/ / Prezident İlham Əliyevin Azərbaycanı qlobal iqtisadi layihələrə cəlb etməsinin səmərəli nəticəsi özünü göstərir
Prezident İlham Əliyevin Azərbaycanı qlobal iqtisadi layihələrə cəlb etməsinin səmərəli nəticəsi özünü göstərir
07.04.2021 [08:59]
İran ilə Çin arasında 25 il müddətinə strateji əməkdaşlıq haqqında sənədin imzalanması regionda yeni reallıqlar və iqtisadi inkişafın əsasını yaradıb.
AZƏRTAC xəbər verir ki, hər iki dövlət artıq regionda kifayət qədər nüfuz edəcək. İranla Çin arasında ticarət dövriyyəsi 31 milyard dollardır. Bu günə kimi Çin neftə olan tələbatının yalnız 3 faizini İrandan, 17 faizini Səudiyyə Ərəbistanından, 10 faizini İraqdan, Küveytdən və digər ərəb ölkələrindən alırdı. İran mətbuatının yazdığına görə, strateji əməkdaşlığa əsasən, Çinin neftə olan tələbatı İran tərəfindən qarşılanacaq ki, bu da sanksiyaların əhəmiyyətini aşağı salacaq. Bundan başqa, Çin 25 il müddətində İran iqtisadiyyatının müxtəlif sahələrinə 400 milyard dollar investisiya yatırmağı hazırlaşır. Çin sərmayəni əsasən İranın nəqliyyat sahəsinə yatırmağı planlaşdırır. Çin İranın Çabahar limanının və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində istifadə olunan dəmir yollarının inkişafında maraqlıdır.
Çin ilə strateji əməkdaşlıq rəsmi Tehran üçün olduqca əhəmiyyətlidir. Sanksiyalar İran iqtisadiyyatının inkişafına mənfi təsir göstərir. İnflyasiya və koronavirus pandemiyası İranı möhkəm sıxır. Bu əməkdaşlıq İrana dərin nəfəs alaraq yolunu davam etdirmək imkanı yaradıb.
Azərbaycan da region dövlətlərindən biridir və istər Çin, istərsə də İranla müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri var. Hər iki dövlətlə nəqliyyat-tranzit, ticarət, sənaye, turizm sahələrində əməkdaşlıq Azərbaycan üçün prioritet siyasi xətdir. Prezident İlham Əliyevin qlobal xarakter daşıyan siyasi və iqtisadi məsələlərə diqqətlə yanaşmasının nəticəsidir ki, ölkəmiz bir tərəfdən Çinin təklif etdiyi “Bir kəmər, bir yol” layihəsinə qoşulmaqla Asiya ilə Avropa arasındakı iqtisadi əlaqələrdə dayaq məntəqəsinə, digər tərəfdən də İranın da iştirak etdiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşularaq logistika mərkəzinə çevrilir.
Onu da mütləq nəzərə çatdırmaq lazımdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistanın işğalında qalan ərazilərini azad edib ki, bu da yuxarıda göstərdiyimiz qlobal iqtisadi proseslərdə yeni vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyət ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yolları tezliklə bərpa edilərək istifadəyə veriləcək. Bu yollar Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq.
Yuxarıda deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, İran ilə Çin arasındakı əməkdaşlıq rəsmi Bakı üçün də faydalı sayıla bilər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran Çinin sərmayəsindən istifadə etməklə tranzit nəqliyyat xətlərini inşa edərək yekunlaşdıra bilər. Misal üçün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti sayılan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tamamlana bilər. Yolun Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Lakin Rəşt-Astara yolu hələlik hazır deyil. İqtisadi sanksiyalar İrana bu yolun inşasını başa çatdırmağa böyük mane olur. Cənub-Şərqi Asiya ölkələrindən İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olan yüklər Avropaya və əks istiqamətə məhz bu yolla daşınacaq. Yüklər Cənub-Şərqi Asiyanın ən böyük yükaşırma imkanı olan Mubaidən İranın Bəndər-Abbas limanına, buradan isə Qəzvir-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən keçməklə Qərbi Avropaya daşınacaq. Azərbaycan infrastruktur layihələri həyata keçirərək buna tam hazır vəziyyətdədir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi təkcə büdcəyə valyuta axınını təmin etməyəcək, dövlətimiz həm də siyasi zəmanət qazanacaq.
Göründüyü kimi, dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin ilə regionun fəal dövləti olan İran arasında strateji əməkdaşlıq Azərbaycan üçün də faydalıdır. Prezident İlham Əliyevin Azərbaycanı qlobal iqtisadi layihələrə cəlb etməsinin səmərəli nəticəsi özünü göstərir.
Hazırda dünya COVID pandemiyasını yaşayır. Bu pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyanın həcmi hələ tam ölçülməyib. Lakin indidən demək olar ki, ziyanın həcmi yüz milyardlarla hesablanacaq. Dünyanın bütün qitələri bu pandemiyadan zərər çəkdi. Bu zərəri qarşılamaq üçün dünya dövlətləri ilə yanaşı, iri korporasiyalar, transmilli şirkətlər və dünya iqtisadiyyatının digər subyektləri məqam gözləyir.
Dünya ölkələrində hazırda əhaliyə peyvənd vurulması prosesi gedir. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bildirirlər ki, virusun tamamilə məhv olmasından asılı olmayaraq 2 ildən sonra dünya əhalisinin 70 faizi peyvənd olunacaq və virus qüvvəsini itirəcək. Ən uzaq perspektivə hesablasaq belə 2 ildən sonra sərhədlərin açılmasını və iqtisadiyyatda fəallığının artmasını müşahidə edəcəyik. Bu dönəmdə qitələr arasındakı iqtisadi əlaqələr də tam olaraq bərpa ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

