Bələdiyyə seçkiləri şəffaf və demokratik keçirilib
25.12.2009 [10:03]
23 dekabrda keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə dair müzakirələr davam etməkdədir. Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova da hesab edir ki, bu seçkilər şəffaf və demokratik keçirilib:
- Əvvəla, mən səsvermə gününə qədərki prosesi müsbət dəyərləndirmişəm və məndə olan məlumatlara, müşahidələrimə görə, seçki günü səsvermə prosesi çox rahat, sərbəst, azad şəkildə keçib. İnsanlar seçdikləri namizədlərə sərbəst şəkildə səslərini veriblər və düşünürəm ki, bu günə qədər görülmüş işlərin bəhrəsi yaxın müddətdə bəlli olacaq. Bəlli olacaq ki, hansı siyasi partiya nə qədər yer qazanıb...
- Ancaq seçkidən bir neçə gün əvvəl artıq bir sıra müxalifət partiyaları seçkilərin antidemokratik olacağını iddia ediblər...
- Müxalifət partiyaları demokratik seçkilərin olacağını və olduğunu gözləmirlərsə, bu, onların öz işidir. ümumiyyətlə, onlar hansı seçkidən nə gözləyiblər ki? Yəni, onların gözləyib-gözləməməsi o demək deyil ki, seçkilər antidemokratik keçib. Yenə qeyd edirəm, bu, onların fikridir. Ancaq əsas odur ki, Azərbaycan seçiciləri, vətəndaşları bu seçkilərdə iştirak edib və öz iştiraklarıyla da seçkiyə münasibətlərini bildiriblər.
- Bu seçkilər bələdiyyələrin fəaliyyətində müsbətə doğru dönüş mərhələsi olacaqmı? Bildiyiniz kimi, ötən müddət ərzində bələdiyyələrin fəaliyyəti ilə bağlı çox ciddi iradlar səslənib...
- Təkcə seçki özü yox, bələdiyyələrin fəaliyyəti, eyni zamanda, bu qurumlarda üstünlük qazanmış siyasi qüvvələrin planları, platformaları, o cümlədən, məqsədlərini necə həyata keçirmələrindən də asılıdır. Bu baxımdan düşünürəm ki, işlər yaxşılığa doğru gedir və gedəcək...
- Yəni, bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi özünü doğruldubmu?
- Əlbəttə. Doğrultmasaydı, biz bu seçkiləri keçirməzdik, davam etdirməzdik. Bələdiyyələr özlərini doğruldub və biz bu institutun daha da ciddi şəkildə formalaşmasını, az təcrübəsi olmasına baxmayaraq, onların fəaliyyətinin daha da təkmilləşməsini gözləyirik. Bir sözlə, biz bu işi axıracan aparacağıq.
- Bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı necə, yaxın zamanlarda hansısa növbəti addımların atılması, qanunvericilik aktlarının qəbulu gözlənilirmi?
- Bilirsiniz, bu yöndə addımlar hər zaman reallıqlara uyğun olaraq atılıb və çox güman ki, bundan sonra da atılacaq. Yəni, qarşıdakı dövrdə bu və ya digər fəaliyyətlə bağlı - bələdiyyələrlə əlaqədar qanunvericilik aktlarına müəyyən dəyişikliklər edilə bilər. Biz bir parlament olaraq hər zaman bu dəyişiklikləri etmişik və yenə də edəcəyik.
- Bahar xanım, 2009-cu ilin başa çatmasına cəmi bir həftə qalır. Bu baxımdan, ilin yekunlarını, nəticələrini necə dəyərləndirərdiniz?
- Başa çatmaqda olan bu il dünyada maliyyə böhranı ilə müşayiət olunan bir il oldu. Eyni zamanda, Azərbaycanda bu məsələlərlə əlaqədar o qədər də ciddi kataklizmlər baş vermədi. Azərbaycan bu ili daha az ziyanla başa vura bildi. Daha doğrusu, uğurla başa vurdu. Başqalarına - daha inkişaf etmiş ölkələrə nisbətən bu böhran dönəmində Azərbaycan bu ili artımla başa vurur. Hesab edirəm ki, bu, bizim ən ciddi uğurumuzdur, o cümlədən, bu, Azərbaycanın siyasi-iqtisadi sisteminin nə dərəcədə bu cür kataklizmlərə dayanıqlı olduğunu sübut edən bir məqamdır. Ona görə 2009-cu ili çox uğurlu il hesab edirəm.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

