Bu gün hansı mədəni tədbirlər var?
08.12.2023 [15:37]
M.BAYRAMLI
Mütəmadi olaraq materiallarımızda həftə içi və həftəsonu baş tutacaq mədəni tədbirlər barədə sizi məlumatlandırmağa çalışırıq. Bu yazı yorğun iş günündən sonra dincəlmək istəyənlər üçündür. Teatrların dekabr repertuarına birlikdə nəzər salaq. Belə ki, bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası yenidən oynalınacaq. Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşada Şeyx Nəsrullah rolunu Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndər obrazını isə Əməkdar artist Anar Heybətov ifa edəcək.
Eləcə də Xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım Abdullayev, Laləzar Mustafayeva, Rafiq Əzimov, Sabir Məmmədov, Əməkdar artistlər Elxan Quliyev, Elşən Rüstəmov, Əlvida Cəfərov, Kazım Həsənquliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və teatrın digər aktyorları çıxış edəcəklər.
Məlumat üçün bildirək ki, 1909-cu ildə yazılmış “Ölülər” komediyası mövzu orijinallığı, ideya zənginliyi ilə bərabər, bədii vasitələri, janr xüsusiyyətləri və s. cəhətlərdən də kamil bir bədii sənət incisidir. İsgəndər zəmanəsinin, mühitinin, vəziyyət və imkanının yol verdiyi şəkidə hərəkət edən inqilabçı deyil, real vəziyyəti sərrast və kəskinliklə qiymətləndirən mübariz ziyalı obrazıdır. Əsərdə ikinci obraz epoxal tip səviyyəsinə qaldırılan, ifsa hədəfi seçilən məşhur Şeyx Nəsrullahdır. Şeyx Nəsrullah avamların, fanatiklərin, mütilərin əksəriyyət təşkil etdiyi bir mühitdə dini, imanı quldurluq alətinə çevirən, nəfsinin və ehtirasının qulu olan bir tipdir. Mənəvi ölülər və onların dünyasında at oynadan Şeyx Nəsrullaha qarşı dayanan isə zülmət səltənətində bir nur, ayıq bir şüur, təmiz əxlaq, yüksək mənəviyyat mücəssəməsi olan İsgəndər dayanıb.
Xronometrajı 130 dəqiqə olan səhnə əsərində SSRİ Xalq artisti Qara Qarayevin vaxtilə “Ölülər” tamaşası üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq.
Eləcə də bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində İsveç dramaturqu Benqt Alforsun “İllüziya” pyesi əsasında hazırlanan “35 ildən sonra” adlı tamaşası nümayiş olunacaq. Bir hissəli səhnə əsəri uzun illərdən sonra bir-birinə qovuşan ata və qız münasibətlərinin, doğmalığının fonunda ailə dəyərlərini qorumaq üçün qarşılıqlı güzəşt və anlaşmanın vacib olmasından bəhs edir.
Səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afanasyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Əməkdar artist Elnur Bəhramxan, Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.
Habelə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında bu gün “Yeddi gözəl” poeması əsasında eyniadlı tamaşa nümayiş ediləcək. Səhnə əsərində rolları Xalq artisti Fuad Osmanov, Əməkdar artistlər Maqsud Məmmədov, Murad Məmmədov, Həcər Ağayeva, Teymur Rəhimov, Mariya Dubovitskaya, Bella Safina (Klimaşeva), Oleq Əmirbəyov, Yuri Omelçenko, Natavan Hacıyeva, digər artistlər Rüstəm Kərimov, Yeganə Hüseynli, Fəridə Nesterenko, Zaur Terequlov, Ramil Əliyev, Olesya Qasımova, Zaur İskəndərov, İoanna Ferştandt, Rumiyyə Ağayeva, Fərid Bəhramov və başqaları canlandıracaqlar.
Dekabrın 8-də Xalq artisti Eminin ənənəvi qış konserti də olacaq. Emin Heydər Əliyev adına Sarayda böyük solo konserti ilə çıxış edəcək. Habelə artistin yeni musiqili proqramının təqdimatı da olacaq. Gecədə ingilis dilli albomdan mahnılar və rus dilində olan “MMM”, “Ангел Бес”, “Отпусти и лети”, “Забыть тебя” və s. xitləri yer alacaq.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında isə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri səhnədə çıxış edəcək. Musiqisevərlər üçün bənzərsiz konsert təşkil olunacaq.
Azərbaycan Dövlət Kukla Teatrı bu gün azyaşlılar üçün maraqlı və əyləncəli proqram hazırlayıb. Teatrın yaradıcı kollektivi “Əlibaba və qırx quldur” və “Çipollino” səhnə əsərləri ilə çıxış edəcək.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17

