Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Həssas qruplardan olan insanlara davamlı qayğı

Həssas qruplardan olan insanlara davamlı qayğı

23.08.2023 [10:05]

Dövlət siyasətinin mərkəzində dayanan mühüm məsələ

MÜBARİZ

Davamlı olaraq dərin məzmunlu sosial siyasət həyata keçirən Azərbaycanın bu sahədə hədəflədiyi əsas məqsədlərdən biri insanların gəlir imkanlarının artırılmasına və bu əsasda ölkə üzrə ümumi rifah halının daha da yükəlməsinə nail olmaqdır. Respublikamızda pensiyaların, əməkhaqlarının müntəzəm qaydada artırılması artıq gözəl bir ənənə halını alıb. Qeyd olunan istiqamətlərdə, demək olar ki, hər il, hətta bəzən bir ildə bir neçə dəfə artımların şahidi oluruq. Eyni zamanda, Azərbaycan dövləti həssas qruplardan olan insanların - əlillərin, qazilərin, şəhid ailələrinin və digər belə qruplardan olan vətəndaşların gəlir imkanlarının artırılmasına xüsusi həssaslıqla yanaşır. Ölkəmizdə bu qəbildən olan insanların sosial müdafiəsi bir sıra vasitələrlə dəstəklənir. Qeyd edək ki, son beş ildə respublikamızda Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan 4 sosial islahat paketi uğurla icra olunaraq 4 milyondan çox vətəndaşı əhatə edib. Bu islahatlar üzrə ayrılan əlavə illik vəsait 6,8 mlrd. manat təşkil edir.

Müavinət və təqaüdlərdə artımlar

Ölkədə aparılan sosial islahatlar müavinət və təqaüdlərdə davamlı artımları təmin edib. Son beş ildə Azərbaycanda müavinət və təqaüd ödənişləri 5 dəfə artmaqla 400 mln. manatdan 1,9 mlrd. manata çatıb. Sosial islahatların mühüm istiqaməti kimi müavinət və təqaüdlərdə davamlı hal alan artlımlıar 2023-cü ilin əvvəlindən də davam edib. Belə ki, cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 462 min nəfərə sosial müavinət, 374 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 578 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 374 mln. manat ödənilib. Yanvar-iyul aylarında 79 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 508 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Ayrı-ayrı müavinət və təqaüdlərdəki yüksək artımlar xüsusilə diqqət çəkir. 2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 600 manata, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100% pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 % pozulmasına görə (II dərəcə) 400 manata, 31-60% pozulmasına görə (III dərəcə) 330 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün 300 manata çatdırılıb. Ümumilikdə, qeyd olunan təqaüdlərdə son beş ildə orta hesabla 3 dəfədən çox artım olub. Yaxud uşağın anadan olmasına görə birdəfəlik müavinət 76 faiz, son beş ildə isə 4,6 dəfə artımla 500 manata, dəfn üçün birdəfəlik müavinət 42,9 faiz, son 5 ildə isə 3,4 dəfə artımla 500 manata çatdırılıb. Elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü elmlər doktorları üçün 500 manata, fəlsəfə doktorları üçün 300 manata çatdırılıb (son beş ildə 2,5 dəfə artıb). Prezidentin fərdi təqaüdü 1500 manata çatdırılıb (son beş ildə müvafiq olaraq 33,3% və 50% artım).

Eləcə də Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 2021-ci ilin əvvəlindən 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2021-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdü 2000 (iki min) manat təyin olunub.

