Ermənistanın müharibə cinayətləri!
31.08.2023 [11:50]
İnformasiya savaşımız davam edir...
Yeganə BAYRAMOVA
44 günlük Vətən Müharibəsinin nəticələri dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Ölkəmiz tarixi Zəfəri ilə mühüm geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır.
İkinci Qarabağ Müharibəsində təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə pozub. Ermənistan həmçinin “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyasının tələblərini də heçə sayaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Mülki şəxslərimizin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
Ermənistanın törətdiyi müharibə cinayətləri dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb. Prezident İlham Əliyev yüksək tribunalardakı çıxışlarında, bütün görüşlərində, beynəlxalq səviyyədə aparılan danışıqlarda birmənalı şəkildə bunu ortaya qoyur. Aparılan araşdırmalar, ekspert rəylərini ortaya qoymaqla ermənilərin Azərbaycana təzminat ödəməsi məsələsi gündəlikdədir. Ermənilər bilməlidir ki, onlar Azərbaycan ərazisində törətdikləri vəhşiliklərə, iqtisadi, siyasi, hərbi və digər cinayətlərə görə cavab verəcəklər.
Ermənistanın “güclü ordu” mifini sındırdıq
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Vətən müharibəsi şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. O, qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm, iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib: “Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəf alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Hazırda bütün işğaldan azad olmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanması bu torpaqların azad olunmasında canını qurban vermiş şəhidlərimiz ehtiram əlamətidir. Vətən Müharibəsinin qəhrəmanları illər boyu Ermənistanın özləri haqqında yaratdıqları “güclü ordu” mifini sındırdı”.
Adekvat reaksiyalar səslənməyib...
Politoloqun sözlərinə görə, Ermənistan Qarabağı işğal altında saxladığı dövrdə çoxvektorlu cinayətlər həyata keçirib: “Təkcə torpaqlarımızın işğalı beynəlxalq hüququn kobud şəkildə pozulması deyil, eyni zamanda Qarabağda Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlər beynəlxalq hüquqi sistemdə öz adekvat və layiqli reaksiyasını almayıb. Torpaqlarımız işğalda olduğu dövrdə, təəssüf ki, Azərbaycanın ekosisteminə böyük zərbələr vurulub, mədəni-tarixi mirasımız dağıdılıb, dini-mədəni abidələrimizə qarşı vandallıq aktları törədilib. Həm “Cenevrə Konvensiyası”nın, həm bu sahələr üzrə məsul olan beynəlxalq hüquqi aktların kobud şəkildə pozulması prosesi baş verib. Azərbaycan bu həqiqətləri dünya ictimaiyyəti qarşısına çıxarsa da, bu günə qədər beynəlxalq birlik tərəfindən adekvat reaksiyalar səslənməyib”.
Bütün gücümüzü səfərbər etmişik
Z.Məmmədov vurğulayıb ki, Azərbaycan haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatıdırlması ilə bağılı həm dövlət, həm də ictimai-siyasi səviyyədə bütün imkanlardan istifadə edir: “Bu gün vətəndaş cəmiyyəti təmsilçilərimiz və media nümayəndələrimiz də prosesin qlobal aləmdə real və layiq olduğu qiyməti alması üçün əlindən gələn təbliğat üsullarından istifadə etməkdədir. Bütün dünyada baş verən son proseslər də göstərir ki, beynəlxalq hüquq əslində qlobal imperializmin və siyasi sistemlərin yalnız özlərinə sərf edən formada istifadə etdikləri anlayışdır. Hər halda beynəlxalq hüququn nə qədər ədalətli olmasından asılı olmayaraq, öz haqq səsimizi dünya ictimaiyyətinə çatdırmağa davam etməliyik. Bu yöndə cənab Prezident
İlham Əliyev tərəfindən uğurlu şəkildə aparılan informasiya müharibəsi kontekstində də hər bir vətəndaşımız üzərinə düşəni etməlidir”.
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması”
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

