Nizami Gəncəviyə həsr olunmuş tamaşa Özbəkistan səhnəsində
09.03.2023 [15:49]
Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığını təcəssüm etdirən “Könüllər mülkünün Sultanı – Şeyx Nizami Gəncəvi” tarixi dramı Özbəkistan Respublikasının ən qədim şəhərlərindən olan Səmərqəndin Vilayət Musiqili Dram Teatrının səhnəsində Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevin quruluşunda tamaşaya qoyulub.
Tamaşanın səhnə tərtibatçısı teatrın baş rəssamı Bəhram Safoyev, baletmeysteri Mədinəxan Erqaşeva, rejissor assistenti Anabibi Mardiyevadır.
Tamaşada əsasən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin və Müslüm Maqomayevin musiqi əsərlərindən istifadə olunub.
Şeyx Nizami Gəncəvinin obrazını Özbəkistanın Əməkdar artisti Baxtiyar Rahimov canlandırır. Ümumilikdə səhnə sərindən (Əlişir Nəvai – Fərid Rəsulov, Afət – Gözəl Qurbanova, Memar Əcəmi – Özbəkistanın Əməkdar artisti Bəhram Rəhimov, Qızıl Arslan –İsgəndər Sultanov, Dərbənd əmiri Bəybars – Özbəkistanın Əməkdar artisti Solican Xakimov, Gəncə əmiri Fəxrəddin – Hayat Həmidov, Nüşabə –Gülüstan Cabbarova, İsgəndər Rumi – Azad Qurbanov, Şirin – Çəraz Mardanova, Xosrov – Curabek Yarkulov, Sultan Səncər - Abdulaziz Toştemirov, Qarı - Özbəkistanın Əməkdar artisti Zuxra Turğunbayeva, Leyli – Farangiz Narbayeva, Məcnun – Xurşid Baratov, İsgəndər (Nizami Gəncəvinin şagirdi) – Turdımurad Xudayberdiyev, Müzəffəri – Əlican Həsənov) 35 nəfərlik bir heyət iştirak edir.
Səmərqənd Vilayəti Musiqili Drama Teatrının səhnəsində təmir işlərinin tamamlanma müddəti növbəti aya qədər uzadıldığına görə tamaşaya martın 8-də Kattakurqan Şəhər Dram Teatrının səhnəsində daxili baxış keçirilib. Daxili baxışda müəllif və teatrın bədii şura üzvləri iştirak ediblər.
Nizami Gəncəvi dühasını təcəssüm etdirən bu maraqlı səhnə əsərinin özbək tamaşaçıları üçün böyük töhfə olduğunu dilə gətirən mütəxəssislər müəllifə və yaradıcı heyətə minnətdarlıq bildirib, bu uğurlu sənət nümunəsi üçün onları təbrik ediblər.
Tamaşanın premyerasının martın 11-12-də keçiriləcəyi gözlənilir. Səhnə sərinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində də nümayişi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41

