Fırçası ilə möcüzələr yaradan sənətkar!
19.12.2023 [11:18]
Mikayıl Abdullayevin doğum günüdür...
Yeganə BAYRAMOVA
Rəssamlıq incəsənətin çox çətin, fitri istedad tələb edən bir növüdür. Azərbaycan təsviri sənətində özünəməxsus dəst-xətti ilə iz buraxmış Bəhruz Kəngərli, Əzim Əzimzadə, Səttar Bəhlulzadə kimi rəssamların hər birinin yaradıcılıq yolu əsl məktəb, əvəzolunmaz irsdir. Elə haqqında söhbət açacağımız Mikayıl Abdullayevin də...
Mikayıl Abdullayev Azərbaycan rəssamları arasında yeganə şəxslərdəndir ki, öz yaradıcı arzularını təsviri sənətin bütün sahələrində həyata keçirə bilmişdi. Sovet dövründə rəngkarlıq, qrafika, monumental rəngkarlıq, həm də heykəltəraşlıq sahəsində əsərlər yaratmış, bir sənətkar kimi böyük nüfuz qazanmışdı.
“Fərhadın məşqi” necə yarandı
“Onun əlində fırça sanki dirijor çubuğunu xatırladırdı. O, fırçanı hərəkət etdirəndə kətan üzərində rənglər, boyalar insanın ruhuna sakitlik gətirən harmonik melodiyalar kimi süzülüb axırdı”... Bəstəkar Fərhad Bədəlbəyli Mikayıl Abdullayevi belə təsvir edir.
Rəssamın zəngin əsərləri içərisində diqqəti cəlb edən portretlərdən biri də Xalq artisti, professor Fərhad Bədəlbəylinin portretidir. Rəssam pianoçunun barmaqlarını canlı kimi təsvir etməyə nail olmuş, bu da öz növbəsində tabloya yüksək ifadəli ekspressiya bəxş etmişdi. Həmsöhbətimiz Fərhad Bədəlbəyli o günləri belə xatırlayır: “Mikayıl Abdullayev 20-ci əsrin ən böyük rəssamlarından biri idi. Mən deyərdim ki, əsl klassik və real akademik idi. Sənətkarın işləri nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində tanınırdı. Mikayıl müəllimlə atam yaxın dost idilər. Zağulbada istirahət edərkən Mikayıl müəllim də bizə tez-tez gələrdi. O söhbətlər bu günə kimi mənim yadımdadır. Taleyimdən çox razıyam ki, böyük insanla təmasda olmuşam. Hər zaman tablosunu özü ilə gətirərdi. Birdən dedi ki, gəl mən səni məşq edərkən çəkim. Mən piano çaldım, o da çəkdi. Nəticədə “Fərhadın məşqi” adlı portret yarandı. Hazırda həmin portret muzeydə qorunub saxlanılır. Mənim üçün böyük fəxrdir ki, böyük ustadın fırçasının məhsulu olan portretim muzeydə sərgilənir”.
Onun fərqliliyi, milliliyində idi...
Sənətkarı daha yaxından tanıyanlardan biri də Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev olub. Z.Əliyev M.Abdullayev haqqında deyib: “Mikayıl Abdullayev ən milli rəssamlarımızdan biri idi. Bakıdan sonra Moskvada Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almasına baxmayaraq, qayıdandan sonra da o milli rəssam kimi tanındı. Bu da onu başqa rəssamlardan fərqli edirdi. Azərbaycanın qədim incəsənət nümunələrinə yaxından tanış olmağından irəli gəlirdi. Bu isə qədim milli-tarixi ənənə ilə müasirliyin harmoniyası olaraq Mikayıl Abdullayevin əsərlərinə köçürdü. Hər bir sənətkarın zamansızlığa qovuşmasını şərtləndirən başlıca səbəb onun öz yaradıcılığında ənənə ilə müasirliyin vəhdətini təşkil edə bilməsidir. Bu da yaradıcılıqda çox çətin məsələdir. Hər adam öhdəsindən gələ bilmir. Elə insanlar var ki, ömrünü yaradıcılığa həsr edir, ancaq iz qoymur. Bu dünyadan izsiz köç edir. Elə adamlar da var ki, başqalarının izi ilə gedir. Başqasının izilə getməyin də yaxşı nəticəsi olmur axı. Mikayıl Abdullayev həm iz qoydu, həm də milli rəssam kimi tanındı. Onun tanınmağı da Azərbaycan çərçivəsində qalmadı, zamansızlığa qovuşdu. Sağlığında da, ölümündən sonra da əsərləri dünyanın məşhur sərgilərində nümayiş olundu”.
Rəngkarlığın şah əsəri “Nizami” metrosundadır
Rəssamın Bakı metropoliteninin “Nizami” stansiyasını bəzəyən 18 mərmər tağda yerləşdirilmiş N.Gəncəvi “Xəmsə”sinə çəkdiyi mozaikalar Azərbaycan təsviri sənətində monumental rəngkarlığın şah əsərləri hesab oluna bilər. Bakı metrosunun “Nizami” stansiyasının yeraltı muzeyə çevrilməsi Mikayıl Abdullayevin təxəyyülü sayəsində baş verdi.
Yeri gəlmişkən, dekabrın 19-u görkəmli rəssamın doğum günüdür. M.Abdullayev yaradıcılığı dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Ulu öndər
Heydər Əliyevin M.Abdullayevi müstəqillik illərində “İstiqlal” ordeni ilə təltif etməsi buna bariz nümunədir. Rəssamın sənət irsi indi də Prezident İlham Əliyevin diqqətindədir.
Xəbər lenti
Hamısına baxSosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17

