Gənc Tamaşaçılar Teatrı ötən il 14 ölkədə qastrol və beynəlxalq festivallarda çıxış edib
09.01.2018 [10:20]
Ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti üçün məhsuldar, unudulmaz səfərlər və premyeralarla əlamətdar il kimi yadda qalıb. İl ərzində teatr yeni səhnə əsərləri, premyeralarla tamaşaçıların görüşünə gəlib.
AZƏRTAC-a teatrın mətbuat xidmətindən verilən məlumata görə, görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”, Əməkdar artist Lətifə Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə hazırlanan “Vurğuna vurğun gəlin”, Məhəmməd Füzulinin məşhur “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı səhnə əsəri, “Məlikməmməd” nağılı əsasında hazırlanan eyniadlı tamaşa, İsveçin ölkəmizdəki səfirliyi və “Azərcell” şirkətinin birgə layihəsi əsasında hazırlanan “Uzuncorab Pippi”, Əli Əmirlinin “Ünvansız qatar”, teatrın iki qocaman sənətkarı, Xalq artistləri Ağaxan Salmanlının 75, Yasin Qarayevin anadan olmasının 70 illik yubileylərinə hazırlanan “Açarını itirənlər”, Aprel döyüşlərində şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş “Yarımçıq qalmış...”, yazıçı-dramaturq T.Vəliyevanın “Xəyanət” povesti əsasında “Cəza” adlı mono-tamaşa, Bakı Yunus Əmrə İnstitutu ilə birgə layihə “Eşqi-Nigar” (“Koroğlu” dastanı əsasında), Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında eyniadlı tamaşa, R.Hovardın “Qrinç”, H.Andersenin “Qar kraliçası” və Sten Linin “Hörümçək adam” tamaşaları teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
Teatrın kollektivi aprelin 19-dan 30-dək Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar və Çeçenistan Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olub. Səfər çərçivəsində gənc yazar Pərvinin “Dəcəl keçi” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Qastrol çərçivəsində teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov Gürcüstan və Rusiya ASSİTEJ Milli mərkəzlərinin rəhbərləri ilə görüşüb. Qarşılıqlı səfərlərin şərtlərinə əsasən cari ilin mayın 5-dən 7-dək Çeçenistan Dövlət Gənc Tamaşaçılar Teatrı A.Axmatovanın “Skazka o zolotom skakune”, 19-dan 21-dək isə Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının kollektivi L.Titova və A.Starotorjskiyin “Korolevskaə korova” tamaşası ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olaraq Bakı tamaşaçılarını sevindiriblər. Bundan əlavə, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov mayın 26-dan 31-dək Moskvada Teatr Rejissorları Gildiyasının II Assambleyasında iştirak edib. Yaradıcı heyət iyunun 27-dən iyulun 3-dək Belarusun Bobruysk şəhərində keçirilən XIV “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edib. Aprelin 20-dən 27-dək Kineşmada keçirilən “Hərarətli ürək” II Beynəlxalq teatr festivalı, iyunun 12-dən 18-dək Astanada “Səhnədən salam” V Beynəlxalq teatr festivalı, sentyabrın 7-dən 14-dək Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq teatr festivalı, oktyabrın 1-dən 5-dək Rusiyanın Elista şəhərində (Kalmıkiya Respublikası) “Keyeda” uşaq və yeniyetmələr üçün I Beynəlxalq teatr festivalında, oktyabrın 3-dən 9-dək Ukraynada “Mariya” adlı Beynəlxalq mono-tamaşalar və oktyabrın 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq teatr festivalında uğurla iştirak edərək Azərbaycan teatrını layiqincə təmsil və təbliğ ediblər. Ümumilikdə, teatrın kollektivi ötən il 14 ölkədə qastrol və beynəlxalq festivallarda çıxış edib.
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

