Azərbaycanın regionlarında sahibkarlara dəstək tədbirləri davam etdirilir
14.06.2016 [10:20]
Təkcə 2016-cı ilin ötən dövrü ərzində 1100 nəfərə yaxın sahibkara 57,3 milyon manat güzəştli kredit ayrılıb. Bu vəsaitlər hesabına reallaşdırılan investisiya layihələri 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir
Son 13 ildə regionlarda sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Regionlarda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Son bir ildə fond tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən respublikamızda sahibkarlara böyük dəstək göstərildiyini nəzərə çatdıraraq deyib: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq 2 milyard manat təşkil edəcəkdir”.
Sahibkarlığın inkişafı sayəsində regionlardan vergi daxilolmaları artıb
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb.
Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalıb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Ümumiyyətlə, son 13 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb.
Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub.
Sahibkarlığın dəstəklənməsi sayəsində ölkənin regionlarında yeni kənd təsərrüfatı sistemi formalaşır
Azərbaycanda sahibkarlığın dəstəklənməsi sayəsində regionlarda yeni kənd təsərrüfatı sistemi formalaşmaqdadır ki, bu da istər bütövlükdə ölkənin iqtisadi inkişafı, istərsə də ərzaq təminatının daxili istehsal hesabına təmin olunması baxımından çox önəmlidir. Regionlarda sahibkarlığın dəstəklənməsi dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin ölkəmizin aqrar sektorunda da geniş şəkildə tətbiqinə imkan yaradıb. Bu baxımdan respublikanın müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılması diqqətəlayiq haldır. Azərbaycanın regionlarında iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib.
Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.
Ağsuda keçirilən işgüzar forumda yeni layihələr təqdim olunub
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu istiqamətdə növbəti tədbir Ağsu rayonunun Muradlı kəndində keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab edilən nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
AZƏRTAC xəbər verir ki, işgüzar forumda rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək Ağsuda güzəştli kreditlər hesabına görülən işlərdən danışıb. Ə.Seyidəliyev Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına son illər Ağsuda fəaliyyətə başlayan “Süsən” MMC-nin taxılçılıq sahəsində əldə etdiyi böyük uğurlardan, istixana təsərrüfatında istehsal edilən yüz tonlarla pomidor və xiyar məhsulunun tədarükündən, bu cür təsərrüfatların sakinlərin məşğulluğu sahəsində əhəmiyyətindən bəhs edib.
Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forumda çıxış edərək bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1100 nəfərə yaxın sahibkara 57,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ş.Abdullayev vurğulayıb ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılan “Yaşıl market”in, çörək zavodunun, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 51 sahibkara 371 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, kartofçuluq, bağçılıq, arıçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Yeni təsərrüfatlar yaradılarkən bölgələrin xüsusiyyətləri nəzərə alınır
Prezident İlham Əliyevin gündəmə gətirdiyi vacib məsələlərdən biri hər bölgənin öz potensialına və ənənələrinə uyğun ixtisaslaşmanın aparılması və ayrı-ayrı iqtisadi zonalar üçün fərqli subsidiya paketinin hazırlanması ilə bağlıdır. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.
İri fermer təsərrüfatları yaradılarkən respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri, o cümlədən də tarixən formalaşan ənənələri əsas götürülür. Bu baxımdan zəngin çayçılıq ənənələri olan Astarada “Astaraçay” kənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.
Azərbaycanın dilbər guşələrindən olan Lənkəranın sitrus bağlarının şöhrəti ölkəmizin hüdudlarından uzaqlara yayılıb. Sovet dönəmində burada yetişdirilən müxtəlif növ sitrus meyvələri keçmiş ittifaqın ayrı-ayrı regionlarına və uzaq xaricə göndərilirdi. Hazırda rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq burada yeni sitrus bağları salınır. “Gilan aqro-sitrus” təsərrüfatı buna nümunədir. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30

