Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qida Təhlükəsizliyi Agentliyinin sədri Sumqayıtda sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olub

Qida Təhlükəsizliyi Agentliyinin sədri Sumqayıtda sınaq laboratoriyasının fəaliyyəti ilə tanış olub

01.06.2018 [08:58]

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 31-də Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyasına baxış keçirib.
Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən açıqlama verilib.
Agentliyin sədri laboratoriyanın fəaliyyəti, maddi-texniki bazası və əməkdaşların bilik səviyyəsi ilə tanış olub. Sınaq laboratoriyasında iş prosesi ilə tanışlıqdan sonra Q.Təhməzli aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması və bununla bağlı olaraq vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Sərəncamına əsasən, ləğv edilmiş Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Sumqayıt şəhərində yerləşən Sumqayıt yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.

Paylaş:
Baxılıb: 763 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30