İnformasiya savaşı davam edir...
27.09.2023 [11:40]
Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər
44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsi regionda yeni reallıqların ortaya çıxmasına səbəb oldu. Bu reallıq təkcə Azərbaycan üçün deyil, elə Ermənistan üçün də yeni imkanlar yaradır. Tarixi qələbə Azərbaycanın gücünün göstəricisi idi. Tarixə nəzər yetirsək görərik ki, qələbə qazanan ölkələr müharibədən sonra iqtisadi çətinliklərlə qarşılaşırlar. Ancaq Azərbaycanda bu belə olmadı. Belə ki, müharibənin bitməsindən qısa bir müddət sonra artıq azad olunmuş ərazilərimizdə tikinti-bərpa, quruculuq işlərinə başlanıldı. Standartlara uyğun yollar, körpülər çəkilir, yaşayış və qeyri-yaşayış binaları tikilir. ən əsası isə Azərbaycan bütün bu meqa işləri özü gücünə, öz maliyyə resursları hesabına həyata keçirir.
Təbii ki, Azərbaycan dövləti hər zaman sülhə və əməkdaşlığa yüksək dəyər verir. Vətən müharibəsindən ötən dövrdə də qalib ölkə olsaq da sülhün təşviqi bizim üçün prioritet olub. Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətlərini də unutmaq olmaz. Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də Ermənistan silahlı qüvvələri bəşəri dəyərləri tapdadı, müharibə cinayətləri törətdi. İstər həmin dövrdə, istərsə də post-müharibə dövründə Azərbaycan mövcud həqiqətlərin, erməni vandallığının dünya ictimaiyyətinə çatdırılması istiqamətində işləri davam etdirdi. İllərdir davam edən təbliğat işləri daha da gücləndirildi. Dünya ictimaiyyəti ermənilərin iç üzünü, törətdikləri vəhşilikləri görməyə başladı.
Prezident İlham Əliyev hər zaman Azərbaycan həqiqətlərini dünyaya çatdırlması işində fəal şəkildə iştirak edib. Ölkə başçısı İkinci Qarabağ müharibəsinin gedişi zamanı dünyanın 30-a yaxın ən tanınmış KİV-inə müsahibə verdi. Prezident bütün həqiqətləri dünya ictimaiyyətinin, beynəlxalq aləmin diqqətinə çatdırdı. Bu fəaliyyət müharibədən sonra da uğurla davam etdirildi - 2021-ci il fevralın 26-da - Xocalı soyqırımının ildönümündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirildi. Dörd saatdan çox davam edən mətbuat konfransında Prezident İlham Əliyev jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdı, vacib məsələlərə toxundu, bir sıra önəmli mesajlar verdi. Heç təsadüfi deyil ki, hər dəfə Azərbaycan əleyhinə qərəzli addımlar atan “Amnesty International” təşkilatı da faktlar qarşısında aciz qalaraq Ermənistanın xain zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü raket hücumlarını sənədləşdirdi.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən millət vəkili Elman Məmmədovun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi zəfər xalqımıza əbədi qalibiyyət qazandırdı: “Məğlub vəziyyətə salınmış bir xalqı qalib xalqa çevirdi, əcdadımızdan bizə genetik miras qalan döyüşçü kodlarımızı oyatdı, savaşçı xalq olduğumuzu , müharibəni də müharibə əxlaqı çərçivəsində aparmağı bacaran xalq olduğumuzu dünyaya sübut etdi. Bütün bunlar milli psixologiyamızda, milli xarakterimizdə yeni mental keyfiyyətlər yaratdı. Ona görə də Ali Baş Komandanımız deyir ki, Azərbaycan xalqı döyüşkən, öz haqqını qorumağı bacaran xalqdır. Bunlar qələbəmizin xalqımıza qazandırdığı mənəvi-psixoloji üstünlüklərdir. Bu üstünlüklərimizlə özümüzü yenidən bir daha ermənilərə, onların havadarlarına və bütün dünyaya tanıtdıq. Məsələnin digər tərəfinə gəldikdə isə işğal altında olan 20 faiz torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdik”.
Deputat qeyd edib ki, Vətən Müharibəsindən sonra 30 illik işğal dövründə işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş bütün növ cinayətlər üzrə müvafiq beynəlxalq instansiyalara müraciətlər edilib: “Həqiqətlərin dünyaya çatdırılması üçün bu günə qədər görülən işlər davam etdirilməlidir. Düşünürəm ki, Azərbaycan bunu məharətlə edir. Yəni həqiqətlərin dünyaya çatdırılması üçün ən müxtəlif alət və vasitələrdən çox yaxşı istifadə etməyi bacarır. Buraya siyasi-diplomatik, informasiya resursları və s. vasitələr də daxildir.
Bu gün də regionda nüfuzu artan, dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən Azərbaycan Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün çox güclü iş aparır. Ona görə də, inanırıq ki, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Çünki Azərbaycan dövləti tərəfindən bütün bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Odur ki, Ermənistan törətdiyi bütün cinayətlərinə görə mütləq cəzasını alacaq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31

