Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Maaş və pensiyalar artırılacaq

Maaş və pensiyalar artırılacaq

22.07.2022 [10:15]

Mübariz ABDULLAYEV

Son 18 ilin xronikasına nəzər salsaq, görərik ki, Azərbaycanın dövlət siyasətində sosial sferanın prioritetliyi daim təmin olunub. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq belə bir ənənə formalaşıb: İqtisadi-maliyyə imkanları genişləndikcə insanların sosial ehtiyaclarının ödənilməsinə, rifah halının yaxşılaşmasına hesablanan yeni təşəbbüslər irəli sürülür və bəhs olunan istiqamətlərə daha böyük həcmlərdə vəsaitin ayrılması təmin edilir. Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsini hədəfləyən təşəbbüslər, bir qayda olaraq, dövlət başçısı İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan gəlir. Biz onları tez-tez paytaxtda və bölgələrdə insanların əhatəsində görürük. Belə təmaslar izsiz ötüşmür. Səmimi söhbətlər zamanı insanlar özlərinin istəklərini, sosial sifarişlərini, onları narahat edən məsələləri birbaşa ölkə rəhbərliyinə çatdırmaq imkanı qazanırlar ki, bunlar da sonradan qərarların verilməsində, yaxın və uzaq perspektiv üçün siyasətin müəyyənləşdirilməsində mütləq nəzərə alınır.

Gəlir imkanlarının artırılması

Azərbaycanın dərin məzmunlu sosial siyasətində insanların gəlir imkanlarının artırılması xətti mühüm yer tutur. Xüsusilə də respublikamızda əməkhaqlarının və pensiyaların artırılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Biz yeni növ koronavirus pandemiyasının pik mərhələsində Azərbaycan dövlətinin iş yerlərinin və əmək-haqqı fondunun qorunmasına necə həssaslıqla yanaşdığının şahidi olduq. Həmin dövrdə qəbul olunan qərarlara əsasən dövlət və özəl müəssisələr bir neçə ay fəaliyyətini dayandırdı. Ancaq sərt qapanmalar şəraitində dövlət və özəl sektorda çalışanlar ixtisara salınmadılar və onların əməkhaqları tam şəkildə ödənildi. Dövlət dəstəyinin əhatə dairəsi kifayət qədər geniş oldu. Hətta kəskin zərurət olmadığı halda on minlərlə insan dövlət başçısının tapşırıqları əsasında ödənişli sosial işlərə cəlb olundular. Bu, dövlətin, şəxsən Prezident İlham Əliyevin ölkə vətəndaşlarına qayğısının bariz nümunəsidir.

Gözləmək olardı ki, pandemiya və müharibə səbəbindən xərclərin kəskin şəkildə çoxaldığı respublikamızda əməkhaqlarının və pensiyaların artırılması müəyyən bir müddətədək ertələnəcək. Ancaq belə olmadı və Azərbaycan dövləti pensiyaların və əməkhaqlarının artırılması ənənəsinə cari ildə də sadiq qaldı. Prezident İlham Əliyev cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə söylədiyi nitqində bu artımların mənbəyini göstərərək vurğulayıb: “Son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir”.

Bəhs olunan müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında respublikamızda reallaşdırılan üçüncü sosial paket çərçivəsində əməkhaqlarının və pensiyaların artırılması barədə geniş məlumat verib. Sözügedən sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Təxminən 3 milyon 400 min insan yeni islahat tədbirlərindən faydalanmaq imkanı qazanıb. Bildirildiyi kimi, bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırılıb. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırılıb. Əlavə olaraq sosial ödənişlər seqmenti 2 milyon 300 min vətəndaşı əhatə edib və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırılıb. Orta aylıq pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatdırılıb. Sahil Babayevin sözlərinə görə, respublikamızda sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 26 faiz artırılıb. Bu siyasət ardıcıl həyata keçirilən proqramın tərkib hissəsidir. Belə ki, son dörd il ərzində 3 sosial islahat paketi ilə 4 milyon insan əhatə olunub. Onlar üçün illik 6 milyard manatlıq əlavə dövlət vəsaiti ayrılıb və nəticədə Azərbaycanda minimum əməkhaqqı 3-4 il ərzində 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatıb. Əməkhaqqı fondu 2,2 dəfə, əhali arasında gəlirlərin bölgüsünün ədalətlilik göstəricisi olan median əməkhaqqı 86 faiz artıb.

