/ / Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində əməkdaşlığın inkişafı məsələsi müzakirə edilib
Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində əməkdaşlığın inkişafı məsələsi müzakirə edilib
26.10.2017 [10:25]
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dünya Bankının iqtisadçısı, tapşırıq qrupunun rəhbəri Moritz Meyer, dövlət sektoru üzrə baş mütəxəssis Qreqori Kisunko, baş iqtisadçı Alan Fuçs, proqram üzrə assistent Nigar Sadıqova və Azərbaycan nümayəndəliyinin əməliyyatlar üzrə baş mütəxəssisi Səidə Bağırlının iştirak etdiyi görüşdə Dövlət Statistika Komitəsi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 16 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi”nin həyata keçirilməsi üzrə hazırlıq işlərinin gedişinə dair fikir mübadiləsi aparılıb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edildiyini, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi addımlar atıldığını diqqətə çatdırıb. Son illər ərzində Azərbaycanda bir çox sahələrdə, xüsusilə qeyri-neft sektorunda əldə olunan uğurlar, Azərbaycan statistika sisteminin daha da təkmilləşdirilməsi sahəsində qazanılmış nailiyyətlər və həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Dövlət Statistika Komitəsinin BMT-nin müvafiq qurumları, o cümlədən Dünya Bankı ilə milli statistika sisteminin inkişafı sahəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb.
Dünya Bankının iqtisadçısı, tapşırıq qrupunun rəhbəri Moritz Meyer və digərləri Azərbaycan Respublikasının statistika sisteminin daha da təkmilləşdirilməsi istiqamətində aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar. Qeyd ediblər ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Dünya Bankı tərəfindən həyata keçiriləcək “Azərbaycan Respublikası: 2018-2022-ci illər üzrə müfəssəl institusional, kadr və informasiya-kommunikasiya texnologiyaları potensialının artırılması planları daxil olmaqla, 2018-2030-cu illər üzrə Statistikanın İnkişafı üzrə Milli Strategiya Layihəsi” milli statistika sisteminin inkişafına təkan verəcək.
Görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14

