Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Ruhunda Azərbaycanı yaşatmış fransız aktyor...

Ruhunda Azərbaycanı yaşatmış fransız aktyor...

30.12.2022 [11:15]

Robert Hosseinin adı kinosevərlərə çox şey deyir. Teatr, kino  aktyoru, rejissor Robert Hossein təkcə fransızların qəlbini fəth etməmişdi, onu bütün dünya sevirdi.

1927-ci il dekabrın 30-da Parisdə doğulmuşdu. Amma fransız deyildi. Atası Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Milliyyətcə yəhudi olan anası isə teatr aktrisası Anna Minevskaya idi.

Robert Hosseinin teatra, kinoya olan sevgisi onu dram dərnəklərinə gətirir. Daha sonra o, məşhur fransız aktyor, Cours Simon teatrının yaradıcısı Rene Simonun kursunu bitirir. Burda aktyorluqla yanaşı, rejissorluq sənətinin də sirlərini, incəliklərini öyrənir...

Joffrey de Peyrak obrazı...

Robert Hosseinin aktyor kimi fəaliyyəti daha çox teatrla bağlıdır. O, teatr səhnəsində bir-birindən fərqli obrazlar yaradır, sevilir.  Aktyoru dünyaya sevdirən, ona məşhurluq qazandıransa kino olur. Kinoda debütü uğurlu alınmasa da, bu sənətə sevgisi onu ruhdan düşməyə qoymur. Çəkildiyi növbəti filmlərdə öz istedadını göstərə bilir. Kino tənqidçiləri artıq onun haqqında ümidverici  fikirlər yazırdılar. Bu isə gənc aktyora güc verirdi. SSRİ-də onu ilk olaraq “Hökm”, “İkinci həqiqət” filmləri ilə tanıdılar. Onu kinosevərlərə daha çox sevdirən isə  Joffrey de Peyrak obrazı oldu. Tənqidçilər bu rolu aktyorun yaradıcılığının zirvəsi adlandırırdılar. Elə aktyor özü də bu rolu yüksək dəyərləndirirdi. Hətta müsahibələrinin birində bu rola münasibətini belə ifadə etmişdi: “ ...Mən qəbrimin baş daşında özümün yox, Joffrey de Peyrak obrazının şəklinin çəkilməsini istərdim...”

Evləndiyi qadınlar...

Robert Hossein çəkildiyi filmlərin bir çoxunda həyat yoldaşı,  rus əsilli Marina Vladi ilə tərəf müqabili olur. Onlar birlikdə çəkildikləri ilk uğurlu filmin ekranlara çıxdığı vaxtdan bir il sonra - 1955-ci ildə evlənirlər. Robert Marina ilə tanışlıqları barədə belə deyirdi: “Marinanı ilk dəfə görəndə onun on beş yaşı vardı, balet məktəbində oxuyurdu. Otağımın divarlarını onun şəkillərilə bəzəmişdim. O, adamın ağlını başından çıxaracaq dərəcədə gözəl, alagöz, nərmənazik qız idi. Gecə-gündüz onun qəlbinə girməyin yollarını düşünürdüm. Nəhayət, tapdım!  O vaxt  mən “Yaramazlar cəhənnəmə gedirlər” adlı ilk filmimi çəkməyə hazırlaşırdım. Marinanı baş rola dəvət elədim, razılaşdı. Çəkiliş meydançasından bizim məhəbbətimiz başladı...”

Onların İqor və Pyotr adlı  iki oğlu  dünyaya gəlir. Amma  evlilikləri  uzun sürmür. 1959-cu ildə qalmaqalla ayrılırlar. Robert Hossein müsahiblərinin birində Marinadan boşanmasının səbəblərini belə izah edir: “Biz Marinagilin geniş evində yaşayırdıq. Samovar ətrafında çay mərasimləri, oyunlar, söhbətlər rus dvoryan ailələrinə məxsus özəlliklər idi. Məhz bu özəlliklər bizim nikaha uğursuzluq gətirdi. Marina anasından, atasından və bacılarından ayrılmaq istəmirdi. Mən isə daha bu kolxozda yaşaya bilmirdim! Bəzən mənə elə gəlirdi ki, Marinanın digər 3 bacısı ilə də evliyəm. Evdə qalmaqallar baş verirdi. Biz çox ağrılı şəkildə ayrıldıq. Təkcə onu deyə bilərəm ki, Marinanı çox sevirdim...”

Robertin 2-ci həyat yoldaşı Karolin Elyaşova da keçmiş SSRİ-dən idi. Onun atası əslən Bakıdan olan yəhudi mənşəli kinoprodüser Anatoli Elyaşov, anası isə ədəbiyyatşünas Leya Qurcin idi. 15 il sürən bu evlilikdən onların Nikolya adlı bir övladları dünyaya gəlib.

Robert Hosseinin 3-cü həyat yoldaşı aktrisa Mari-Frans Pizye olub, qısa müddətdən sonra ayrılıblar.  Aktrisa Kenbdis Patu isə Robert Hosseinin ailə qurduğu 4-cü qadın, 4-cü oğlu olan Julyenin anası idi...

Azərbaycana bağlılığı...

Robert Hossein səksəndən çox ekran əsərində çəkilib. Bu filmlərdən bəzilərinin rejissoru da elə özü olub. Çəkdiyi filmlər arasında “Səfillər” xüsusi yer tutur. O, teatrda da rejissor kimi bir çox tamaşalara quruluş verib, dünya klassiklərinin əsərlərini Fransa teatrına gətirib. 1970-ci ildən başlayaraq doqquz il Reymsdəki Milli Xalq Teatrına rəhbərlik edib. Daha sonralar isə “Marini” teatrının bədii rəhbəri işləyib.

Robert Hossein bir neçə dəfə Azərbaycana səfər edib. 2014-cü ilin mayında Fransa prezidenti Fransua Olland Bakıya səfər edən zaman nümayəndə heyətinin tərkibində Robert Hossein də vardı. O, prezidentlərin də qatıldığı şam yeməyi zamanı bütün azərbaycanlıların qəlbini fəth edən belə bir çıxış etdi: “Mən sevimli ölkəm Fransada anadan olmuşam. Amma həsəd apardığım ölkənin- Azərbaycanın da oğluyam”.  Şam yeməyi zamanı sənətkarın oğlu Pyotr isə tarda Azərbaycan mahnısı ifa etdi. Bütün bunlar Fransada yaşadıqlarına baxmayaraq, onların Azərbaycana nə qədər bağlı olduqlarının sübutu idi.

Dünya şöhrətli aktyor 2015-ci ildə Azərbaycanda keçirilən Avropa oyunlarında isə məşəldarlardan biri olmuşdu...  

Dünya kinosunda, teatrında özünəməxsus yeri ilə seçilən Azərbaycan əsilli sənətkar 2020-ci il dekabrın 31-də vəfat edib.

Səfurə

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28