Noyabr ayı da mədəni-kütləvi tədbirlər baxımından zəngin olacaq
03.11.2016 [09:53]
Paytaxtımızın yerli sakinləri və qonaqlar üçün bir-birindən maraqlı repertuar hazırlanıb
Bu gün inkişafına görə paytaxt şəhərləri arasında özünəməxsus yerə malik olan Bakı, eyni zamanda, mədəni-kütləvi tədbirlərin keçirildiyi məkan kimi tanınır. Həmin tədbirlər isə istər yerli sakinlərin, istərsə də paytaxtımıza gələn qonaqların öz asudə vaxtlarını maraqlı keçirmələrinə imkan yaradır. Bu baxımdan noyabr ayı da istisna deyil. Belə ki, yenicə qədəm qoyduğumuz ay da mədəni-kütləvi tədbirlər baxımından zəngin olacaq. Daha doğrusu, bir sıra teatr və konsert salonlarımız ay ərzində tamaşaçılara maraqlı anlar vəd edir.
Məsələn, Heydər Əliyev Sarayı tamaşaçılar üçün zəngin repertuar hazırlayıb. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin verdiyi məlumata görə, repertuara “Bu şəhərdə”nin “İki canlı” yumoristik şou proqramı, respublikanın Əməkdar artisti Röyanın solo konserti və “Köpək patrulu” cizgi filminin motivləri əsasında tamaşa daxildir. Bununla yanaşı, sarayda əslən gürcü olan Rusiyanın Xalq artisti Qriqori Lepsinin də konserti gözlənilir. Mətbuat xidmətindən o da bildirilib ki, noyabrın 16-da “Məhəmməd Füzulinin qəzəl dünyası”, 21-də isə “İki dost, iki qardaş” adlı Azərbaycan və Gürcüstanın gənc rəqs kollektivlərinin iştirakı ilə konsert proqramları keçiriləcək.
Məlumat üçün bildirək ki, “Məhəmməd Füzulinin qəzəl dünyası” adlı konsert proqramında respublikamızın sevilən Xalq artistləri Mənsum İbrahimov, Əminə Yusifqızı, Gülyaz Məmmədova, Mələkxanım Əyyubova və digərləri, “İki dost, iki qardaş” adlı konsert proqramında isə Azərbaycan Sosial və Müasir Rəqs Assosiasiyasının kollektivləri və Gürcüstanın İlori, Liaxvi və Kenari rəqs kollektivləri iştirak edəcəklər.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası da musiqi həvəskarlarını bir sıra maraqlı konsert proqramları ilə sevindirməkdə davam edəcək. Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, bu sənət ocağının noyabr ayı üçün tədbirlər planına “Gənclərə dəstək” adlı layihə çərçivəsində “Klarnet musiqisi axşamı”, “Skripka musiqisi axşamı”, “Muğam musiqisi axşamı”, o cümlədən Əməkdar incəsənət xadimi Həsənağa Adıgözəlzadənin 70, macar bəstəkarı Bela Bartokun 135, tanınmış bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş konsertlər daxildir.
Bundan başqa, milli və klassik musiqiçilərin təkrarsız təbliğat ocağı olan filarmoniyada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalı ilə birgə hazırlanmış “Muğamat var olan yerdə” adlı tədbir keçiriləcək.
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı da şəhərimizin sakinlərinə və qonaqlara bir-birindən maraqlı və zəngin proqram vəd edir. Qurumun mətbuat xidmətinin rəhbəri İlqar Musayevin verdiyi məlumata görə, tamaşaçılara noyabr ayı ərzində Vlad Staşevskinin konserti, “Pişiyin evi” adlı balet tamaşası, sabun köpüyü şousu, “TİSA” Beynəlxalq Məktəbinin tədbiri təqdim olunacaq. Bununla yanaşı, respublikamızın mədəni həyatında əvəzedilməz rol oynayan Mahnı Teatrında noyabrın 23-də görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş “Ötən illərin nəğmələri” adlı mahnı gecəsi keçiriləcək.
Yeni mövsümünə start verən Bakı Dövlət Sirki də noyabr ayı üçün əyləncəli və maraqlı repertuar hazırlayıb. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümmətovun qəzetimizə verdiyi məlumata görə, oktyabrın 29-dan etibarən tamaşaçılara təqdim olunan “İntersirk-3” adlı möhtəşəm çıxış müvəffəqiyyətlə qarşılanıb. O da vurğulanıb ki, proqram noyabrın sonlarına kimi şəhərin sakinlərini və qonaqlarını əyləndirəcək. Belə ki, sirk tamaşasında müxtəlif ölkələrin - Çili, Rusiya, İtaliya, Belarus, Qvatemala və Ukraynanın dünya şöhrətli sirk ustaları iştirak edəcəklər. Təqdim olunan proqramda ilk dəfə olaraq İtaliya sirkinin pələnglər attraksionu da çıxış edəcək. Proqrama həmçinin hamı üçün maraqlı olacaq qeyri-adi illüziya, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, hava gimnastları, jonqlyor, akrobatlar, transformasiya, şən kloun Rob və s. daxildir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

