Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakını vəsf edən bəstəkar

Bakını vəsf edən bəstəkar

03.10.2023 [12:39]

MÜŞFİQƏ

Paytaxtımız Bakı şəhərinin gözəlliyini tərənnüm edən çox saylı nəğmələr bəstələnib. Bu gün “Bakı” mahnısının tarixçəsi haqqında qısa məlumat verməyə çalışacağıq. 

Xəzərin qucağında yatıb dincələn Bakı... bu misra sizə çox tanışdır deyilmi? Heç bilirsiniz bu əsər necə ərsəyə gəldi? Belə ki, günlərin birində şair Ənvər Əlibəyli Vasif Adıgözəlova Bakı haqqında gözəl bir şeir təqdim edir. Bu şeir həmkarı Rəsul Rzaya məxsus imiş. Vasif Adıgözəlov həmin misraları oxuyur. Bir gün içində paytaxtımızı vəsf edən əsərlərdən birini bəstələyir. Bu əsəri XX əsr Bakısının epoxası kimi də qiymətləndirmək olar.

Xəzərimin sinəsi 

Gah zil, gah da bəm olur. 

Yarpaqların, güllərin 

Niyə hərdən nəm olur? 

Səndən ayrı düşəndə 

Könlüm dolu qəm olur. 

Mahnının bəstəkarı Vasif Adıgözəlov öz xatirələrində deyirdi: “Mahnını ifa edən kimi Rəsul çox sevindi. Dedim ki, Rəsul müəllim, şeirin sözlərindən irəli gəlir. Onun ilk ifaçısı Nərminə Məmmədova olsa da, mahnı ilk dəfədən məşhur olmadı”.

60-cı illərdə yaranan və o dövrün ruhunu özündə əks etdirən əsərə daha sonra Şövkət Ələkbərova müraciət etdi. Bəstə Şövkət xanımın ifasında ən yüksək zirvəsinə ucaldı. Böyük sənətkarın məlahətli səsi ilə bu mahnı yaddaşımızda əbədiləşdi. Hər misrasına öz səsi ilə mirvarilər düzdü. Bir sözlə, 3 rəssamın fırçasından gözəl bir tablo yarandı.

Bakı mövzusu Rəşid Behbudovun yaradıcılığında da xüsusi bir məhəbbətlə, sevgi ilə öz yerini almışdı. Şövkət xanımdan sonra bu bənzərsiz və ölməz əsərə görkəmli müğənni yeni bir nəfəs verdi. Nəğmə dolu ürəyində yaşatdığı Bakı sevgisini bu misralarla dinləyicilərinə çatdırdı.

Qucağında Xəzərin yatıb          

dincələn Bakı.

Qarı, çiskin, yağışı əyri,          

köndələn Bakı.

Hələ neçə küçəndə güllər 

dəstələnməyib. 

Hələ neçə nəğmənin xalı          

bəstələnməyib. 

Şeirin elə bir misrası var ki, sözlərdəki nisgili, Vətənə həsrəti iliklərinə qədər hiss edirsən. Yazıçı Anar üçün isə o misralar bir başqa unudulmaz izlər qoymuşdu: “Ukraynada Azərbaycan mədəniyyət günləri keçirilirdi. Mən də getmişdim. O zaman atamın həyatında çətin bir dövr idi, xəstəxanada yatırdı. Konsert zamanı Rauf Adıgözəlov bu mahnını oxudu. Mahnıda belə bir misra var: “Yüz il ömür sürəydim, bir gün xəstələnməyib”. Bu misraları duyanda mən çox qəhərləndim. Ömürboyu bu an mənim yadımda qaldı”. 

Yüz il ömür sürəydim, 

Bir gün xəstələnməyib. 

Yazaydım, yaradaydım, 

Şah nəğməni mən, Bakı. 

Oxuyaydım hər yanda onu ürəkdən, Bakı. 

Bakı, əziz şəhər, mehriban diyar!

Nəğməli şəhərimizin hər meydanı canlı tarixdir. Şəhərin istənilən küçəsindən sənətin ətrini, yaradıcılığın səsini duymaq mümkündür. Onun musiqi məktəbləri, konservatoriyası, universiteti neçə-neçə yaradıcı gəncləri yetirməkdə davam edir. Xəzər dənizi, İçəri Şəhəri, Qız qalası, Şirvanşahlar sarayı, “Qobustan” qoruğu və s. kimi zənginlikləri özündə cəmləşdirən bu şəhərin şəninə nə qədər mahnı bəstələnsə də, azdır.

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Daha 63 sakin...

30 Noyabr 11:13

Siyasət

Xəbər lenti

Siyasət

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30