/ / Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib
29.11.2017 [10:31]
Noyabrın 28-də Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib. İclasda Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Xorvatiya tərəfdən isə Birgə Komissiyanın həmsədri, Baş nazirin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin başçılıq etdiyi Xorvatiya nümayəndə heyəti iştirak ediblər.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, birgə komissiyanın həmsədri, Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov iclas iştirakçılarını salamlayaraq komissiyanın 2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradıldığını və ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına xidmət edəcəyini bildirib. F.Məmmədov deyib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən dövr ərzində ölkə prezidentlərinin qarşılıqlı səfərləri həyata keçirilib, bir neçə dəfə yüksək səviyyədə görüşlər olub, ölkələrimizin qarşılıqlı əlaqələri ilə bağlı 20-dək müqavilə imzalanıb. Qeyd olunub ki, ölkələrimiz arasında 2017-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət dövriyyəsi 105 mln. ABŞ dolları həcmində olub.
Komissiya qarşısında duran mühüm istiqamətlərdən birinin iqtisadi əlaqələrin genişləndirilməsinə dəstək verilməsi olduğunu deyən F.Məmmədov aparılan danışıqların, əldə olunan razılaşmaların və imzalanan sənədlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına zəmin yaradacağına əminliyini ifadə edib.
Nazir Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın genişlənməsində biznes əlaqələrinin mühüm rol oynadığını bildirərək, indiyədək hər iki ölkədə işgüzar dairələr arasında birbaşa təmasların inkişafı baxımından əhəmiyyət kəsb edən 4 biznes forumu keçirildiyini diqqətə çatdırıb. Ölkələr arasında ikitərəfli münasibətlərə böyük töhfələr verə biləcək bir çox perspektivli sahələr olduğunu vurğulayan F.Məmmədov son illər Azərbaycanda müxtəlif yeni sənaye parklarının yaradıldığını və bu parklarda investorlar üçün cəlbedici şərtlərin, o cümlədən vergi güzəştlərinin mövcud olduğunu komissiya üzvlərinin diqqətinə çatdırıb.
Xorvatiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduqlarını qeyd edib. Xanım Daliç Azərbaycan və Xorvatiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini bildirərək, iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının müxtəlif sahələrdə uğurlu əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Xorvatiya arasında sənaye, energetika, nəqliyyat, idman, turizm, təhsil, xüsusilə informasiya texnologiyaları sahəsində mövcud potensialı reallaşdırmaq üçün geniş imkanlar mövcuddur. İclasda iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.
İclasın sonunda Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Xorvatiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliç imzalayıblar.
İclas çərçivəsində Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Xorvatiya Respublikası Baş nazirinin müavini, iqtisadiyyat, sahibkarlıq və peşə naziri Martina Daliçin təkbətək görüşü də keçirilib. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

