Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir
13.06.2018 [09:06]
Prezident İlham Əliyev: Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə, əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək
Məqsədyönlü siyasət sayəsində özünün iqtisadi gücünü və maliyyə imkanlarını genişləndirən Azərbaycan, eyni zamanda, böyük regional və qlobal əhəmiyyət daşıyan irimiqyaslı layihələrin moderatoru rolunda çıxış edir. Belə layihələrdən biri də zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi layihəsidir.
Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanılıb. Arxada qalan 4 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. Xəbər verildiyi kimi, cari il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə söylədiyi nitqində Cənub Qaz Dəhlizinin açılışını tarixi hadisə kimi səciyyələndirib. Dövlət başçısı görülən işlərdən məmnunluq ifadə edərək vurğulayıb: “Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.
Azərbaycanda neft-qaz çıxarmanın tarixi çox qədimdir. Lakin keçmiş dönəmlərdə çıxardılan “qara qızıl” heç də Azərbaycan xalqına xoşbəxtlik gətirməyib, onun rifahının yaxşılaşmasına xidmət etməyib, əksinə, Abşeronda kəskin ekoloji problemlərə yol açıb. Respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatları yalnız müstəqillik illərində ölkəmizin inkişafına, milli maraqlara xidmət edib. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev bildirib: “Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.
“Şahdəniz” Azərbaycanı dünyaya həm də qaz ölkəsi kimi tanıtdı
“Əsrin müqaviləsi”ndən sonra ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzrə imzalanıb. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. O vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənilməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək asan məsələ deyildi. Ancaq Cənub Qaz Dəhlizinin açılışı təsdiqlədi ki, Azərbaycan zamanında nə qədər müdrik addım atıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, həm də qaz ölkəsi kimi təqdim etdi. Cənub Qaz Dəhlizi layihəsinin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. Ehtiyatları 1 trilyon kubmetrdən çox qiymətləndirilən “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir.
Cənub Qaz Dəhlizi çərçivəsində nümunəvi regional və qlobal əməkdaşlıq formatı yaranıb
Beynəlxalq əməkdaşlıq olmadan Cənub Qaz Dəhlizinin reallaşdırılması da mümkün olmazdı. Burada, ilk növbədə, regional əməkdaşlıq haqqında danışmaq lazım gəlir. Son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Yeni layihənin ərsəyə gəlməsində Amerika Birləşmiş Ştatları hökumətinin böyük köməyi olub. Ümumiyyətlə, ABŞ Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan əksər layihələrə həm siyasi, həm də mənəvi və maliyyə cəhətdən dəstək göstərib. Bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi də istisna təşkil etməyib.
Böyük Britaniyanı təmsil edən BP şirkəti indiyədək Azərbaycanda reallaşdırılan enerji layihələrinin əsas investorlarından biri qismində çıxış edib. Böyük Britaniya hökuməti Cənub Qaz Dəhlizinin həyata keçirilməsinə də öz dəstəyini göstərib.
Bu layihələrin həyata keçirilməsində maliyyə institutlarının böyük dəstəyini xüsusi qeyd etmək lazımdır. Onlar Azərbaycana inanır və öz maliyyə resurslarını ayırırlar.
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizinin əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirərək deyib: “Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə, əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək”.
Bütövlükdə, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər. “Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik. Bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik daha çox qazı Avropaya sataq, çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır”, - deyə Prezident İlham Əliyev bildirib.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə kömək göstərəcək
Artıq bir neçə ildir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqı ölkələrinin bəziləri neftin 40 faizini respublikamızdan alır. Bununla belə, ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir. Gələcəkdə Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şəksizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Mübaliğəsiz demək mümkündür ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə, regional və qlobal əməkdaşlığın dərinləşməsinə sanballı töhfə olacaq. Eyni zamanda, mənbələrin və marşrutların şaxələndirilməsi Avropanın istehlakçı ölkələri üçün də strateji önəm daşıyır. Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq, qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadə etməyə imkan yaradacaq. Prezident İlham Əliyev deyilənlər baxımından Cənub Qaz Dəhlizinin əvəzolunmaz layihə olduğuna diqqət çəkərək bildirib: “Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.
Bu gün Azərbaycan ayaqda möhkəm dayanan müstəqil ölkədir
Son 15 ildə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox azdır. “Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan ölkədir, güclü iqtisadiyyata malik olan bir ölkədir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulmuşdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Hazırda ölkəmiz 44 milyard həcmində strateji valyuta ehtiyatlarına malikdir. Respublikamızın xarici dövlət borcu çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız isə ölkənin xarici borcundan 4-5 dəfə çoxdur. Yəni Azərbaycan elə ölkədir ki, istənilən vaxtda bütün xarici borclarını rahatlıqla ödəyə bilər. Ölkədə davamlı inkişaf məsələləri, o cümlədən işsizliyin və yoxsulluğun azaldılması diqqət mərkəzində saxlanılır. Qlobal reytinq agentliklərinin hesabatlarında da göstərildiyi kimi, Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub. Bunun təsdiqi olaraq vurğulayaq ki, son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik 5 faiz səviyyəsindədir. Nüfuzlu Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq səviyyədə də etiraf olunan uğurlarının səbəblərinə diqqət çəkib. “Davos Forumunun hesablamalarına əsasən, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq, eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir”, - deyə dövlət başçısı vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50

