Ölkə boyu yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
29.03.2019 [09:27]
Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək
Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasəti bütün sahələrin paralel inkişafını hədəfləyir. Azərbaycanın dinamik inkişafını şərtləndirən mühüm məqamlardan biri də respublikamızın regionlarının sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlərdir. Bu istiqamətdə Dövlət proqramlarının uğurla icrası regionların həyatında tamamilə yeni müsbət mənzərənin yaranmasını təmin edib, bu gün regionlar ölkəmizin inkişafının mühüm lokomotivi kimi çıxış edir. Dövlət proqramlarının icra olunduğu son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb. Sözügedən dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi isə şübhəsiz ki, sosial sferada da ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verib. Belə ki, son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Bu illər ərzində 2 milyon yeni iş yeri yaradılıb. Dövlət proqramlarının uğurla icrası Azərbaycanın infrasturktur təminatı baxımından da güclü və müasir ölkəyə çevrilməsini şərtləndirib. Belə ki, son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb. Elektrik enerjisi, təbii qaz təchizatı, içməli su ilə təminat sahəsində də qarşıya qoyulan hədəflərə nail olunub.
Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir
Yeni-yeni yol qovşaqlarının yaradılması, müasir yolların salınması, mövcud olanların isə ən yüksək səviyyədə yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycanın yüksək səviyyəli müasir infrastruktur quruculuğu siyasəti bütün ölkə boyu mövcud yolların əsaslı şəkildə yenidən qurulmasında, həmçinin yeni yolların çəkilməsində qabarıq şəkildə nəzərə çarpır. Respublikamızda 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulmuşdu və tam əminliklə söyləmək olar ki, bu işlər yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 15 min yol çəkilib, 443 körpü tikilib. Bu gün ölkəmiz müasir yol qovşaqları, yeni yol-nəqliyyat infrastrukturu ilə nəinki regionun, ümumilikdə, dünyanın aparıcı ölkələri sırasındadır. Azərbaycanda icra olunan yol layihələri istər miqyası, istər əhəmiyyəti, istərsə də keyfiyyəti ilə seçilir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Lakin Azərbaycan bu sahədə qazandığı nailiyyətlərlə kifayətlənmir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində yeni hədəf müəyyənləşdirilib ki, bu da bütün ölkə boyu kənd yollarının abadlaşdırılması ilə bağlıdır. Builki Dövlət İnvestisiya Proqramına əsasən yüzlərlə kəndin yolları abadlaşdırılacaq, o cümlədən magistral yolların tikintisi təmin ediləcək. Dövlət başçısının qəti mövqeyi belədir ki, respublikamızda bir dənə də olsun abadlaşdırılmayan kənd yolu qalmamalıdır, bütün yaşayış məntəqələrində insanlar rahat yollarla təmin edilməlidirlər. İndiyədək ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları genişləndikcə dövlət bu sahəyə yönəldilən investisiyaların həcmini də artırır. Hazırda da respublikamızın demək olar ki, bütün regionlarında müasir səviyyədə yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu işlərin həyata keçirilməsi üçün dövlət lazımi qədər vəsait ayırıb. Son olaraq, Prezident İlham Əliyev martın 27-də “Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hirkan-Mamusta-Siyavar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Şəki rayonunda bir sıra kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb
2019-cu ildə də regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində tədbirlər intensiv şəkildə davam etdirilir. O cümlədən Şəki rayonunda Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin avtomobil yollarının uzunluğu təqribən 33 kilometr təşkil edir. Bu, respublika əhəmiyyətli Şəki-Qax avtomobil yolu ilə M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunu birləşdirən və 18 kilometr uzunluğa malik Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu, həmçinin ümumi uzunluğu 15 kilometr olan Şəki-Qax avtomobil yolundan ayrılan Qoxmuq kəndinin, yerli əhəmiyyətli Qudula-Qaradağlı-Qoxmuq avtomobil yolu üzərində yerləşən Baltalı, Babaratma və Qudula kəndlərinin və M5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 51-ci kilometrindən ayrılan Daşüz kəndinin yollarıdır.
IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək, 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kvadratmetrdən çoxdur. Layihə üzrə zəruri yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur. Sözügedən yolların yenidən qurulması ilə 6 yaşayış məntəqəsinin 10 minə yaxın əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa, yolun tikintisi ərazidə kənd təsərrüfatının inkişafına təkan verməklə, yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edəcək.
Ölkə boyu yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşıb. Qobustan-Poladlı avtomobil yolunun uzunluğu 14.5 km və 4-cü texniki dərəcəlidir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu 125 min kub.m həcmdə qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 49 min kub.m həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub.
Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kv.m sahədə yol əsasının alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyü döşənib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edib. Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boru quraşdırılıb. Layihə çərçivəsində çiyinlərin 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri də aparılıb.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yol boyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılıb. Qobustan-Poladlı yolu sakinlərin rahat gediş-gəlişini təmin edib, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan yaradıb. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar da əsaslı şəkildə yenidən qurulur. Ağdam rayonunda cari ildə 4 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub ki, artıq bu istiqamətdə dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən yenidənqurma işlərinə start verilib. Bu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan və ümumi uzunluğu 5.6 km olan yerli əhəmiyyətli Kolqışlaq-Mirəşelli və Əhmədağalı-Çıraxlı avtomobil yollarıdır. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 50 min kv.m-dən çoxdur. Tikinti norma və standartlarına uyğun olaraq hazırda yollar boyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür.
Beləliklə, sadalanan faktlar da bir daha göstərir ki, hazırda ölkəmizin müasir yol-nəqliyyat infrastrukturunun inkişafı, bu sahədə görülən işlərin miqyasının daha da genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla reallaşdırılır. Bu, cari ildə və qarşıdakı dövrlərdə icra olunacaq investisiya proqramlarında da mühüm məsələlərdən birini təşkil edir.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

