublikamızda görülən işlərdən, fermerlərə dövlət dəstəyindən bəhs edən A.Əmiraslanov Hacıqabul rayonunda həmin sahələrin perspektivlərindən söhbət açıb. Bildirib ki, dövlətimizin başçısının tapşırığına əsasən aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi istiqamətində ardıcıl və kompleks tədbirlər görülür. Yeni iqtisadi mərhələdə xüsusilə ixrac tutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir. Pambıqçılıq və baramaçılıq da bu qəbildəndir. Artıq həmin sahələrin inkişafı üçün heç bir maneə qalmayıb, cari mövsümdə bu məqsədlə torpaqların ayrılması, toxum və səpin aqreqatlarının gətirilməsi həllini tapıb. Artıq əkin kampaniyası başa çatdırılıb. Yaxın günlərdə respublikamıza becərmə aqreqatları, pambıqyığan texnika gətiriləcək. Pambıqçılara subsidiyaların verilməsi istiqamətində də lazımi işlər aparılır.
A.Əmiraslanov kollektiv təsərrüfatçılıq meyillərinə marağın gücləndirilməsinin yaxşı səmərə verəcəyinə əminliyini vurğulayaraq, bu istiqamətdə geniş maarifləndirmə işlərinə ehtiyac olduğunu bildirib. Diqqəti Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının yüksək olduğu fikrinə cəlb edən şöbə müdiri rayonda nəinki taxılçılıq, pambıqçılıq və baramaçılıq sahələrinin, qeyri-ənənəvi sahələrin inkişafı üçün də münbit şəraitin olduğunu vurğulayıb.
Müşavirədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov rayonda yaz-tarla işlərinin gedişi barədə məlumat verib, pambıqçılıq, baramaçılıq və digər kənd təsərrüfatı sahələrinin genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, münbit torpaqlar və suvarma suyu ilə təminat Hacıqabulda bu sahələrin inkişafına imkan yaradır. Odur ki, bu il rayonda 525 hektar sahədə pambıq əkilməsi üçün kifayət qədər torpaq sahəsi ayrılıb, şum aparılıb. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Diskussiya şəraitində keçən müşavirədə pambıq emalı müəssisələrinin rəhbərləri, fermerlər çıxış edərək görülmüş işlərdən danışıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs ediblər.
Müşavirə iştirakçıları rayonda barama, pambıq və digər kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

