Teymur Kərimli: Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir
13.01.2021 [09:48]
Müsahibimiz AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir:
– Teymur müəllim, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunub. Bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmasının əhəmiyyəti nədən ibarətdir?
– Nizami Gəncəvi dünya ədəbiyyatının və mədəniyyətinin nadir şəxsiyyətlərindən biridir. Prezident İlham Əliyevin Nizami Gəncəvi yaradıcılığına xüsusi əhəmiyyət verməsi heç də təsadüfi deyil. Nizami öz yaradıcılığı ilə yeni bir ədəbi hadisənin başlanğıcının əsasını qoyub.
Nizami dühası bu gün də dünya ədəbi-mədəni və ictimai-fəlsəfi fikrində öz mövqeyi, sayı-sanbalı olan qlobal əhəmiyyətli fenomenal hadisələrdən biridir. Buna görədir ki, dünya ədəbi-elmi fikrində Nizami sənətinə olan maraq heç vaxt səngimir, zaman-zaman şairin ölməz əsərləri istər Qərb, istərsə də Şərq dillərinə tərcümə edilərək bəşəriyyətin mənəvi kamilləşməsi prosesində öz rolunu oynayır.
Nizami Gəncəvi təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının inkişafında da xüsusi rol oynayıb. Təbii ki, iki il əvvəl “Nəsimi İli”nin elan edilməsinə ədəbiyyatımız, mədəniyyətimiz, ictimai fikrimiz nə qədər sevinmişdisə, 2021-ci ilin də “Nizami Gəncəvi İli”nin elan edilməsinə də o qədər sevinir. Əminik ki, bu Sərəncam Nizami Gəncəvi irsinin dünyada daha yüksək səviyyədə tanınmasında çox böyük əhəmiyyətə malik olacaq. Nizami irsinin öyrənilməsi yalnız Azərbaycanda həyata keçirilmir. Bu irs dünyada öyrənilir. Nizaminin əsərləri hələ onun öz dövründə ətraf regionda, Yaxın Şərqdə, eləcə də Türkiyədə yaxşı tanınırdı və Nizami irsi çox yüksək qiymətləndirilirdi. Nizami öz dövründə hətta uzaq Hindistanda belə, çox yaxşı tanınırdı. Amma bir fakt dəyişməzdir ki, Nizami Azərbaycan torpağının yetirməsi, Azərbaycan şairidir.
– Nizami Gəncəvinin ümumbəşəri şair olduğunu qeyd etdiniz. Bəs onun yaradıcılığında təmsil etdiyi xalqın zəngin irsi nə dərəcədə öz ifadəsini tapır?
– İstər şairin özü, istərsə də ondan sonra Nizami haqqında yazılmış bütün orta əsr qaynaqları bu böyük sənətkarın 1141-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən və XII əsrdə Atabəylər dövlətinin paytaxtlarından biri olmuş Gəncə şəhərində doğulduğunu və ömrü boyu Azərbaycanda – Gəncədə yaşayıb yaratdığını birmənalı şəkildə təsdiq edir. XII əsrdə Atabəylər dövlətinin inkişaf etmiş şəhərlərindən olan Gəncə kitabxanalarında antik dövrə aid çox qiymətli əsərlər olub ki, Nizami Gəncəvi də öz əsərlərində ondan istifadə edib.
Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə şəhəri və onun ətrafında yaşayan əhalinin əsas hissəsini türklərin təşkil etdiyi, Cənubi Qafqazın mədəni, ictimai və siyasi proseslərində mühüm rol oynadığı da, eramızın II yüzilliyindən, yəni Nizami dövründən hələ min il əvvəl roma tarixçiləri və coğrafiyaçıları, V əsrdən başlayaraq isə bizans, gürcü və ərəb tarixçiləri tərəfindən təsdiq edilib. Onun əsərlərində öz doğma xalqına – türk etnosuna məhəbbəti açıq-aşkar duyulmaqdadır.
Nizaminin bütün yaradıcılığından qırmızı xətt kimi keçən dərin humanizm və sosial ədalət motivləri onun lirikasında da özünü qabarıq şəkildə göstərməkdədir.
Nizami sənətinin möhtəşəmliyi və əzəməti isə daha çox onun epik əsərlərində özünü göstərir. İlk poeması olan “Sirlər xəzinəsi”ndə Nizamini dərin inamlı, əqidəli mömin bir dinşünas, eyni zamanda elmşünas və insanşünas kimi görürük. Ənənəvi giriş hissədən, iyirmi söhbət və hər söhbətin mövzusuna uyğun olan iyirmi hekayətdən ibarət olan əsas hissədə Nizami fəlsəfi-didaktik bir formada onu düşündürən bəşəri problemləri ecazkar sənətinin qüdrəti ilə oxucusuna çatdıraraq, onun qəlbində ülvi duyğular oyatmağa nail olub. Bütövlükdə, Nizami yaradıcılığında nəsihətlər, fəlsəfi fikirlər, humanizm ideyaları onun əsərlərini, doğrudan da, həyat sirlərinin zəngin xəzinəsinə çevirir.
– Məlumdur ki, Nizami Gəncəvinin əlyazmaları dünyanın bir sıra ölkələrinin arxivlərində var. Dahi şairin yeni əlyazmalarının tapılması istiqamətində hansısa işlər görülürmü?
– Nizami irsi Azərbaycan xalqının yetişdirdiyi qlobal ədəbi hadisədir. Nizaminin əsərlərinə hələ onun sağlığından nəzirələr yazılmağa başlanılıb və Nizami ədəbi məktəbinin davamı olaraq, bu proses indiyədək bütün dünyada davam edir. Bu gün dünya humanizm fikrinin inkişafında Nizami irsinin xüsusi rolu var.
Nizami Gəncəvinin əlyazmaları bütün dünyada yayılıb. Hətta ABŞ-da, İngiltərədə də Nizaminin əlyazmaları var. Azərbaycanda AMEA-nın Əlyazmalar İnstitutunda Nizaminin onlarla əlyazması var ki, onların arasında Azərbaycan və Yaxın Şərq rəssamlarının çəkdiyi miniatürlər xüsusilə yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan nizamişünaslığının çox zəngin qaynağı var. Bu qaynaq da Əlyazmalar İnstitutunda toplanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi imkanından yararlanaraq Nizaminin dünya kitabxanalarında, şəxsi kolleksiyalarda indiyədək bizə tanış olmayan əlyazmalarının tapılmasına çox böyük diqqət ayırmalıyıq və onların surətlərini axtarıb tapmalıyıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53

