Ölkəmizdə qadın sahibkarlığının inkşafına necə dəstək göstərilir?
18.02.2025 [15:13]
Müsahibimiz Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının PR və Media komitəsinin sədri Dilşad Musadır.
- Dilşad xanım, sahibkar qadın olmaq üçün ən vacib olan məqam hansıdır?
- Sahibkar qadın olmaq üçün ən vacib məqam inam, iradə və qətiyyətdir. Sahibkarlıqda uğur qazanmaq üçün qadınlar bir çox çətinliklərlə üzləşə bilərlər. Məsələn, maliyyə resurslarına çıxış, stereotiplər, balanslı iş və şəxsi həyat qurmaq kimi məsələlər birbaşa təsir edən amillərdir. Lakin güclü inam, iradə, qətiyyət və düzgün strategiya ilə bu maneələri rahat olmasa da aşmaq mümkündür. Uğurlu sahibkar qadın olmaq üçün öz təcrübəmdə aşkar etdiyim amilləri qeyd etmək istəyirəm:
Düzgün və effektiv ünsiyyət bacarıqları - Uğur qazanmaq və müştərilərlə sıx əlaqədə olmaq üçün effektiv ünsiyyət çox vacibdir.
Düzgün Biznes İdeyası – Bazar ehtiyaclarını nəzərə alaraq unikal və dəyərli bir ideya seçmək.
Şəbəkələşmə (Networking) – Digər sahibkarlarla əlaqə yaratmaq, mentor tapmaq və dəstək sisteminə sahib olmaq.
Maliyyə Savadı – Gəlir, xərclər, investisiya və risk idarəçiliyi kimi mövzularda biliklərə sahib olmaq.
Adaptasiya və İnkişaf – Dəyişən bazar şərtlərinə uyğunlaşmaq, yeni bacarıqlar öyrənmək və innovativ həllər tapmaq.
Liderlik Bacarıqları – Komandanı düzgün idarə etmək, insan resurslarını effektiv yönləndirmək və motivasiya etmək.
- Cəmiyyətimiz tərəfindən sahibkar qadınlara dəstək varmı sizcə?
- Bəli, son illərdə cəmiyyətimizdə sahibkar qadınlara dəstək artıb. Dövlət, qeyri-hökumət təşkilatları, banklar və müxtəlif beynəlxalq qurumlar qadın sahibkarlığını inkişaf etdirmək üçün bir sıra proqramlar həyata keçirirlər. Dəstək formalarına Dövlət Təşviqləri və Qrantlar – Azərbaycan hökuməti qadın sahibkarlar üçün güzəştli kreditlər və qrant proqramlarını, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) qadın sahibkarları dəstəkləyən layihələrini, İnvestisiya və Startap Dəstəyi – İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və müxtəlif inkubator mərkəzlərinin qadın sahibkarların startaplarına sərmayə və təlim imkanlarını, Beynəlxalq Dəstək Proqramları – BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qadınların iqtisadi güclənməsi üçün xüsusi layihələrini, Sosial və Mediaya Dəstək – Sosial media və müxtəlif platformalar qadın sahibkarların bizneslərini tanıtmasına və daha geniş auditoriyaya çatması imkanını, AccessBankın Access to Success sahibkar qadınlara dəstək təlim proqramını misal göstərə bilərəm.
- Yaxın günlərdə sahibkarlıqda media forumları həyata keçirəcəksiniz. Bu barədə danışardız.
- “Sahibkarlıqda Media” Forumunun təşkilində məqsəd medianın sahibkarlıqla rolunun nə qədər yüksək olduğunu göstərmək, sahibkarlıqla medianın dostluq körpüsünü qurmaq, eyni zamanda yerli sahibkarlar və iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrin qurulması və ortaq layihələrin qurulmasına dəstək olmaqdır: “Deyə bilərəm ki, ilkin mərhələdə buna da nail ola bildik. Arxada qoyduğumuz iki forum medianın sahibkarlıqda rolunun nə qədər yüksək olduğunu göstərdi. Belə tədbirlərin sahibkarlıq ilə media arasında dostluq körpüsünün qurulması, eyni zamanda yerli sahibkarlar, iş adamları arasında biznes və əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icra edilməsinə dəstək sahəsində necə böyük önəm kəsb etdiyi vurğulandı. Məhz bundan yola çıxaraq üçüncü forumun keçirilməsinə qərar verdik. Beləliklə, 12 mart, saat 10:00-18:00-da "JW Marriot Abşeron" Otelin “Şərq” zalında üçüncü forum keçiriləcək. Bu forumda da dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, yerli və xarici yerli iş adamları, sahibkarlar, media nümayəndələri iştirak edəcək.