Dövlət başçısının tapşırığı ilə aparılan sosial islahatlar əlilliyi olan 18 yaşınadək uşaqlara yönələn ödənişlərin ciddi artımına imkan verib. Belə ki, həmin uşaqlara qulluq edənlər üçün 2019-cu ildə Prezidentin aylıq təqaüdü təsis edilərək, müavinətləri də artırılıb. Sonrakı islahatlar və 2023-cü il üzrə yeni islahat paketi çərçivəsində həm onların müavinətində, həm də qeyd olunan təqaüddə artımlar davam etdirilib. Misal üçün, əlilliyi olan 18 yaşadək uşaqlardan orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi olanlara müavinət və təqaüdlər üzrə ümumi aylıq sosial ödəniş 570 manata (gözdən əlilliyi olan 18 yaşadək şəxslər üçün 670 manata) çatıb. 2018-ci illə (cəmi 82 manat müavinət) müqayisədə bu sahədə 7 dəfə, gözdən əlilliyi olan 18 yaşadək şəxslərlə bağlı isə 8,2 dəfə artım baş verib.

Diqqəti çəkən mühüm məqamlardan biri ondan ibarətdir ki, aparılan islahatlara uyğun olaraq sosial ödəniişlərin əhatə dairəsi getdikcə genişlənir. Qarşıya məqsəd qoyulub ki, dövlət qayğısı ehtiyacı olanların hamısına əlçatan olsun. Ötən beş ildə 10-dan çox yeni sosial ödəniş növü təsis olunub və sosial təminat sistemində humanist yanaşmalar tətbiq edilib. Nəticədə sosial təminat sisteminin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib.

Şəhid ailələrinə, müharibə əlillərinə həssas münasibət

Həssas əhali qruplarının, xüsusilə şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir. 2018-ci ildə yenidən ölkənin Prezidenti seçildikdən sonra dövlət başçısının həmin il aprelin 19-da imzaladığı ilk Fərman da məhz şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub. Bu sənədə, həmçinin 2019-cu ilin yanvarında imzalanan digər Fərmana əsasən respublikamızda yeni mühüm sosial müdafiə proqramı icra edilib: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə (11 min manat) ilə təmin olunub.

Dövlət başçısının 2021-ci il dekabrın 23-də imzaladığı Fərmanla isə 2022-2023-cü illərdə növbəti dəstək proqramı kimi, Birinci Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olanların birdəfəlik ödəmə ilə təminatı proqramı uğurla icra olunub. Bu proqram üzrə 17,2 mindən çox şəxsə birdəfəlik ödəmə verilib.

Ölkəmizin tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək proqramı artıq 124 min şəxsi əhatə edib. İndiyədək onlara dəstək yönümlü 300 min xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu paket çərçivəsində postmüharibə dövründə:

• şəhid ailələri üzvləri və müharibə veteranları olan 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunub, 3793 şəxsə sığorta ödənişi edilib;

• 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 234 şəxs üzrə birdəfəlik ödəmə verilib;

• şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlər hər il artırılıb, müharibə veteranlarına aylıq təqaüd təyin edilib;

• şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 5 100 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib (Ümumilikdə, ötən dövrdə bu kateqoriyalardan olanlara 13 900 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olanlara 7 500-dən çox avtomobil verilib);

• şəhid ailələri üzvləri, müharibə iştirakçıları olan 11 min nəfərə 47,5 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;

• müharibə ilə əlaqədar əlilliyi olan 1 963 şəxs 41,3 min reabilitasiya vasitəsi, o cümlədən 435 şəxs 454 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub;

• şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;

• vahid əlaqələndirmə mərkəzlərində həmin kateqoriyalara aid 91 min şəxsə xidmətlər göstərilib və s.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünyaya sülh gərək!

21 Sentyabr 11:45

İqtisadiyyat

MEDİA

Vətən naminə...

21 Sentyabr 11:35

Xəbər lenti

Xəbər lenti

Antiterror tədbirləri

21 Sentyabr 11:20

Siyasət

Xarici siyasət

İrəvan qarışıb

21 Sentyabr 11:12

Siyasət

Xəbər lenti

3 bəyanat, 1 hesabat...

21 Sentyabr 11:07

Xəbər lenti

Siyasət

Yevlax görüşü...

21 Sentyabr 10:36

Siyasət

Növbəti ikili standart

21 Sentyabr 10:22

Siyasət

Əsrə bərabər 1 gün!

21 Sentyabr 10:01

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30