“Şuşa ili”nin uğurları...
31.12.2022 [11:40]
Başa vurduğumuz “Şuşa ili” bir çox mədəni hadisələrlə zəngin oldu. Müxtəlif festivalların, rəngarəng sərgilərin, yubileylərin baş tutması 2022-ci ilin mədəniyyət aləmi üçün uğurlu il olduğunu deməyə əsas verir. Bu tədbirlər təkcə paytaxtda deyil, 2022-ci ilə sahiblik edən qədim Şuşada, eyni zamanda, bölgələrdə də keçirildi.
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. Festivala 10-dan çox ölkənin musiqiçiləri, folklor kollektləri qatıldı.
Sentyabrın 18-dən 26-na kimi isə böyük bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan XIV Beynəlxalq Musiqi Festivalı baş tutdu. Festivalda 14 ölkəni təmsil edən əcnəbi, eyni zamanda, yerli musiqiçilər konsert proqramı ilə iştirak etdilər. Bir sıra konsertlər dahi bəstəkarın yurdunda keçirildi.
2022-ci ildə Şuşa həm də növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyinin təşkilatçılığı ilə gerçəkləşən poeziya günlərində kitab sərgisi təşkil olundu, Vətən müharibəsinə, Qarabağa həsr edilən nəşrlərin təqdimatı keçirildi.
“Şuşa İli” çərçivəsində, eyni zamanda, Azərbaycanın şair qızı Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə bu il təməli hələ 1864-cü ildə Şuşada qoyulan, söz-sənət ocağı sayılan “Məclisi-üns “ bərpa edildi. Bu, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutdu. Şuşada keçirilən bu tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın şairləri qədim musiqi alətlərinin - udun, qanunun müşayiəti ilə şeirlər söylədilər.
Mədəniyyət paytaxtımız daha bir möhtəşəm tədbirə ev sahibliyi etdi. Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı təşkil olundu. Festivalda 11 ölkənin nümayəndələrinin, həmçinin, ölkəmizin on bir iqtisadi regionunun mətbəx nümunələri nümayiş etdirildi.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il səkkizinci dəfə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisi isə mədəniyyət paytaxtımızın yubileyinə həsr olundu. Nazirlik “Şuşa - 270” xatirə nişanını da təsis etdi.
2022-ci il Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat, elm sahəsində böyük işlər görmüş şəxsiyyətlərin yubileyləri ilə də yadda qaldı. Dövlət başçısının sərəncamı ilə Azərbaycan musiqisinin inkişafında əvəzsiz rolu olan SSRİ xalq artisti, dünyaşöhrətlii bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi keçirildi. Yubiley tədbirləri
UNESCO və TÜRKSOY kimi beynəlxalq təşkilatlarda, bir sıra ölkələrdə qeyd olundu. Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə Parisdə - təşkilatın mənzil-qərargahında bəstəkarın yubileyinə həsr edilən musiqi axşamı keçirildi. Nyu-Yorkda - “Karnegie Hall”da reallaşan “Dostluq körpüləri” adlı konsert proqramı da y?biley tədbirləri arasında seçilənlərdən oldu.
Prezident İlham Əliyevin digər sərəncamı ilə SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyevin də 100 illiyi qeyd edildi. Hər iki yubiley münasibətilə “Fikrət Əmirov - 100”, “Rauf Hacıyev - 100” musiqi festivalları reallaşdı. Festivallar çərçivəsində Bakıda, Gəncədə konsertlər, tamaşalar nümayiş etdirildi.
Bu il həm də SSRİ Xalq artistləri - ustad tarzən Əhməd Bakıxanovun 130, ifaları ilə qəlbləri fəth edən Sara Qədimovanın, Şövkət Ələkbərovanın 100, ustad kamança ifaçısı Habil Əliyevin 95, dünyaşöhrətli sənətkar Müslüm Maqomayevin 80 , Azərbaycanın xalq artisti, bəstəkar Emin Sabitoğlunun 85 illik yubileyləri müxtəlif tədbirlərlə qeyd olundu.
Həmçinin, Azərbaycan musiqi mədəniyyətinin inkişafına töhfələr verən sənətkarlardan - Xalq rəssamı, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95, maestro, Xalq artisti Rauf Abdullayevin 85, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin 75 illik yubileyləri keçirildi. Xalq artistləri - bəstəkar Eldar Mansurov, müğənni Sərxan Sərxanın 70, bəstəkar Sərdar Fərəcovun 65, xanəndə Mələkxanım Əyyubovanınsa 60 illiyi qeyd olundu.
“Şuşa ili”ndə dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 210, milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin 180, satirik şair Mirzə Ələkbər Sabirin 160, yazıçı, dövlət xadimi Yusif Vəzir Çəmənzəminlinin 135, böyük müğənni Bülbülün 125, maestro Niyazinin 110, Aşıq Şakirin 100 illik yubileyləri qeyd olundu.
Dövlət başçısının sərəncamları ilə bu il həm də görkəmli şair, xeyriyyəçi Xurşidbanu Natəvanın 190, maarif, mətbuat xadimi Ömər Faiq Nemanzadənin 150, dahi şair-dramaturq Hüseyn Cavidin 140, istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyləri keçirildi, müxtəlif tədbirlərlə yadda qaldı.
Xurşidbanu Natəvanın yubileyi münasibətilə Ağdamdakı “İmarət” kompleksində onun abidəsi yenidən ucaldıldı. Vaşinqtonda isə Hüseyn Cavidin barelyefinin açılışı oldu. Barelyef şəhərdəki ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vuruldu.
Bu il həm də İrəvan Dövlət Azərbaycan Dram Teatrının, eyni zamanda, İrəvan Müəllimlər Seminariyasının 140 illiyi oldu. Prezident İlham Əliyev hər iki yubileylə bağlı sərəncamlar imzaladı.
Teatr sahəsində baş verən digər bir uğursa “Şuşa ili”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı”nın keçirilməsi oldu. Həm paytax?da, həm də bölgələrimizdə fəaliyyət göstərən teatrların qatıldığı festivalın müsabiqə proqramına əsasən 12 tamaşa təqdim edildi. 1-ci yerə Azərbaycan Dövlət Pantomima Teatrının “Şinel”, 2-ci yerə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “İnanıram”, 3-cü yerə isə Səhnə teatrının “Qurd əfsanəsi” tamaşaları layiq görüldü.
2022-ci ilin dekabrında Mərakeş Krallığının Rabat şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında ölkəmiz üçün əlamətdar qərarlar qəbul olundu. Qeyri-maddi mədəni irsi ilə bağlı Azərbaycana məxsus daha 4 element
UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi.
“Şuşa İli” yekunlaşsa da, azad Şuşa dövrü hələ yeni başlayır! Bu qədim şəhərdə hələ çox tədbirlər, festivallar, konsertlər, şənliklər, toy-büsatlar olacaq. 2023-cü ildə Şuşa təkcə Azərbaycanın deyil, bütün “türk dünyasının mədəniyyət paytaxtı” olaraq daha böyük uğurlara imza atacaq!
Səfurə
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Yanvar 22:37