- Məndə olan məlumata görə, 2000-ci ildən indiyə qədər 100 – dən çox yerli və 30-a yaxın beynəlxalq təlimlərin iştirakçısı olmusunuz. Bu təlimlər sizə nə qatdı?
- Yerli və beynəlxalq təlimlərdə iştirakım uğur qazanmaqda başlıca amillərdən biridir . İş və şəxsi həyatda mənə qatdığı faydaları sıralaya bilərəm .
Yeni bilik və bacarıqlar – Peşəkar və şəxsi inkişaf üçün yeni biliklər əldə etdim. Beynəlxalq təlimlərdə isə fərqli yanaşmalar və metodlarla tanış oldum. Şəbəkələşmə (Networking) – Müxtəlif sahələrdən olan insanlarla tanış olaraq yeni əməkdaşlıq imkanları yaratdım. Mədəniyyətlərarası təcrübə – Beynəlxalq təlimlərdə iştirak fərqli ölkələrin iş metodlarını, düşüncə tərzini və mədəniyyətini öyrənmək imkanı yaratdı. Karyera inkişafı – Sertifikatlar və təlimlərdə iştirak təcrübəmi zənginləşdirərək karyeramda irəliləməyə kömək edir. İlham və motivasiya – Yeni mühitdə olmaq, uğurlu insanlarla ünsiyyətdə olmaq motivasiyamı artırır və daha da inkişaf etməyə həvəsləndirir. Yeniliklərdən xəbərdar olmaq – Beynəlxalq təlimlərdə ən son trendlər və yeniliklər haqqında məlumat alırıq ki, bu da bizi rəqabətədavamlı edir. Bütün bunlarla yanaşı həm sosiallaşır , eyni zamanda özgüvənim artır ki, bu da mənə əlaqələrimi gücləndirməyimə kömək edir.
- 2023-cü ildən Lənkəran Futbol Klubunun vitse-Prezidentisiniz. Fəaliyyət göstərdiyiniz sahələrin idmanla bir bağlılığı yoxdur. Sizə çətin gəlmədiki bu sahədə də özünüzü sınamaq?
- Əslində kənardan əlaqəsiz görünsə də, gördüyüm işlərin hamısı bir- birilə əlaqəlidir. Hamısının kökündə insan münasibətləri dayanır. İnsanları tanıyıb, insanlarla iş görmək mənim eçün çox zövqlüdür. Bildiyiniz kimi Musa mənim oğlumdur. Və Musa ləqəbi də ordan gəlir. 4 yaşından futbolla məşğul olur . Onun sevdiyi işi görmək, bu istiqamətdə iş görərək onun gələcək karyerasına dəstək olmaq mənim valideynlik borcumdur. Həm mənəvi olaraq məni xoşbəxt edir. Xasiyyətcə monoton işləri sevən birisi deyiləm. Yeniliklər axtaran, işə yaradıcılıq qatan bir maraq dairəm var. Bu da məni başqa sahələrə birbaşa olmasa da dolayı yolla sövq edir.
- Bəs ölkəmizdə hazırda qadınlar üçün hansı iş perspektivləri var?
- Ölkəmizdə qadınlar üçün müxtəlif sahələrdə iş imkanları mövcuddur. Məsələn, təhsil, səhiyyə, satış və marketinq, idarəetmə, informasiya texnologiyaları və mühəndislik kimi sahələrdə qadınlar fəal şəkildə çalışırlar. Bu yaxınlarda bizim də qadınlarla bağlı bir platformamız fəaliyyətə başlayacaq . Platforma qadınlarımıza yeni iş imkanları, eyni zamanda bir- birindən faydalanmaq şansı verəcək.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45

