Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

08.01.2025 [23:18]

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi "Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihə səkkiz ay müddətində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Abşerondan 35 orta məktəbin 10 və 11-ci sinif şagirdlərini əhatə edəcək. Şagirdlər arasında Qərbi Azərbaycan tarixi ilə bağlı bilikləri və özünüifadə bacarıqlarını dəyərləndirmək məqsədilə inşa müsabiqəsi keçiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, hər məktəbdən seçilən I, II və III yerin qaliblərinin inşaları toplanaraq xüsusi kitab şəklində nəşr ediləcək.

Bu layihə, gənclərin Qərbi Azərbaycan tarixi haqqında məlumatlılığını artırmaqla yanaşı, onların yaradıcı və analitik bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Analitik

100 illik saziş...

18 Yanvar 10:18

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Yanvar 09:35  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31