Xəbər lenti
29 Yanvar 22:33

Xəbər lenti
29 Yanvar 20:14

Xəbər lenti
29 Yanvar 18:16

Xəbər lenti
29 Yanvar 17:41

Siyasət
29 Yanvar 17:38

Xəbər lenti
29 Yanvar 15:57

Dünya
29 Yanvar 15:25

Siyasət
29 Yanvar 13:23

Xəbər lenti
29 Yanvar 12:58

Xəbər lenti
29 Yanvar 11:52

Xəbər lenti
29 Yanvar 11:41

Xəbər lenti
29 Yanvar 11:37

Dünya
29 Yanvar 11:34

Gündəm
28 Yanvar 22:53

Gündəm
28 Yanvar 22:22

Dünya
28 Yanvar 19:40

Xəbər lenti
28 Yanvar 17:20

Xəbər lenti
28 Yanvar 16:20

Xəbər lenti
28 Yanvar 16:18

Xəbər lenti
28 Yanvar 16:15

Xəbər lenti
28 Yanvar 16:14

Xəbər lenti
28 Yanvar 16:11

Gündəm
28 Yanvar 16:09

Xəbər lenti
28 Yanvar 14:59

Xəbər lenti
28 Yanvar 14:58

Xəbər lenti
28 Yanvar 14:30

Dünya
28 Yanvar 14:15

Siyasət
28 Yanvar 14:12

Gündəm
28 Yanvar 14:10

Xəbər lenti
28 Yanvar 13:24

Siyasət
28 Yanvar 13:21

Xəbər lenti
28 Yanvar 13:18

İqtisadiyyat
28 Yanvar 12:42

Xəbər lenti
28 Yanvar 12:40

Xəbər lenti
28 Yanvar 12:25

Siyasət
28 Yanvar 12:24

Siyasət
28 Yanvar 12:19

MEDİA
28 Yanvar 11:27

Xəbər lenti
28 Yanvar 11:00

Xəbər lenti
28 Yanvar 10:55

Siyasət
28 Yanvar 10:45

Xəbər lenti
28 Yanvar 10:35

Sosial
28 Yanvar 10:33

Siyasət
28 Yanvar 10:30

Analitik
28 Yanvar 10:27

Xəbər lenti
28 Yanvar 10:25

Siyasət
28 Yanvar 10:20

Xəbər lenti
28 Yanvar 10:15

Analitik
28 Yanvar 10:10

Gündəm
28 Yanvar 10:05

Xəbər lenti
28 Yanvar 10:00

Xəbər lenti
27 Yanvar 23:26

Xəbər lenti
27 Yanvar 23:12

Xəbər lenti
27 Yanvar 22:22

Xəbər lenti
27 Yanvar 21:28

Xəbər lenti
27 Yanvar 21:13

Xəbər lenti
27 Yanvar 20:15

Xəbər lenti
27 Yanvar 20:06

Xəbər lenti
27 Yanvar 19:40

Xəbər lenti
27 Yanvar 19:24

Xəbər lenti
27 Yanvar 18:21

Siyasət
27 Yanvar 18:17

Xəbər lenti
27 Yanvar 17:53

Xəbər lenti
27 Yanvar 16:26

Dünya
27 Yanvar 16:18

Xəbər lenti
27 Yanvar 15:35

Xəbər lenti
27 Yanvar 15:14

Siyasət
27 Yanvar 15:06

Xəbər lenti
27 Yanvar 14:55
