Müxalifət partiyalarının seçkilərə hazırlığı yalnız qəzet səhifələrindədir
07.04.2010 [09:55]
Yeni Azərbaycan Partiyasının YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, Milli Məclisin son iclasında Mərkəzi Seçki Komissiyasında (MSK) boş qalmış yerlərlə bağlı bəzi millət vəkillərinin iradları səsləndi. Problemin kökü nədədir?
- Mərkəzi Seçki Komissiyasında yerlər üç qrupa bölünür: parlamentdə təmsil olunan çoxluğun, bitərəflərin və azlığın nümayəndələri. Azlıqda olan partiyalara məxsus 6 yerdən 3-ü müəyyənləşib. 3 yer isə azlıqda olan partiya kimi Müsavat Partiyasına məxsusdur və bu partiya nümayəndələrini MSK-ya göndərməyib. Bu artıq Müsavat Partiyasının problemidir. Seçkidə məğlub olduqlarına, sosial bazaya malik olmadıqlarına görə, parlament seçkilərində də heç bir nailiyyət əldə edə bilməyəclərini başa düşərək seçki prosesinin üzərinə kölgə salmağa çalışırlar. Yaxın vaxtlarda həmin partiya boş qalmış yerlərə öz nümayəndələrini göndərməsə, yəqin ki, azlıqda olan digər partiyalar razılığa gələrək bu yerlərə nümayəndələrini müəyyənləşdirərlər.
- Müxalifət partiyalarının parlament seçkilərinə hazırlığını necə dəyərləndirirsiniz?
- Müxalifət partiyalarının seçkilərə hazırlığı yalnız qəzet səhifələrindədir. Seçkilərə hazırlıq qəzet səhifəsində ola bilməz, bu hazırlıq fundamental, təşkilati iş tələb edir. Bu partiyaların heç birində təşkilati iş getmir. Müxalifət demoqoqiya və dedi-qodu ilə məşğuldur, biri digərini ittiham edir. Məhz, bu şəkildə proseslər davam etdirilir.
- YAP parlament seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür?
- Partiyamız seçki proqramına uyğun olaraq mərhələli şəkildə qarşıda duran vəzifələri müəyyənləşdirib və onun həyata keçirilməsinə başlayıb. Hal-hazırda rayon-şəhər təşkilatlarının, seçki qərargahlarının vəziyyətinin öyrənilməsi ilə bağlı işlər gedir. O cümlədən keçən seçkilərin təhlili ilə bağlı işlər yekunlaşdırılıb. ötən parlament seçkilərində dairə və məntəqələrdəki nəticələrə, zəif və yaxud güclü nöqtələrə aydınlıq gətirilir. Bundan sonra isə namizədlərin müəyyənləşdirilməsi prosesi aparılacaq. Müəyyən olunacaq ki, hansı dairədən hansı namizədin irəli sürülməsi partiya üçün daha uğurlu olar. Həmin dairədəki əhalinin vəziyyəti, sosial qruplar, ümumiyyətlə, ərazinin öyrənilməsi işləri aparılır. Hesab edirəm ki, bütün bu işləri iyul ayının əvvəllərinə kimi yekunlaşdıracağıq.
- Bir sıra partiyalar Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirirlər. Bu istiqamətdə hansı işlər görülür?
- Bu istiqamətdə işlər aparılır, proses gedir. Parlament seçkilərində Yeni Azərbaycan Partiyası ilə blok şəklində iştirak etməklə bağlı fikir var idi. Partiyamız isə ötən seçkilərdə müstəqil şəkildə iştirak edib. Bizimlə həmrəy olan partiyalara dəstək vermişik. Bu seçkilərdə də, bizimlə həmrəy olan partiyalara dəstək verəcəyik. Yeni Azərbaycan Partiyası həmin partiyaların namizəd irəli sürdüyü dairələrə ya namizədini irəli sürməyəcək, ya da görsək ki, o partiyaların namizədləri daha layiqlidirlər və onların qalib olmaq şansları daha yüksəkdir, onda keçmiş təcrübəmizdən çıxış edərək onlara dəstək verəcəyik. Məsələn, keçən parlament seçkilərində bir neçə dairədə namizəd irəli sürməmişdik, həmin dairələrdə Azərbaycanın ziyalıları, nüfuzlu insanları namizəd olduğununa görə, Yeni Azərbaycan Partiyası onlara dəstək oldu.
- Hərbi komissarlıqlarla bağlı mətbuatda birmənalı olmayan fikirlərə rast gəlinir. Bu məsələyə münasibətiniz necədir?
- Hesab edirəm ki, bu məsələyə obyektiv yanaşılmalıdır. Hərbi komissarlıqların bağlanması haqqında deyilənlər düzgün deyil. Komissarlıqlarda islahatlar aparılır. Bir sıra komissarlar işdən azad edilib, amma struktur olduğu kimi qalıb. Hərbi çağırışı həyata keçirən bir sistem kimi öz işi ilə əvvəlki qaydada məşğul olur. Rəhbərlikdə olan müəyyən insanlar bu və ya digər şəkildə tutduğu vəzifəyə uyğun olub-olmaması ilə əlaqədar yerdəyişmələr baş verir, yaxud vəzifədən azad olunur.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45

