Var içində Xarı bülbül...
01.12.2021 [10:50]
Dəb dünyasının yeni ornamenti - Xarı bülbül
Moda aləminin öz fəsilləri, hər fəslinə uyğun da yeni rəngləri, yeni tendensiyaları, hətta yeni simaları olur. Yer üzündə nə baş verirsə, mütləq olaraq moda dünyasına da sirayət edir. Dünyanın tarixinə və moda tarixinə müxtəlif zamanlar üçün nəzər yetirsək, bunu özümüz də görə bilərik. Müharibə mövzusu da zaman-zaman moda dünyasında özünə aid xüsusi ştrixlərlə yer edib. Elə Birinci Qarabağ müharibəsini xatırlayaq. Ön cəbhədə olan igidlərimizin geyimləri rəngində donlar, ətəklər, saç sancaqları xanımlarımızın qarderobuna daxil olmuşdu. Ancaq o vaxtlar bu sadəcə xaki rəngin çalarları idi. Torpaqlarımız əldən getdikcə, həmin xaki rəngi də qara rəng əvəz etdi və sonra sadəcə böyük bir “qarageyimlilər” ölkəsinə döndük az qala. 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəmizdən sonra isə qadınlı-kişili, uşaqlı-qocalı hər kəs əsgər geyimlərini xatırladan parçalara müraciət etdi. Hətta nişanını, toyunu bu parçadan tikilmiş gəlinliklərlə keçirənlər var. Lakin bütün parçaların, geyimlərin ümumi fonunda hamımıza əziz, qiymətli olan bir ornament görürük. Bu, Əziz Şuşanın, Azad Qarabağın, Zəfərlə bitən Vətən müharibəsinin rəmzi olan Xarı bülbüldür! Döş nişanlarından tutmuş ta zərgərlik nümunələrinə qədər hər yerdə Xarı bülbül görürük. Hər kəsdə!
Bəs geyim sənayemizdə, moda aləmimizdə Xarı bülbül varmı?
Elə 2022-ci ilin bahar-yay kolleksiyasını təqdim etməyə hazırlaşan modelyer Fəxriyyə Xələfova ilə söhbətimiz də bu mövzuda oldu.
“Mənim böyük istəyim vardı ki, kolleksiyamdakı bir neçə geyimin üzərində Xarı bülbülün təsviri olsun. Çünki 2021-ci il bizim Zəfər ilimizdir, möhtəşəm qələbəmizi qeyd etdiyimz ildir. Zəfərimizin simvolu isə məhz Xarı bülbüldür. Yeni kolleksiyamda Xarı bülbülün bütün gözəlliyini, rənglərini, möhtəşəmliyini göstərmək istəyirəm”.
Fəxriyyə xanım dekabrın 2-3-də Bakıda keçiriləcək moda həftəsinin pandemiyadan, iki illik fasilədən sonra ilk canlı moda tədbiri olacağını vurğuladı. Modelyer ölkəmizdə hələ ki, üzərində Xarı bülbül təsviri olan parçaların istehsal olunmadığından təəssüfləndiyini bildirdi: “Düşündüm ki, bu, mütləq əl işi olmalıdır. Qədim rəssamlıq sənəti olan ebru ilə məşğul olan Sevinc Əliyeva ilə əməkdaşlığa başladıq. Ebru sənəti vasitəsilə parçalar üzərində təmiz əl işi olan Xarı bülbül rəsmi işləndi. Bu gözəl rəsmləri bir neçə libasımın üzərində istifadə edib moda həftəsində təqdim edəcəyəm. Düşünürəm ki, biz Xarı bülbülü artıq bir çox yaradıcılıq istiqamətlərində görə biləcəyik. Bu çiçək Qarabağımızda bitir və bütün dünyanı heyrətləndirə biləcək bir gözəllikdir. Fikrimcə, biz Xarı bülbülü müxtəlif incəsənət nümunələri vasitəsilə dünya miqyasında, beynəlxalq festivallarda tanıtmalı, təbliğ etməliyik”.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