Sosial ödənişlərdə artımlar daha böyük rəqəmlərlə ifadə olunur. Minimum pensiyalar 110 manatdan 240 manata çatdırılıb, orta pensiya 75 faiz artıb. Sosial müavinətlər və təqaüdlər isə 3,5 dəfə artıb ki, bu da xüsusilə həssas təbəqədən olan insanları əhatə edir. Əlavə sosial islahatlar çərçivəsində təkcə sosial müavinət və təqaüdlərə də illik 1 milyard manat ayrılıb.

Azərbaycanın sosial siyasəti davamlı səciyyə daşıyır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında respublikamızda növbəti ildə minimum əməkhaqqı məbləğinin yenidən artırılacağının anonsunu verib. Nazir bununla bağlı təkliflərin hazırlandığını qeyd edib. O əlavə edib ki, gələn il pensiya, eyni zamanda, müavinət və təqaüdlərin artırılması üçün də işlər aparılır.

Əmək münasibətlərinin elektronlaşdırılması

Son illərdə Azərbaycanda həyatın bütün sahələrində yüksək standartlar tətbiq olunur. Bu baxımdan, vətəndaş məmnunluğunu təmin etmək məqsədilə əmək münasibətlərinin elektronlaşdırılması, pensiyaların proaktiv qaydada müəyyənləşdirilməsi mühüm yeniliklərdəndir. Respublikamızda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan  DOST konsepsiyası uğurla reallaşdırılır. DOST konsepsiyası çərçivəsində artıq 1 milyona yaxın vətəndaşa xidmət göstərilib. Fəaliyyətdə olan beş mərkəz bu ilin birinci yarısında 313 min vətəndaşı qəbul edib, onlara xidmət göstərib. Qəbul edilən hər bir vətəndaşın qarşılarındakı elektron monitorda verdiyi qiymətə əsasən onların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz olub. Sosial sahə üzrə 154 xidmətin “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi “DOST” mərkəzlərinin şəbəkəsinin regionlar üzrə genişləndirilməsi işləri aparılır. Hazırda ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub. 2022-2023-cü illərdə 5 saylı Bakı “DOST” Mərkəzi, Bərdə və Quba rayonlarında “DOST” mərkəzləri açılacaq. Bundan başqa, “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə işğaldan azad olunmuş ərazilərdə bir neçə belə mərkəzin, filialın və xidmət məntəqələrinin açılması nəzərdə tutulur.

Ümumiyyətlə, əmək münasibətlərinin və digər sosial xidmətlərin təkmilləşdirilməsində, vətəndaş məmnunluğunun artırılmasında elektronlaşmanın rolu artmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildir?lir ki, bu ilin yanvar-iyun aylarında qurumun e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət qeydə alınıb. 2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış imkanı yaradır. Vətəndaş onun barəsində portalda toplanmış məlumatları mütəmadi izləyə bilir, yaranan sosial-əmək-pensiya hüquqlarının təminatına ictimai nəzarəti həyata keçirir.

Nazirlik elektronlaşma tədbirlərini daha da genişləndirmək niyyətindədir. Cari ilin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq. Beləliklə, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq. Görülən bu işlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilib. Bu ilin ilk 6 ayında DOST konsepsiyası, elektronlaşma işləri 18 beynəlxalq mükafat və sertifikata layiq görülüb.

Paylaş:
Baxılıb: 114 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31