Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Pensiyaçılara müjdə - təqaüdlər yenə artacaq

Pensiyaçılara müjdə - təqaüdlər yenə artacaq

16.11.2023 [10:30]

Mübariz FEYİZLİ

Azərbaycanın dərin məzmulu sosial siyasətində ədalətli resurs bölgüsünün təmin edilməsi və bütün kateqoriyalardan olan insanların gəlir imkanlarının artırılması xətti xüsusi yer tutur. Bu strateji kursa uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanları genişləndikcə sosial sahəyə yönəldilən vəsaitlərin də həcmi ilbəil artırılır. Prezident İlham Əliyev milli iqtisadiyyatımızda sağlamlaşdırma tədbirlərinin nəticəsi olaraq büdcəyə daxil olan bütün əlavə vəsaitlərin də məhz sosial sahəyə yönəldilməsi ilə bağlı qəti tapşırıqlarını verib.

Pensiyaların artırılması ənənəsi 2024-cü ildə də davam edəcək

Azərbaycanda minimum pensiya son 20 ildə 10 dəfə artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul tarixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əməkhaqları kimi, pensiyalar da davamlı olaraq artırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Yeni Azərbaycan”a verilən məlumatda bildirilir ki, 2023-cü ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz (609 mln. manat) çox olmaqla 4 mlrd. 277 mln. manat vəsait yönəldilib. Yeni sosial islahat paketi çərçivəsində 2023-cü il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Həmçinin ötən il pensiyaçılara verilmiş maddi yardımlar bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib. Bu artımdan sonra pensiyalar ötən ilki orta aylıq əməkhaqqının artım tempi üzrə 14,7 faiz indeksləşdirilərək artırılıb. Yanvar-sentyabr aylarında pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 466 manata çatıb.

Pensiyaların artırılması ənənəsinin 2024-cü ildə də davam edəcəyi gözlənilir. “Həssas qruplardan olan insanların maddi rifah halının yaxılaşdırılması, həmin şəxsləri infilyasiyanın təsirlərindən qorumaq, habelə onların tibbi-sosial reabilitasiyasının və sanator-kurort müalicəsinin davamlı və keyfiyyətli təşkil edilməsi məqsədilə sosial ödənişlər mütəmadi artırılmalıdır”. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin noyabrın 14-də keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi barədə danışarkən deyib.

M.Quliyev qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır. Fikirlərinə davam edən komitə sədri vurğulayıb: “Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq - 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq - 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq - 454 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək”.

Sığorta prinsiplərinin tətbiqinin genişləndirilməsi zəruridir

Respublikamızda pensiyaların təyinatı dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən sığorta prinsiplərinin tətbiqi ilə həyata keçirilir. Musa Quliyev bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsinin vahid büdcə təsnifatına uyğun tərtib edilməsi məqsədilə vahid büdcə təsnifatının təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməli, pensiya sistemi üzrə sığorta prinsiplərinin, habelə elektron innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilməlidir.

Komitə sədri vurğulayıb ki, müzakirəyə təqdim olunan 2024-cü il üzrə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihəsi də ölkə rəhbərinin sosial ədalət və sosial rifah prinsiplərinə xidmət edən ali niyyəti rəhbər tutularaq tərtib edilib. O, qeyd  edib ki, Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon  manat proqnozlaşdırılıb. Bu, cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur.

Fondun gəlirlərinin strukturuna diqqət çəkən Musa Quliyev deyib ki, onun gəlirlərinin 5 mlrd. 288,1 milyon manatının, yaxud 76,4%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyinin proqnozlaşdırıldığını deyən komitə sədri bunun da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacağını vurğulayıb.

Dövlət Sosial Müdafiə Fondunun xərclərindən danışan Musa Quliyev ümumi xərclərin 6,6%-nin və ya 6 milyard 681 milyon 580 min manatının əhaliyə ödənişlər təşkil edəcəyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, əhaliyə ödənişlərin 2024-cü il üçün nəzərdə tutulmuş proqnozu 2023-cü ilin təsdiqlənmiş proqnozundan  604 milyon manat, yaxud 10% çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin  2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır.

Pensiya təyinatı e-sistem üzərindən həyata keçirilir

Ölkəmizdə vətəndaş məmnunluğunu artırmaq məqsədilə pensiya təyinatının e-sistem üzərindən həyata keçirilməsinin əhatə dairəsi getdikcə genişləndirilir.  Ötən 9 ayda 23,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. ƏƏSMN-nin məlumatında qeyd olunub ki, qurumun fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-c? ilin 10 ayında 15,5 milyon müraciət qeydə alınıb.

Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,7 milyon dəfə istifadə olunub. Sosial ödənişlər üzrə 198 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib, nazirliyin fəaliyyət sahələrinə dair 319 min e-arayış verilib.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Yanvar-oktyabr aylarında ümumilikdə nazirliyin informasiya bazalarına 322,3 milyon e-sorğu və müraciət qeydə alınıb.

Ayrı-ayrı sosial xidmətlərin, o cümlədən də pensiya təyinatının proaktiv qaydada həyata keçirilməsi yüksək vətəndaş məmnunluğu yaradır. Bu zaman vətəndaş-məmur təmasları minimuma enir, vaxt itkisi olmur, neqativ hallara yol verilmir.

Paylaş:
Baxılıb: 217 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30