/ / Pirallahı rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
Pirallahı rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
26.07.2017 [09:09]
Pirallahı rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib. Bu barədə AZƏRTAC-a Pirallahı rayon İcra Hakimiyyətindən məlumat verilib.
Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak ediblər.
Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov iyulun 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına toxunub. Bildirib ki, iclasda Prezident İlham Əliyev beynəlxalq aləmdə müşahidə olunan çox mürəkkəb fonda Azərbaycanın uğurla inkişaf etdiyini, Bakıda V Qlobal Forumun, IV Mədəniyyətlərarası Dialoq Forumunun, IV İslam Həmrəyliyi Oyunlarının, 24-cü Xəzər neft-qaz sərgi və konfransının keçirildiyini xüsusi vurğulayıb. Dövlətimizin başçısı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer verərək bildirib ki, əfsuslar, bu ilin birinci yarısında danışıqlar istiqamətində heç bir nəticə əldə edilməyib. Bu il qondarma separatçı rejim Ermənistanın siyasi rəhbərliyinin təhriki ilə Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirdi. Minsk qrupu bəyanat verdi, onun həmsədrləri - Amerika, Fransa, Rusiya “referendum”u tanımadılar. Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Bu cinayətə görə Ermənistan öz cavabını alıb. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.
Vasif İmanov vurğulayıb ki, dövlətimizin başçısı qısa müddətdə Pirallahı rayonuna iki dəfə səfər edib. Mayın 11-də Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən müasir körpünün və yeni çəkilmiş yolun açılışında iştirak etdilər, həmçinin Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsində aparılan yenidənqurma işləri ilə tanış oldular. İyulun 21-də Prezident İlham Əliyev Pirallahı rayonunda bir sıra obyektlərin açılışında iştirak edib.
Sonra dövlət proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən danışan Vasif İmanov qeyd edib ki, Gürgən qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilib. Gürgən qəsəbəsində tarixən mövcud olan təbii bulaq yenidən qurulub. Bildirilib ki, rayonun baş planı Fövqəladə Hallar Nazirliyinin Ekspertiza İdarəsinə təqdim etmək üçün hazırdır. Həmçinin rayonun mərkəzi olan Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır, rayonda salınacaq “Yüksək Texnologiyalar Parkı”nda layihələndirmə işləri aparılır, Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır. Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının inşası və yaxınlıqdakı Heydər Əliyev Mərkəzinin binasında tikinti işləri davam etdirilir. Rayonun qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Sənaye sahəsində görülən işlərdən söz açan V.İmanov vurğulayıb ki, rayon ərazisində yerləşən “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində görülən işlər yekunlaşmaq üzrədir. Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahilboyu davam etdirilir. Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. V.İmanov, həmçinin rayonda ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası, turizmin inkişafı, insanların sağlamlığının təmini, yaşıllıqların artırılması istiqamətində görülən işlərdən, habelə planlaşdırılan layihələrdən danışıb.
Milli Məclisin deputatı Rauf Əliyev, “28 may NQÇİ”nin rəisi Zaur Bağırov, Gürgən qəsəbə İƏD üzrə nümayəndə Nicat Qafarov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından bəhs ediblər.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50

