Azad sahibkarlıq
07.05.2022 [09:40]
İqtisadiyyatın inkişafını təmin edən əsas elementlərdən biridir
Nicat
Bir ölkənin iqtisadiyyatının inkişafını təmin edən əsas elementlərdən biri də azad sahibkarlığın və liberal iqtisadiyyatın formalaşdırılmasıdır. Belə ki, iqtisadiyyatda, xüsusən də biznes mühitində rəqabətin yaranması, eləcə də ölkədə sabit və davamlı iqtisadi mexanizmin yaradılması üçün zəmin və zəruri hesab edilir.
“Keçmişə nəzər salsaq, görərik ki, müstəqillikdən sonra Azərbaycanda iqtisadiyyatın formalaşmasında əsas prioritet sahə neft-qaz sektoru olub. Bu baxımdan demək olar ki, “Əsrin müqaviləsi”nin imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilmişdi. Statistik rəqəmlərə baxsaq, görərik ki, hətta 2000-2017-ci illər arasında belə birbaşa xarici investisiya həcminin demək olar 85%-dən çoxu neft sektoruna edilmiş investisiyalardır. Lakin 2010-cu ildən etibarən aparılan islahatların gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı konsepsiyaların tətbiqi, eləcə də, qeyri-neft sektoruna dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi, özəl sektorda, xüsusən də kiçik və orta sahibkarlıqda iqtisadi və hüquqi islahatların aparılması ilə liberal biznes mühitinin formalaşdırılması, sahibkarlara dövlət dəstəyinin artırılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində dövlət-özəl tərəfdaşlığının formalaşdırılması daha ön plana çıxdı. Bir iqtisadiyyatın güclü olması təbii ki, ölkə daxilində elmin müxtəlif metodologiyalarından istifadə etməklə daxili istehsalın gücləndirilməsindən asılıdır. Bu kontekstdə, sahibkarlığın inkişafı, sahibkarlığa dəstək, azad rəqabət mühitinin yaradılması və eləcə də, müxtəlif sektorlarda yerli istehsal müəssisələrinin yaradılması üçün təşviqatın aparılması daha prioritet olmalıdır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə iqtisadçı ekspert Elmir Səfərli səsləndirib.
“Hətta bütün bu müddəalar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyasında yer alır. Bu gün reallıqlara nəzər yetirsək, Azərbaycanda azad biznes mühitinin və liberal iqtisadiyyatın formalaşması üçün bir çox addımlar atılır. Məsələn, investisiya təşviqi sənədini almış hüquqi və fiziki şəxslər həmin sənədi aldığı müddətdən 7 il içərisində xüsusi güzəştlər əldə etdilər və ya ixrac təşviqi şamil olunan mallar siyahısında nəzərdə tutulan məhsulların ixracı zamanı gömrük dəyərinin 3-6 faiz hissəsi büdcə hesabına geri ödənildi. Bu kimi təşviq və promo strategiyalar sahibkarları qeyri-neft sektoru sahəsində məhsul və xidmətlərin istehsalına investisiyalara yönəldir. Digər tərəfdən, bir çox sahibkarlara, özəlliklə də, qeyri-neft sektorunda fəaliyyət göstərən iş adamlarına və müəssisələrə xüsusi vergi, gömrük və s. güzəştlərin edilməsi, eləcə də, aşağı və ya qarşılıqsız kredit və subsidiyaların verilməsi, iqtisadi gərginlik şəraitində dövlət tərəfindən kompensasiyaların ayrılması, dövlət büdcəsindən sahibkarlara müəyyən təşviq vəsaitlərinin təmin edilməsi, xüsusi dövlət səviyyəli yoxlamaların və eyni zamanda, lisenziya tələb olunan fəaliyyət sahələrinin azaldılması, investisiya layihələrində dövlət-özəl tərəfdaşlığının yaradılması, dövlətin sahibkarlara diqqətinin artırılması ölkə səviyyəsində liberal biznes mühitinin yaranmasına mühüm dəstək verir. Bu fəaliyyətlərin sayı yüzlərlədir”, - deyə ekspert qeyd edib.
Onun fikrincə, hələ qarşımıza məqsəd qoyduğumuz azad rəqabət mühitinin hədəf nöqtəsinə çatmamışıq: “Bunun üçün ilkin olaraq, növbəti 10 il üçün bir sıra addımların atılması daha məqsədə-uyğun hesab edilə bilər. Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisadi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli, regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, ölkədə sağlam rəqabət mühitinin davamlılığı üçün bir sıra strategiyalar tətbiq olunmalı və əhalinin özəl sahibkarlığa qarşı olan inamı artırılmalı, fəaliyyətinin təmin olunması üçün dövlət səviyyəsində dəstək verilməlidir. İkinci növbədə, ölkə səviyyəsində son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda, hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır. Eyni zamanda, qeyri-neft sektoru üzrə daxili investisiyaların həcminin artırılması üçün təşviqat proqramları hazırlanmalı, paralelində xarici investisiyaların cəlb edilməsi istiqamətində dəstəkverici konsepsiyalar irəli sürülməlidir. Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir. Sahibkarların hüquqlarının qorunması üçün qanunvericilik aktlarında xüsusi dəyişikliklər olmalı və investorlar üçün xüsusi təminat strategiyaları formalaşdırılmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

